İnternet televiziyası yaradırıq

Yazılıb: Jul 15 2013

Hər zaman demişəm ki, hər kəs öz bildiyi işlə məşqul olsa daha çox effektli olar. Son zamanların milli trendi .tv domaini altında milli internet televiziyalar yaratmaqdır. Hardan gəlir bu həvəs? Qərar verdim ki bu məsələyə mən də bir fikir bildirim.

 

  • Sahibi olduğum şirkət son bir ildə 4-5 (sifarişlə)  belə layihəyə start verib. Buradan alınan təcrübələrim ən başlıcası odur ki, bir layihədə ki “blue ocean” effekti olmadı, həmin layihəyə başlamağa dəyməz. sonu mütləq uğursuzdur.  Bu bəndə belə başlamaq lazım idi, bir halda ki, istifadəçiləri bir yerə toplamaq uğrunda elektron “müharibələr” gedir, bir tərəfdə youtube, vimeo kimi qiqantlar var, hec bir xüsusiyyəti olmayan, qızıl bəndi özündə birləşdirməyən bir layihəyə başlamağa dəyərmi?
  • İnternet televizya nədir? onun haqqında düzgün informasiyaya sahibiki? Normal televiziya kanallarının əzbərimizdən çıxdığı, saylarının ortalama yüzün üzərində olduğu bir dövrdə yaşayırıq. Böhran iqtisadiyyatı bitmişdir bəylər. İndi hər şey boldur. Sizin televiziyaya niye görə baxacaqlar? Startup dövründəki flash effektə inanmaq nə qədər düzgündür. Bir internet televiziyasını ərsiyəyə gətirmək üçün lazım olan komandanın çəkdiyi əziyyətin faydalı iş əmsalı onun verlişlərinin izlənilmə sayı ilə düz mütənasibdir. Əgər “gülməli” videoları bir yerə yığaraq uğur əldə edəcəyimizə inanırıqsa o zaman bu özümüzü aldatmaqdır. Yox əgər start verəcəyimiz layihə həqiqətən də işə yararlı kontentlə zəngindirsə o zaman bu burulğanda çırpınmağa dəyər. Bir də burada dil amili var. Azərbaycan dili kimi dünyada nisbətən daha az istifadə olunan dillər kateqoriyasında rəqabət aparmaq daha asandır. Hər hansı bir profldə – məsələn ağır sənaye və ya orta məktəb dərslikləri – düzgün matreallar hazırlaya bilərsək bu həqiqətən də işə yarayar. Lakin bunun üçün də çox əziyət çəkmək lazımdır. Belə ki, həmin profilin dərinliklərini izah etmədən, bayağı matreallarla “yola vermək” əsasında qurulan internet televiziyasındansa alternativ dillərdə eyni mövzualara baxmaq daha məntiqlidir. Ən azından mən belə edirəm.
  • Bir internet televiziyası davamlılıq tələb edir. Bu internet aləmində soft satmağa bənzəmir. Ətrafında danışdığımız mövzu nə olursa olsun onu davamlı olaraq izləmək, analiz etmək və biliklərimizlə istifadəçilərimizi agah etmək lazımdır. Deməli mövzudan asılı olmayaraq layihənin üzərində işləyən daimi “team” olması lazımdır. Bu team`in həm internet texnologiyalarından və həm də öz mövzularından agah olması, sadaladıqlarıma sahib olması mütləq şərtdir. Keçən il gocreative team`ın proqramlaşdırdığı və texniki göstəricilərinə görə bir çox yerli internet  televiziya saytlarını geridə qoya biləcək resurslara malik oxu.tv layihəsinin hələ də uğur qazana bilməməsinin başlıca səbəbi də məhz budur.
  • Content managementi kim edir? bu işlə məşqul olanların bilik və təcrübələri kifayət qədərirmi? Yoxsa onlarda da milyonerlik xəstəliyi var? Təsadüfü adamlarla işləməyin və ən başlıcası idarəedici şəxs(lər)in bu işin bilicisi olduğundan əmin olun. Bu şəxs gözəl insan, operator, səmimi dost və ya hətta normal televiziya işçisi də ola bilər. Lakin internet texnologiyaları biliklərinin zəifliyi işindəki ola biləcək uğursuzluğun ilkin səbəbələrindən ola bilər. Bir idarəedici şəxs öncəki yazılarımda da qeyd etdiyim kimi öz profilindəki zəncirlərin bütün halqalarından xəbərdar olmalıdır. Bu meyarlara da ayrıca absaz ayırım :)
  • Çəkiliş qrupu nə çəkir? Hansı kamera istifadə olunur? Videolar necə konvert olunurlar? hansı formatda internetə yerləşdirirlir və s. İndi gəlin bunları açıqlayaq. Videonun çəkilişindən sonrakı ən başlıca addım onun düzgün optimallaşdırılması və konvert olunması. Burada elə bir orta status tapmaq lazımdır ki, həm vizual görünüş keyfiyyətcə pisləşməsin, həm də interneti daha zəif istifadəçilərdə videolar uğurla açılsın. Videonun formatını elə seçmək lazımdır ki, məlum olan bütün “device”larda açıla bilsin. Videoların yerləşdirilmısi üşün xüsusi hostingin seçilməsi daha uğurlu olar. Və bu kimi bir çox sayda texniki məsələlərə fikir vermək lazımdır.

İnternet televiziyası yaratmaq vermək istıdiyiniz mesaj üçün ən əlverişli alətdir. Burada istifadəçilərinizlə həm səsli həm görüntülü bir yerdə olma imkanı olursunuz. Çox gözəldir bu. Hələ zamanımızdakı video çəkən cihazların qiymətlərinin daha münasib olması demək olar ki, hamımızı bu işə həvəsləndirir.

 

Bir Çin atalar sözü yadıma düşdü “sözlə söylənən kəlmələr, yazılanlardan fərqlidir” . Mənim fikrimcə bir şəxs və ya qrup internet televiziya açmamışdan öncə iki dəfə düşünməlidir. İlkində bunun üçün lazım olan qüvvə, resurs həvəsin onda olub olmadığını yoxlamalı, ikincidə isə mükəmməliyətçi ruhunueyhama çəkməlidir. İnternet televiziyası bloq yazmağa bənzəmir və bir çox sahələrdə istifadə olunur – siyasıt, idman, sosial, tədris və s. Bu yolda sizin mükəmməlliyətçi ruhunuzun bu işi yarım saxlamağa məcbur edəcəksə məncə heç başlamağa dəyməz.

OXUNUB:4638

Cavab yaz

*

*