Ağzı olan danışır, əli olan yazmır!

Yazılıb: Apr 13 2014

Əli ola-ola yazmamaq səbəblərimiz müxtəlifdir, lakin onlardan ən başlıcası oxmamağımızdır. Amma yazmamağı hər zaman mənfi emosiya olaraq qarşəlamaq lazım deyil. Əgər ən başlıca səbəb oxumamaqdırsa bu yeganə səbəb deyil. Digəri daha qəribədir –  PAYLAŞMAMAQ.

Oxumamağımız fərqli bir dərddir. İndi bu mövzuda yox, paylaşmamaq mövzusunda danışmaq istəyirəm. Öz tərcürəbələrimizdə qazandığımız bilikləri ucuz və ya havayı paylamağın bizə verdiyi dəyərlər nələrdir və bizdən aldıqları hansılardır.

 

  • Paylaşmaq gözəldir işdir və mən bu hissin müqəddəsliyinə inanıram. Paylaşaraq biz əlimizdə olanı bir  neçə hissəyə ayıraraq azaltmırıq, tam əksinə həmin dəyəri artırırıq. Əlimizdəki dəyəri bölüşə biləcəyimiz həm fikirlər icad edirik.
  • Paylaşaraq biz özümüzə rəqib yaradırıq hansı ki, bu rəqib bizi inkişaf etməyə, daha çox “bilməyə” dartır. Bu dediyimi eyni şirkətin sahib olduöu iki brendə də aid etmək olar.
  • Paylaşaraq biz öz keçdiyimiz yolda yaşadıqlarımızı dinləyicilərimizə anlatdıqca onların yollarında mayak oluruq. Bu optimallaşdırmaq baxımından çox əhəmmiyyətlidir.
    Linux əməliyyat sisteminin qurulmasındakı əsas məqamlardan biri keçilən addımların bir-bir qeyd olunub YAZILMASIDIR. Hansı ki, bu proses geri addım atmaq üçün əsas rol oynayır.

Paylaşmağın bizdən aldıqları da az deyildir və paylaşmamaq kapitalizmin ən ibtidai qanunlarındandır. Bunu da belə izah etmək istəyirəm.

 

İlk növbədə paylaşmaq yuxarıda yaxşı keyfiyyət kimi göstərdiyim “özümüzə rəqib yaratmağın” bünövrəsini qoyur. Soruşa bilərsiniz ki, öz dediklərimiz təkzib edirəm? Əsla! ) “Qırmızı alma” söz birləşməsi ilə “Açarı alma” birləşməsi arasındakı fərq qədər böyük məsafələr vardır dediklərimdə.  Öz çətin keçdiyimiz təcrübələrinin başqaları üçün rahat edərək onları özümüzə daha asan yolla yaxınlaşmağı təmin etmiş oluruq paylaşmaqla. Axı bizim öyrənə bildiklərimiz ilə, öyrəniləcək mövzuların limitli olmasını da nəzərə almalıyıq.

 

Fikrimcə təcrübələrinizdə əldə etdiklərinizi bir yana qoyaraq biliklərinizi paylaşmağın xeyirli tərəfləri, ziyanlı  tərəflərindən daha çoxdur. Bilirsiniz dostlar, mən təcrübələrin, təcrübəvi əsaslarla öyrənilməsinin tərəfdarıyam. Əks halda – nəzəriyyə ilə təcrübənin öyrənilməsinə tə.əbbüsləndikdə o zaman acınacaqlı faciəlar baş verə bilir. Məncə ilk növbədə öyrənmək lazımdır, sonra paylaşmaq, daha sonra təcrübəyə təşviq (məcbur) etmək, ən sonda isə bizə rəqib səviyəsinə gətirmək lazımdır ki, əlavə motivasiya qazana bilək.

 

OXUNUB:19302

Cavab yaz

*

*