ASAN-ın loqosu

Yazılıb: Mar 28 2013

Heç kəs öz ayranına turş deməz” – görünür atalarımızın dediklərini qulaq ardına vururuq!

 

Dostlar, dünəndən bəri düşündüyüm bir mövzu barəsində yazmaq istəyirəm. Sosial şəbəkələrdə ASAN xidmətin loqosunun oxşarının meydana gəlməsi ilə dolaşan müzakirələrə istəmədən də olsa mən də qatılası oldum və bu məni çox məyus etdi.

 

Bu cür hadisələrin ilk dəfə deyil ki şahidi oluruq. Fəqət bu hallarda nə etmək lazım olduğu barəsində hələ ki cəmiyyət olaraq hələ də formalaşmış fikrə sahib olmadığımızı düşünürəm.  Bunu əsaslandırmağa çalışacağam.

 

İlk versiyam odur ki, tutalım ki, adı çəkilən qurumun loqosu həqiqətəndə vizual olaraq göstərilən oxşarına bənzəyir. Burada mövzumuz şaxələnir və hansı ki, öncəki yazılarımda Kopyaçalıq, plaqiat, interperetasiya haqqında olan fikirlərimi qeyd etmişdim.  İnsan beyninin təsadüfən eyni düşünməsi müzakirə mövzusudur və bu hallar tez tez olur. Adi televiziya loqo trendlərinə baxsaq çox halda bir birinə bənzəyən brendlər görə bilərik. Bu normal haldır. Mənim fikrim mövzunun texniki tərəflərini dilə gətirmək deyil və inanıram ki, icraçı şirkətin profesionallığı yetərincə bu məsələlərə subyektiv yanaşmağa qadirdir. Əgər belə  bir oxşarlıq mövzusu varsa bu sırf təsadüf də ola bilər və burada kimlərisə “qaralamağın” mənası sıfıra bərabərdir.

 

Qurumun loqosu öz məntiqi əksini düzgün tapır – bu ideyanın tamamlandığını göstərir. Səkkiz xidmət bir yerdə cəmlənir ideyasına düz mütənasibdir. Deməli söhbət kopyaçılıqdan gedə bilməz. Bəs plaqiat və ya imprevizə etmə metodları ? Burada insanların fikirlərini qarışdıraraq Asan xidmətin loqosunun üzərindən qara PR etmək istəmirəm və edənlərə də məsləhət görmürəm.

 

İkinci versiya isə loqonun sadəcə vizual balansının oxşar olmasından gedir hansı ki, burada fikir təsdüfləri ola bilər. Bu halda isə bu mövzunun açılması dözgün deyil.

 

Bir neçə gün öncə yenə də sosial şəbəkələrdə AZERCELL ilə Teliasonera`nın loqosunun oxşar olmasının (?!) və plaqiat olmasının müzakirəsinin şahidi oldum. Bu məncə gülüncdür. Sözü gətirdiyim nöqtə, belə informasiyanın doğru olub olmasınınıdan əmin olduqdan sonra yayılmasıdır. Təbii ki, ASAN xidmətinin loqosunun kiminsə (hansı ki, həmin “kim”in kim olduğu bəlli deyil) loqosunə bənzəməsi bu cür mötəbər qurumun günahı deyildir. Və bütün bu yazdıqlarımdan əlavə demək istədiyim söhbətin hansısa özəl şirkətdən yox Azərbaycanımızın dövlət qurumundan getməsidir. Deməli hərəkətlərimizdə bir az daha düşüncəli və ehtiyatlı davranmalıyıq. Bu qurum bizlərə xidmət edir və hər hansı bir ayıb varsa da belə bunu ümumi müzakirə mövzusuna deyil, bu barədə mümkün və hörmətli sayılan digər resurslarda etməliyik. Adını çəkmədiyim resurslarda isə əmin edirəm ki, məsul olan reklam agentliyi isə buna uyğun cavabı vardır.

Əlbəttə ki, bu kimi faktlar sadəcə olaraq qara PR üçün bir “tool” dur və ASAN xidmətin ünvanına səhvən yönləndirilmişdir. Bilirsinizmi bu hadisəni nəyə bənzədirəm? Keçənlərdə Azərbaycan millisinin Portuqaliyaya məğlub olmasından sonra sosial şəbəkələrdəki oyun statistikasını yayıb, komandamızın ( inanıram ki, gələcəkdə komandamız daha yaxşı nəticələr əldə edəcək) göstərdiyi performansın zəifliyini paylaşılmasına oxşayır. Mən bu məsələyə milli baxıram və bunu edənlərə tək bir məsləhətim var. Asan xidmət, Milli komandamız və s. kimi milli dəyərlərimizin, Azərbaycanın adı çəkilən məsələlərdən istifadə edib qara PR edilməməsidir.

OXUNUB:5621

8 Comments to “ASAN-ın loqosu”

  1. Rafiq Shah says:

    Tam razıyam.

  2. Islam Rizayev bu sadece tenqiddir. Her halda dizayn studiolari oz menfi cehetlerini bilmelidirler. Qaldi ki, niye gore Avroviziyanin logosuna her kes bir sorry demishdi, xaricde hazirlanmishdi ona gore?

    • Famil movzu dizayn studiolarin menfi cehetlerini uze cixartmaqdirmi? Varmi menfi cehetleri? Bu movzuda ekspert varmi? Tenqid inkisafa yol verirmi? Mence here oz isi ile mesgul olsun ve ya en azindan Azerbaycan adina xelel yetirecek her seyde diqqetli olaq. yuxarida da qeyd etdiyim kimi movzumuz ozel sahibkarliq yox dovlet qurumudur. Bunun mene dexlisi varmi? yaxindan ve uzaqdan yoxdur, men sadece fikrimi bildirirem

  3. EMin Hasanov says:

    Əslində düz deyirsiniz bu cür hadissələr ilk dəfə olmur. Hər dəfəsində də bunları tapıb ortaya çıxaralanlar günahkar olur ama kopyalayanlar günahsız. Gəlin bir də belə düşünək. Nəyə görə belə hadissələr baş verəndə ağıla o gəlirki bizim dizaynerlər oğurlayıb. Heç kim demirki bəlkədə bizim dizaynerlərin üzərində əziyyət çəkib düzəltdiyi bir işi kimsə oğurlayıb. Tənqid olmadan irəlləyiş olmur. Amma bunu təəsüfki qəbul etmək istəməyən ağıllı insanlarımızda çoxdu. Bəlkə belə faktlardan sonra insanlar digər insanların gördükləri işlərə hörmət etməyə və ən əsasıda özlərinə biraz əziyyət verməyə öyrənərlər.

    • Emin sizinle raziyam bir cox meselede, amma menim qaygisini cekdiyim insan emeyine qiymet verilmemesi ve ya plagiatciliq da deyil. Elbette ki xos olardi ki bu hallar olmasin. Lakin bele hallar bas verdikde en azindan target olan ASANin dovlet qurumu oldugunu nezerden qacirmayaq. Tenqidin inkishafa getirme meselesi ise muzakire movzusudur.

    • EMin Hasanov says:

      gelin birde bele dusunek.bu logonun patentine sahib olan firma ASAN i mehkemeye verdi ki bunada haqlari var.o zaman nece olacaq? bizde bele bir biabirciliqlarin gelecekde olmamasi ucun calisiriq.menim dovletimin bir qurumuna hec kimin bir soz deme ixtiyari yoxdur.bunlari qeyd elemek ucun kimse olmaq lazim deyil.kimse ozunu aldadilmaga mehkum olmus biri kimi gore biler.ama bu bele olmamalidi

    • Emin patent almaq elbette ki cixis yollarindan biridir ve inandirim sizi men bele yollarin cooooox bilirem, sadece olaraq movzu bu deyil.

Cavab yaz

*

*