Azərbaycan şirkətlərinin varisi kimdir?

Yazılıb: Nov 10 2012

Uğurla işləyən bir çox yerli şirkətimiz var hansı ki, müxtəlif sahələrdə çalışırlar. Onların idarəetmə prinsip, və ya səhv və düzlərindən danışmayacağam. Məni düşündürən sual əslində budur, bu şirkətlərin 10-15 il sonra taleyi nə olacaq?

 

Qərb bu problemdən 70-80-ci illərdə, Türkiyə indi, biz isə 10-15 il sonra keçəcəyik. Şirkətlər yaranır, yaşayır və ölür. Ölməməsi üçün şirkət sahibləri, idarəetməni və sahibkarlığı öz “varislərinə” təhvil verirlər. Deməli qurucular şirkətlərin sahibləri yox kirayəçisi olmalıdırlar. Düşünün dünyadakı ən böyük 500 şərkətin 1/3-i ailə şirkətidir (Qaynaq: “Ailə şirkətləri – Degişim ve süreklilik” Ankara Sanayi Odası). Bu faktor bir çox yönəticinin bilməsinə baxmayaraq yenə də, şirkətlərin böyük əksəriyyətinin ömrü, qurucunun ömrünə bağlıdır. Fikrimcə bu prosesdə nəzərə alınacaq bir neçə məqam var. İlk olaraq varislər “təhvil-təslim” prosesinə düzgün hazırlaşdırılmadıqda, qurucudan sonra xaos şəkilli dağıtma və mənimsəmə prosesi başlaya bilər hansı ki, ailədaxili problemlər və fərdlərin şirkətdəki rolları burada müxtəlif statusların yaranmasına yol verir. Bu prosesdə məncə 2 çıxış yola vardır:

 

1. Varislərin düzgün yetişdirilməsi – hazırkı sahibkar, özündən sonra gələ biləcək adamın (qohumluq bağını nəzərdə tutmuram – olmaya da bilər) həmin iş sahəsini sevib sevməsəsinə bələd olmalıdır. Bu sahədə nə qədər işləyə bilmək həvəsi olmasını müəyyən etməlidir. İstedad, bacarıq və idarəetmə kimi keyfiyyətlərin olub olmamasına əmin olmalıdır. Bu barədə əlbəttə ki, varis nəzərdə tutual şəxsin təhsili və bacarığı əsas amillərdəndir.

2. İdarəetməni ixtisaslaşmış mütəxəsislərə təhvil vermək – qohumluq bağı olmayan, şirkətdə öz mənafeyindən savayı ümumi gələcəyi düşünən kadrların və ya qrupun var olmasını nəzərdə tuturam. Hansı ki, orqanik varisin bu vəzifələri yerinə yetirməkdə çətinlik çəkəcəyi, bacarmayacağı, və ya istəməyəcəyi halda sözü gedən kadr(lar) idarəetməni təhvil almalıdırlar.

 

Əslində 3 və 4 cü növ çıxış yolları ilə məsələni qəlizləşdirmək istəmirəm – özünü idarəetmə fondlarının yaradılması, hissə paylarının qeyri standart paylanılması və satılması kimi. İnkişaf edən Azərbaycanda, son 3-5 ildə tanıdığım gənc iş adamı olmağa namizədlərin təhsillərinə fikir versək mənə elə gəlir ki, o qənaətə gəlmək olar ki,  düşüncəli valideynlər bu prosesə uğurlu hazırlaşırlar.  Ən azından mənim arzum budur.

 

OXUNUB:4750

One Comment to “Azərbaycan şirkətlərinin varisi kimdir?”

  1. Heqiqeten faydali fikirlerdir!

Cavab yaz

*

*