Bir startupın manifesti

Yazılıb: Mar 03 2014

Ən çürük qoz belə qırılmasını istər. Bu çox təbiidir.

 

Son zamanlar “startupçılar” adı altında birləşən insanların şəbəkələşib, informasiya paylaşımı ilə fəaliyyətdə olduqlarınə müşahidə edirəm. Bu çox gözəl haldır. Lakin mənə elə gəlir ki, biz tədricən “startup” sözünü rutinləşdirmişik.

 

Kefinizi pozacağamı bilirəm, lakin bir çox startuplara dəstək verən müsabiqə, yarış və təşkilatı işlərdə rəhbər olan dostlarımla söhbətimdən belə bir qərara gəlmişəm ki deyəsən ümumi olaraq biz məsələyə yanlış prizmadan baxırıq. Mənim müşahidələrim onu göstəriri ki, hazırda iki tip “startapçılarımız” var:

  • Layihəsi olub, investisiya axtaran
  • Layihəsi yerinə yetirib, lakin startuperlər cərgəsindən çıxa bilməyənlər

İkinci dediyim növ startpçılar haqqında danışmaq daha asandır, bu səbəbdən onlardan başlayıram. Onların mövzusu tamamən sönüb, onlar özlərini onsuz da doğrulda bilməyiblər, onların düşündüyü biznes onsuz da uğurlu alınmayıb, bu səbəbdən ortalıqda daha çox görünməyə üstünlük veririlər. Bu tip biznes sahibi olanların biznesindən hər zaman biznes doğur, hər zaman daha yeni ideyaları vardır, hər zaman bir daha adaptiv olurlar və ya olmağa çalışırlar. Harada daha çox işıq görürlərsə ora qaçırlar. Və ən başlıcası odur ki, çox güman ki vahid biznes planları, harada başlayıb, harada bitirmək istədiklərini bilmirlər. Çünki məqsəd olaraq son deyə biləcəkləri çökmüş bir sistemi necə ayağa qaldıra bilmək potensialının axtarışıdır.

 

Ən dərdli yerimiz isə birinci növ investisiya axtaranlardır. Bu bənddən çıxış edən dostlarımız bir çox zaman innavasiya adı altında elə qəribə işlərlə məşqul olurlar ki, ya bunun sadəliyinə ya da qəlizliyinə görə adamın startup adlandırmağa dili gəlmir. Bunlara misal olaraq hazır satılan CMS istifadə edərək, heç bir digər bənzərlərindən fərqlənməyən elektron kommersiya mağazası açıb adını startup qoyanları göstərə bilərik. Və ya bir layihənin texniki “innovativ” tərəflərinə külli miqdarda vəsait ayırıb, onun satışı barəsində düşünməyənlər də bura şamil edilə bilər.

 

Gəlirəm startup`ın məntiqinə, burada bir dillema var, əgər bir insan (və ya korporativ üz) hər hansı bir ideyaya inanırsa, onu niyə öz vəsaiti ilə etməsin. Tutalım ki onun bu layihəni həyata keçirməyə gücü etməyə. O zaman niye investor cəlb etmək məsələsini individual şəkildə etmir. Vacibdirmi ki bu proses “startup” şəmsiyəsi altında cəmləşsin?

 

Əlbəttə ki deyil, lakin bu bir imajdır və başqasının invesitisiyası ilə risk etmək daha “asandır”. Ümumi baxsaq bu şəmsiyəyə daxil olmayan amma real və uğurlu startup sayılacaq bir çox layihə var Azərbaycanda. Online götürsək oxu.az və ya offline axtarsaq dənizkənarı parkdakı velo-icarə buna misaldır.

 

Ən son toxunmaq istədiyim başlıq isə “Startap”ların monopoliyasıdır. Gülməli də olsa bu belədir bəylər. Əslində bir çox dostumun bu monopoliyada iştirak etməsinə baxmayaraq bu həqiqəti sizə söyləmək məcburiyətindəyəm.)  Əgər layihə sahibları bir çevrədən olan müxtəlif üzvlərdirsə deməli bu, hansısa üzvün özü üçün “layihə icad etməyə” məcbur olmasıdır. Bu isə özlüyündə layihələrin keyfiyyətini və təbii seleksiyadakı parlaq düşüncəni tapa bilmək imkanını azaldır. Dolayısı ilə bunu mən Almaniyadan maşın gətirib satanlara bənzədirəm (qabalığıma görə üzr istəyirəm). Bir təsdüfü üzv bir biznesin əsas nöqtələrini öyrəndikdən sonra digər üzvlər də bunu təkrarlayır. Bunun isə sonu səriştəsizliklə bitir.

 

Mən bütün ürəyimlə inanıram ki, Azərbaycanımızda çox unikal, innovativ və uğurlu layihələrlə məşqul olan insanlarla yanaşı, bu layihələrə dəstək ola biləcək dövlət qurumları və özəl şirkətlər var. Mən yazdıqlarımı bütün startapçılara şamil etməyin və nəzərə alın ki, mən də sizin kimi, bu sahənin sağlam inkişaf etməsinin tərəfdarıyam.

OXUNUB:10142

8 Comments to “Bir startupın manifesti”

  1. Elvin Yusifli says:

    Mənə isə maraqlı olan birşeydir. Azərbaycanda olan Startuplar bir şəbəkənindir yəni eləbil manapoliyaya çevriblər.

  2. Bu daha çox Oliqapoliya modelinə bənzərdir, lakin enə də xoş deyil.

  3. Elvin Yusifli says:

    Islam Zakir Rizayev yəni vəziyyət belədirki startup eləsəndə belə bu startup layihələrinə qoşulmaq mənasızdır.

  4. Elvin Yusifli Daha doğrusu mən "startaupçı" sözünü geyinmək xətrinə layihə istehsalına qarşıyam. Yoxsa sağlam ideyalara deyecek sözüm yoxdur.

  5. Ali Shikhiyev says:

    Menim fikrimce her bir Startup ugurlu ola bilmez . Yeni ugursuz startuplara gulmek qisminde yanasmaq olmaz. Bu gelecek diger startupcilar hemin ugursuz startuplardan netice goturmelidir.

  6. Əli bəy tamamilə haqqlısız, lakin mənim mövzum bu deyil ki. Mən burada sonunun uğursuz olacağını bilə bilə bu yola başlayanlardan və adına heç cürə startup deyyə bilməyəcəyimiz layihələrdən danışmışam. Bir də startup monopoliyası var, hansı ki eyni dar çərçivədə dövr edir.

  7. Ali Shikhiyev says:

    Islam bey mende hec inanmiramki hansisa bir startup onu geleceyde ne gozleyeceyini bilsin. Ancaq ehtimal etmek ve ya bir startup plan hazirlamaq olar ki buda ugura qarantiya ola bilmez. Bir misal Whatsup inanmiramki bilerdi ne vaxtsa oz proektini Facebooka 16 milyarda satacaq. O ki qaldi monopoliya bu haqda bir bilgim yoxdu sadece bir qrup insanlar varki onlarin proektleri tutur cunki o insanlar bu bazarda uzun illerdi movcuddur.

  8. […] Əslində bu mövzu barəsində əvvəllər də qeyd etmişdim. “Niyə görə yerli startuplar çox zaman uğursuz olur?” sualının cavabı yəqin elə bundandır ki, startup layihəsini […]

Cavab yaz Elvin Yusifli

*

*