Nəyə lazımdır Brandbook ?

Yazılıb: Nov 21 2012

GoCreative olaraq portfoliomuzda bir neçə brandbook var.  Gördüklərimdən bu qənaətə gəlmişəm ki, bir çox şirkət üçün “olsun” deyə var olanlar siyahısındadırlar. Olmayanları isə o qədər də dərindən narahat etmir sahib olmamaları. Amma əslində korporativliyin qurulması addımlarından ilkidir Brandbookun yaradılması, şirkətin dəsti xəttidir. Adını çəkmək istəmədiyim  bir holdingin mötəbər işçisi mənə vizit kartını verdikdə, marketing şöbəsinin və dizayn işləri görmüş şirkətin əziyyətlərinin mənim gözümdə necə heç-puç olduğu indiyə qədər yadımdadır. Vizitkartdakı loqo ilə, holdingin loqosu arasında düzbucaqlı ilə dairə arasında olan qədər fərq var idi.

 

Brandbook`u korporativliyimizi qoruyan örtükdür, hansı ki, onsuz sizin brendiniz deformasiyaya uğraya bilər. Bu deformasiyadan qaçmağın ən düzgüz yolu sözü gedən “kitab”ı ortaya qoymaqdır. Bu kitab isə öz növbəsində sizin reklam daşıyıcılarınızdan, şirkət sənədlərinə qədər və bir çox korporativ identifikasiyanı əhatə edəcək.

 

Brandbook nədir? – sualınını məncə cavabı budur: Brendin identifikasiyasının düzgün istifadə olunması üçün qaydalar toplusudur və öz oxucusuna çox vaxt aşağıdakı bəndləri birləşdiriərək təqdim olunur:

  • Brend fəlsəfəsi, missiya və vizyonu
  • Loqo istifadə qaydaları – düz və səhv istifadələr
  • Korporativ rəng, ikon və ya başqa identifikasiyanın müəyyənliyi və qeyri müəyyənliyi
  • Reklam daşıyıcılarında, şirkət sənədlərində və promo məhsullarda istifadə qaydası

 

Əlbəttə ki, sadaladıqlarım standart tip Brandbook növü hesab olunur və font, tv guidelines, tizer və başqa qeyd etmədiyim reklam daşıyıcı və brend ifadə edən elementlərin istifadə qaydaları da təkzib olunmur.

 

Brandbook`un yaradılma zamanı fikrimcə brend logosunun yaradılmasından çox keçməməlidir. Əlbəttə ki, loqonu yaradan şirkət və ya şəxsin Brandbook hazırlanmasında səriştəsi varsa onun bu işi öhdəlik götürməsi məncə daha uyğundur. Lakin vurğuya diqqət edin: “Səriştəsi varsa!“. Burada daha bir incə məsələ var hansı ki, brandbook`u yaradan firma və ya şəxs nəzərə almalıdır ki, bu qaydalar toplusunu çox vaxt brendin müştəriləri yox, ikinci növ xidmət göstərən reklam agentlikləri, fotoqraf, qrafist və s. kimi qurumlar oxuyacaq. Bu özlüyündə o deməkdir ki, brandbook aydın, düzgün hesablanmış (verilmiş ölçüləndirmə işlərini nəzərdə tuturam), bura daxil olmayan  reklam daşıyıcısı və ya fərqli növ brend etiketine rahat uyğunlaşdırıla və istifadə edilə bilən tərzdə olmalıdır.

 

İkinci diqqəti cəlb etməli məsələ isə qaydalar toplusu hazırlanan brendin fəaliyyət sahəsi olmalıdır. Dünya təcrübəsində ciddi işləyən reklam agentlikləri arasında belə öz brandbook`unu başqa agentliklərə outsource edildiyi də çox görülür. Ümid edirəm ki, gələcəkdə bu sahədə də olan boşluqlarımız yerli və istedadlı şirkətlər tərəfindənn uğurla doldurula biləcəkdir.


OXUNUB:5362

Cavab yaz

*

*