Buynuz qulağı keçəndə

Yazılıb: Dec 10 2012

Bəzən şirkət çalışanları öz profilini daha dərindən öyrəndikcə və təcrübə qazandıqca “iş adamı” olmaq istəylərini reallaşdırmaq istəyirlər. 20-40 yaşı arası olan kadrlarda bu istək daha çox bəlli olur. İnsan psixologiyasına aid olan  “ən az ehtimalı olan ümidə sarılmaq və var olan çətinlikləri görməmək” keyfiyyəti önə çıxır və bu zaman” buynuz qulağı ötmək” prosesi baş verir. Daha yaşlı kadrlar da isə risk qorxusu bu istəyi ört basdır edə bilir. Günümüz Azərbaycanında bu kimi addımlarla iş qurmaq istəyən və bəzən də bacaran şəxsləri çox görmüşəm.

 

Bu hallar çox vaxt kiçik-orta iş sahələrində görülür və bunların da  arasında statistika olaraq müəyyən sahələr var ki, bunlarda tezlik intervalı daha azdır. Bu iş sahələri ümumi danışsaq məsləhətçilik, al-sat, kiçik istehsal kimi tək və ya az funksiyaları olanlardır. Məsələn hər hansı bir su istehsalı  şirkətinin mühəndisi, istehsal xəttindən əlavə iş sahəsində olan problemləri, vergi audit qanunvericiliyi, reklam marketing alətləri və s. haqqında informasiyaya sahib olur. Bu informasiyaların düzgün olub olmamasının hiss etmədən iş qurmaq istəkləri üstün gəlir və yeni şirkət meydana gəlir. Burada əsl iş sahələri özlərinə kiçik rəqib, iş quranlar isə təbii ki, yeni iş yeri qazanırlar. Bəs bu zaman nələrə fikir vermək lazımdır ?

 

Bu keçid dövrü bir zamanlar mənim də başıma gəldiyi üçün öz təcrübəmə uyğun qısa xülasə yazmağa çalışacağam. İlk öncə onu qeyd edim ki məsələn GSM şirkətlərində və ya banklarda işləyən mütəxəsislər işdən ayrılıb özlərinə “yeni gsm” qurmaq xülyasına düşmürlər. Bunun sərhədi kadrların bacardığıqları, keyfiyyətləri, lider və idarəetmədə ola biləcək uğurları ilə sərhədlənir.

 

Buynuzun qulağı ötə bilmə ehtimalı həmin sərhədə aid olan amillərin üstünə şəxsi keyfiyyətlər, networking, işdəki detalları bilmə kimi nüansları da gəlmək lazımdır. Burada uğur qazana bilmək üçün fikrimcə mənbə şirkətin yol verdiyi səhvlərdən yayınma və ən əsası keçən yazılarımdan birində qeyd etdiyim “blue ocean” strategiyasını uyğunlaşdırılmasıdır. Məsələn hər hansı mətbəə işçisi, şəxsi biznes olaraq yeni mətbəə açmaqdansa, mətbəələrə xidmət göstərən, xammal satan və ya sadəcə dizayn işlərini görmək üçün xüsusi şirkət açması fikrimcə daha uğurlu olardı. Təbii ki, bu prosesdə fərqli modellər də vardır ki, məsələn SOFT şirkətində çalışan işçi, işdən ayrılmayaraq həmin şirkətə xidmət göstərə biləcək kompüter ehtiyat hissəsi şirkəti açırsa onun əldə edəcəkləri bunlardır:

 

  1. Çox zaman işlədiyi sahəyə uyğun və həttə öz iş yerinə xidmət göstərə bilmə şansının yüksək olması, startup`da hazır müştəri bazası
  2. İşlədiyi yerdən ayrılmayaraq yaşamaq minimumları riskinin azaldılması və işlərə motivasiya (bu halda iş saatı artır)
  3. İş səhələrinin fərqli olması və bir birindən asılı olmamasını nəzərə alsaq iki “iş yerinin” birində uğur qazanmaq

 

Bu hallara olduqca çox rast gəlinilir. Kapitalizmda dövlət həkiminin öz şəxsi klinikası olması, dövlət məmurunun avtosalon sahibi olması normaldır. Mən bu qanunvericilik mövzusunda danışmaq istəmirəm və bunun doğru və ya səhv olduğunu deməyəcəyəm. Təbii ki burada monopoli və ya orqopolilərin yaranması müzakirə mövzusudur. Deməli, seçimə görə yeni iş sahəinə adaptə olunmalar daha uğurlu nəticələnir.

 

Burada başqa məqam iş yerindən ayrılanın öz biznesini qurmasında nəzərə alınmalı olan məsələlər məncə bunlardır:

  1. Öncədən, xərclərin hesablanması
  2. İş bölgüsü və işə götürüləcək kadrların müəyyən olunması
  3. Öz seqmentinin müəyyən olunması
  4. İş sahəsi haqqında qanunvericiliyin, dövlət dəyərlərinin öyrənilməsi
  5. Profilə uyğun “outsource” və ya xidmət əldə etmk üçün mənbələrin araşdırılması və kiminlə işləyəcəyiniz müəyyən olunması
  6. Korporativ kimliyin hazırlanması və marketing işlərinin hesablanması
  7. Gəlir və hədəflərin müəyyən edilməsi

OXUNUB:2207

One Comment to “Buynuz qulağı keçəndə”

  1. Sheccid says:

    Amidos,məncə kfce7ədə hər bir insana yaxınlaşıb və hər bir inanadsn irad və təklifini soruşmaq elədə maraqlı nəticə verməyəcək e7fcnki adicə facebook səhifəsində gf6rfcnfcrki hami standart iradları yazır qiymətlər endirilsin amma yeni ideya yeni xidmət istəylərini təklif edənlər e7oox təssfcfki azdır..Yəni bizim cəmiyyətin e7ox hissəsinin yeni texnologiyalara yeni ideyalara deyəsən elədə maraqı yoxdu məncə(..Mənim bir iki xahişim var..Mfcmkfcnsə xfcsusi bir e-mail yaradılsın ora istək və təklifləri yazmaq imkanimiz olsun..Fb səhifəsində Azercellin elədə dfcz e7ıxmır xidmət təklifi yazmaq mənim fikirimcə e7fcnki sosial şəbəkədə e7ox vaxt oğurluqlar olur yəni deməy istəyirəmki məsəl fce7fcn hər hansisa bir xidmət haqqinda f6z istəyimi ideyami sf6yləmişəm digər operatorların əməkdaşları bu ideyani gf6rfcb f6z operatorlarinda tədbiq edə bilərlər amma e-maila yazsaq hee7 kəs oxuya bilməyəcək).2002 nf6mrəsinə zəng etməkdən əlavə smslədə f6z sualini ,problemini gf6ndərmək və tez cavab almaq imkani olsa əla olar..Saytda yeni kampaniyalar və ya xidmətlər haqqında məlumatlar e7ıxanda bəzən olur tam qeyd olunmur hər məqam..Məsəl fce7fcn Gənc sim tarifindəki endirimlərin sevimli nf6mrələrə edilən zənglərə və gf6ndərilən smslərə aid olub olmadiqi haqqda qeyd olunmayıb..xahiş edirəm mfcmkfcnsə saytda yeniliklər qeyd olunanda daha ətraflı yazılsın mfcmkfcnsə və birdə reklam e7arxlarında xidmət və ya kampaniya haqqda məlumat qae7an stroe7kada e7ox xırda yazılır yaxşı gf6rmək olmur bir balaca şrifti o yazilarin bf6yfck olsa əla olardı)Və birdə facebook səhifəsində suallar tez tez cavablandırılsan gf6zəl olardı e7fcnki bir e7oxları şikayət edirki gec cavablandırılır..Diqqətinizə gf6rə təşəkkfcr edirəm..

Cavab yaz

*

*