Content Management Systems haqqında

Yazılıb: Mar 16 2014

Bu gün yenə də boşluqları, istifadə qayda və yerlərinin səhvlərini, bu sahədəki informasiya azlığını və ən əsası bəzən bu bazardakı maliyyə dövriyyəsindəki ödəmələrin qeyri sağlamlığını yarada biləcək səhv informasiya tüccarlarını görərərək yazmağa başlayıram. Sizin də anladığınız kimi mənim bu günki mövzumuza baxış bucağım texniki deyil və bacardığım qədər CMS məntiqinin idarəedici yükünü izah edəcəyəm.

 

Startup sözünün trend olduğu bir zəmanədə online biznes modelləri əksəriyyət təşkil edir. Təbii ki, burada da pay düşür, CMS`lə işləyən elektron resursların üzərinə. Bu çox təbii prosesdir və burada da kiminsə öz ayranına turş deməsi müzakirə mövzusu deyil.

 

CMS`lər kontentin idarə olunması üçün vasitə, alətdirlər və müxtəlif proqramlaşdırma dillərində olurlar. Bu zamana qədər, CFML`dən Java`ya, Perl`dən PHP`yə müxtəlif dillərdə, müxtəlif nümunələrini görmüşük. Onu da nəzərə alaq ki, sadaladıqlarım yalnız “Open Source Software”dirlər, yəni sistemin qurulmasında istifadə olunan “kodlar” ictimaiyətə açıqdılar.  Bu kimi sistemlərin ödəməli və ya limitli versiyaları da var hansı ki hazırda CMS dedikdə OSS`ləri nəzərəd tutacağıq.

 

İndiki yerli bazarda WordPress əsas olmaq şərti ilə, bir neçə OSS CMS`lər daha üstün populyarlığa sahibdirlər. Bu populyarlıq onları inkişaf etdirirək, əsas fəaliyyət sahələrindən digər qonşu sahələrə də yayılmasına zəmin yaradır. Bu da bu mövzu üzərində müzakirələr başlamasına zəmin yaradır və ən əsas sualı  isə çox vaxt belə olur: Hazır CMS yoxsa “sıfırdan”?

 

Gəlin problemin həllini daha makro səviyyədə axtaraq. CMS`ləri təklif edən şirkətlərin çox vaxt təklif etdiyi məhsulun növünə görə tərəf tutmağı təbiidir. Bu ən azından ona görədir ki, hər hansı bir şirkət hansısa bir CMS`lə uğur qazanmağın yolunu tapır və onu tərk etmək fikrində olmur.

 

Hər hansı bir elektron tapşırığın həlli yolunun tapılmasında, hazır CMS məhsulu təklif edənlər bu səbəbdən bu məhsulun tərəfini, alternativlər isə, öz istifadə etdiklərinin tərəfini tuturlar. Bu necə də ədalətlidir. Lakin burada bir neçə məqam var ki, həqiqətən hansı tapşırığa hansı CMS modelinin düz gəldiyini başa düşmək lazımdır.

 

Hətta son zamanlarda üstündə tez-tez düşündüyüm fikirlərim var hansı ki sizinlə paylaşacağam. Bütün yerli şirkətlərə DMP mütəxəsis təyin və təhkim etmək lazımdır. Ən azından marketing mütəxəsislərin bu sahədə daha çox bilikləndirilməsi vacibdir. Sözüm onda yox, sözü gətirirəm CMS`lərin müqayisə faktoruna. Bu dediyim fikrimə isə sonralar geri qayıdacağam.

 

Mənim şəxsi fikrim budur ki, CMS`ləri, onlar hazırlanarkən öncədən düşünülən fəaliyyət sahəsində istifadə etmək lazımdır. Müqayisəyə isə ilk öncə başlayıram program təminatı gizliliyi nüansı ilə:

 

WordPress ilə GoCreatve`nin, yəni mənim rəhbərlik etdiyim şirkətin məhsullarının arasındakı ən başlıca fərqlərdən biri, birincinin kodlarının dünyanın 100 minlərlə proqramistinin  gördüyü halda, bizim hazırladığımız CMS`in kodlarının yalnız şirkətimizin proqramistləri tərəfindən bilinməsidir. Bu onların həm təhlükəsizlik, həm də adaptiv olmaları üçün böyük zəmindir. Hazır CMS`lərin bir çox halda tez tez yenilənmələri də yəqin ki bu səbəbdəndir (?!).

 

Adaptiv olmaq amili. Nə istəyirik? Bloq, xəbər saytı, portal, online satış mağazası, dinamik və ya korporativ sayt? Çox zaman hazır CMS`lərdə verilən tapşırığa əsasən uyğun plugin, modul və thema`lardan istifadə edilir. Hazırda oxuduğunuz bloq özü WordPress üzərində qurulub və mən də ondan razıyam. Lakin ümumi dəsti xətdən azca kənara çıxdıqda, hazır CMS`lərin edə biləcəkləri limitlənir. Bu o deməkdir ki, hər hansl bir xüsusi texniki tapşırıqla qarşılaşdıqda hazır CMS`lərin bu tapşırığa uyğunlaşdırılması daha çətin olur. Və ya bu uyğunlaşdırmanın özünü belə hansısa hazır modul sayəsində “yola verirlər”. Bəli bu danılmazıdır ki, bu dediyimiz proses sıfırdan hazırlanan məhsullara nisbətən hazır WordPress kimi CMS`lərdə daha tez və ucuz başa gəlir. Lakin risklidir. Dediyim kimi, çox hal ola bilər ki, istədiyim tapşırığı hazır CMS`lərdə edə bilməyək. Deməli  nəticə odur ki, bunu yalnız istifadə etdiyimiz hazır CMS`in ixtisaslaşma sahəsində etsək ortaya daha nümunəvi iş çıxarda bilərik.

 

Başqa sözlə mən inanıram ki, bu gün WordPress`dən güclü blog CMS sistemi yoxdur. Lakin WordPress üzərinə hər hansı bir şirkətin online satış mağazasını qurmaq məntiqsizdir. Əlbəttə ki, mən sözü təkcə www.idealdanaldim.az saytına atmıram. Bu cür nümunəmiz çoxdur və təbiidir. İnkişaf dövrlərində texniki “səhvlər” mümkün və inkişafa aparandırlar.

 

Sürət hər şeydir. Gəlin mənimlə razılaşın və deməyin ki, heç bir fərqləri yoxdur. Hazır CMS`lər hər zaman sıfırdan yarananlardan daha sürətlidirlər. Bu faktdır. Söhbət OSS CMS`lərdən gedir. Nəzərə alın ki, elə WP`nin özünü elə limitli və ödənişli lisenziyaları vardır ki, onları biz sıfırdan hazırlanan özəl CMS`lər sırasına aid edirik. www.mashable.com bu resurslardan biridir və çox sürətlidir.

 

Bunun səbəbi onların daha çox funksional olmaqlarındadır. Doğrudur ki, hazır CMS şirkətləri öz məhsullarınıdaha çox inkişaf etdirmək üçün onların həm blog, həm məsələn korporativ sahədə inkişaf etdirmək istəyir, onların adaptiv olmaları üçün müxtəlif plugin və ya thema`lar yaradırlar. Bu adaptiv olmaqları isə minimum istifadə olunacaq resursların sayını artırır və optimizasiya baxımdan əlverişli deyil. Sıfırdan hazırlanan CMS`lərdə isə bu problem yaşanmır (düzgün hazırlansa), cünki məcburi olaraq hər tapşırığa individual yanaşma tətbiq edilir.

 

Yenilənmələr. Təbii ki, yeni trendləri izləmək və yeni texnologiyalara adaptiv olmaq əladır (Bir yerli reklam mətni yadıma düşdü nədənsə – “Açıq olmaq gözəldir”), lakin bunun hesabına sistemimizin “göz düzəldən yerdə qaşını çıxartmaq” olmaz. Məsələyə belə yaxınlaşaq, hazır CMS`lərin kodları ictimaiyyətə açıq olduğu üçün müxtəlif modullara, proqramistlər fərqli cür yanaşa bilirlər və bu tip proqramistlər dünyada yüz minlərlədir. Təbii ki, bu məhsulları milyonlara insanlar endirirlər. Nəticədə isə CMS köklü yenilənmə apardığı zaman isə aldığınız və ya qurduğunuz modullar işləməyə bilir. Sıfırdan proqramlaşdırılan elektron resurs CMS`lərində isə bu problem olmur, çünki, mövzu direct olaraq, texniki tapşırıqı verən və onu proqramlaşdıraraq icra edən arasında olur. Bu halda nəsə işləmirsə iki tərəfdən birinin məsuliyyəti altındadır və üçüncü qeyri müəyyənlik yaranmır. Deməli açıq olmaq hər zaman gözəl deyilmiş.

 

Bir çox məqam var və bu iş prinsipi məsələsidir. İş prinsipi isə ideologiya əsasında qurulur. Mən bu gün kimin düz, kimin səhv olduğunu deməyəcəyəm və demirəm də. Bu zamana qədər sıfırdan hazırlanan bir çox proqram təminatının şahidi olmuşam ki, ən ağır işləyən  OSS CMS belə ondan yaxşıdır və ya əksinə. Öz fikirlərimi hər bir halın ortadan yuxarı səviyyədə olacağı qənaətinə gələrək yazdım və xahişim odur ki, “Filan resurs JOOMLA`dır amma sıfırdan hazırlanan filan resursdan daha yaxşıdır.” deyərək mənim yazdıqlarıma dəqiq resurslara focus olmuş qənaətlər gətirməyin. Əlbəttə ki, hər iki halı istifadə edən çox sayda dostumuz var.  Burada mənim düşündüyüm, yenə də texniki tapşırıq əsasında qarşıya qoyulmuş məsələyə yaxınlaşmaq daha düzgündür. İnanın mənə mən bunu bacaran çox sayda istedadlı insan tanıyıram.

 

O ki qaldı məsələnin korporativ tərəfinə, fikrimcə əgər bir şirkətin bu mövzuda səriştəsi olan kadrı yoxdursa, bu mövzunu outsource  edib analiz etdirmək, məhz onlara nəyin daha sərfəli olacağını müəyyən etmək daha uyğundur.

Bizim üstümüzə düşən isə hər iki tərəfin bərabər inkişafını təmin etmək üçün əlimizdən gələni etməkdir.

 

OXUNUB:6983

Cavab yaz

*

*