CV – ni necə hazırlayaq?

Yazılıb: Nov 09 2012

Yaxın keçmişdə milli resurslarda iş elanlı yerləşdirmişdik. Təbii ki, çoox sayda CV aldıq. Elanda göstərilmiş olan vakasiyanın “proqramist” olması nəzərə alsaq onu deyə bilərik ki bir çox gəlmiş CV-dən narazı qaldıq. Bəs işə girmək üçün CV-ni necə doldurmaq lazımdır? CV doldurmaq etikası və strategiyası nədir? Təcrübəmə əsaslanıb bu barədə fikirlərimi qeyd etmək istəyərdim.

CV-lərin düz xətt olaraq hazırlanması məntiqi iki yerə ayrılır: Zaman meyarına görə və funksionallığına görə. CV-nizi hazırlayarkən ilk öncə hansı məntiqi yoldan gedəcəyinizi müəyyən etmək vacibdir. CV yazmaq mədəniyyətdir, biznes etikasıdır və buna düzgün riayət etmək lazımdır.

 

1. CV lərin çoox faizi .DOC uzantılı (MS WORD) proqramında hazırlanır. Bu halda həmin faylın adının CV.DOC qoyulması fikrimcə yanlışdır. Səbəbini belə izah edə bilər ki, bu faylı göndərdiyiniz zaman kontent hissəsi nə qədər möhtəşəm olmasına baxmayaraq CV-niz digər rəqiblərin CV-ləri ilə qarışa bilər, itə bilər, oxunmaz və s. Elektron maili alan şəxs CV.DOC fayllarının ucbatından texnik olaraq sizi kiminləsə qarışdıra bilər.
Bunlardan əlavə CV-nizi göndərən zaman elektron poçtunuzun mövzu (Subject) hissəsinə vakansiyanın adını yox (əgər bu labüd deyilsə) ad və soyadınızı qeyd edin ki, qəbul edən şəxsin məktub xaosunda sizi tapa bilmək üçün səbəbi olsun. Bu proses təcrübəylə sabitdir.

 

2. CV hazırlayərkən fərqlilik yaratmaq. Bunu  yerinə yetirməyin limiti təxəyyül gücünüzlə sərhədlənir. Məsələn kompüter bilikləriniz kifayət qədərdirsə və bu sizə mane olmayacaqsa CV-nizi PDF formatda hazırlayaq. Bu format həm vizual həm dəqiqlik nöqteyi nəzərən daha əlverişlidir.
Təcrübəmdə animasiyalı və təqdimat kimi hazırlanan CV formalarının hazırlanması da var ki, bunlar daha “dəqiq” instansiyalara göndərmək üçün hazırlanır. Bu yaxınlarda Harvard Business School məzunu bir dostumuza CV hazırlamağımız yadıma gəlir. Burada da dediyim kimi daha fərqli metod tətbiq etmək hər zaman daha uyğun olur. Lakin bu o demək deyil ki, bu metodu hər iş sahəsində istifadə etmək məqsədə uyğundur. Qısacası İMPAVİZƏ olunmalıdır.

 

3. Yazmaqdan qorxmayın – unutmayın ki, işə götürən sizi tanımır. Deməli CV sizin şəxsiyyətinizi anlata bilən, hazırki statusunuzdan xəbər verən bir yazıdırsa o dolğun olmalıdır.  Aydın şəkildə, oxuyanı darixdırmamaq şərtilə ilə özünüzü anlatın. Bu proses əsasən belə hazırlanmalıdır: İlk olaraq şəxsi, təhsil, iş, bacarıq və başqa xüsusiyyətləri özünüzdə aydınlatmaq. Sonra bir birinə qarışdırmadan kontenti hazırlamaq. Əlavə infirmasiya verməkdən çəkinməyin, ola bilər ki, sizinlə rəqibinizin arasında olan seçim müharibəsində həmin “lazımsız” informasiya saydığınız sizi qalib edəcəkdir.

Doldurulması vacib olmayan və ya yerini boş qoyacağınız xanaları işə götürənə heç vaxt boş göndərməyin. Bu o hallara aiddir ki, CV-ni göndərən şəxs doldurcağı faylı hardansa internet və ya başqa resurslardan tapır və sonra dəyişdirir. Əgər sürücülük vəsiqəniz yoxdursa həmin xananın qarşısına YOXDUR kəliməsi yazmaqdan ümümumiyyətlə həmin hissəni silin. Bu zaman CV-nizdə yalnız dəqiq sizə uyğun informasiya formalaşacaqdır ki, bu da sizin həmin iş üçün necə iddialı olduğunuzdan xəbər verir.

 

OXUNUB:7661

Bölmə: İdarəetmə, Ümumi Teqlər:

Cavab yaz

*

*