devetname.az

Yazılıb: Mar 22 2014

devetnameaz logo

Bir çox dostum soruşur ki Dəvətnamə.az`ı niyə açdın? Daha doğrusu bu sualı belə vermək istəyərdilər yeqin ki: “Başına problem azdır?” ))

 

Əlbəttə ki yox! ) Azərbaycanda sahibkar olan hər bir kəs bilir ki, sahibkarlıqda bazarın yeni inkişaf etməsindən asılı olaraq bir çox problemlər vardır və Dəvətnamə.az mənim üçün FİƏ sərfidir.

 

Satış nəzəriyyəsi üzrə istedadlı yazarlardan olan Philip Delves Broughton`un “The Art Of the Sale” kitabında çox maraqlı bir məqama toxunulub. Satış – retail. Dünyanı idarə edən qüvvədir bu. Hansı ki, qarşımızdakını öz fikirlərimizi anlatmağa çalışarkən, uşaqlarımızı yeymək yeməyə təşviq edərkən, biliklərimizi dostlarımızla bölüşərkən və ya karyeramızı qurarkən əslində satışla məşqul oluruq. Satış sadəcə olaraq hansısa məhsul və ya xidməti verib əvəzində pul almaq demək deyil. Satış hər bir iqtisadi və bir çox ictmai hallarda həyatmızın içindədir. Lakin bu həm də elə bir mövzudur ki, bir çoxumuz satmaqdan qorxuruq. Burada rədd edilmək sindromu öz işini görməyə başlayır.

 

Satış ilə məşqul olanlar gün ərzində biznes həyatının başqa sahələrində olanlardan daha çox yalan danışırlar. Bu faktdır. Və bu fakt onu vurğulayır ki, satan və ya satıcı olan hər kəs hansısa bir archetype`i  “geyinərək” satdığı məhsul və xidməti fərqli metodlarla alıcıya təqdim edir.

 

Satış iqtisadiyyatın təməlində dayanır, bu hamımıza aydındır. Lakin təcrübəvi əsaslarla çox az tədris edilir.

 

Harvard Business School professoru Walter Friedman “Birth of a Salesman” kitabında qeyd edir ki, biznes və iqtisadi nəzəriyyə  insititut və məktəbləri satışı həyata keçirmək üçün lazım olan bütün addımları bir bir tədqiq edərkən satıcılıq və satıcının xarakteri haqqında çox az danışırlar. Bu mövzu keçən əsrin əvvəllərində necə danışılırdısa indi də ona yaxındır. Bu  satıcıların istisadiyyatdakı vəzifəsinə (heç kim məndən inciməsin) “daha lüzumsuz və ya alçaldıcı”  baxışdan irəli gəlir. Halbuki hazırda, bir çoxlarımızın sevdiyi selfmade uğurlu şirkətlərin başında dayanan şəxslərin özü çox uğurlu satıcılardır. Steve Jobs, Bill Gates, Kenneth Lewis de Merrill, Ingvar Kamprad kimi bir çox ad çəkmək olar.

 

Deməli əsas məsələ satışdır və əgər hər hansı bir satış prosesinin içində deyilsənsə o zaman dövriyyənin xaricində sayılırsan. Dəvətnamə.az bu səbəbdən mənim maraq dairəmdəndir. Düzdür 2009-cu ildən bəri GoCreative olaraq B2B bir çox satış prosesinin birbaşa ortasında olmuşam lakin hazırda mövzumuz pərakəndəçilikdir.

 

Dəvətnamə.az bizə bir çox dərs verib. Bu dərsləri B2B şirkət münasibətlərində heç bir zaman öyrənmək mümkün deyildir.

 

İstərdim ki Dəvətnamə.az`ın bizə qatdığı dəyərləri sizinlə paylaşım:

  • Dəvətnamə.az bizə məhsul və xidmətdə olan keyfiyyətin qiymətdən daha irəlidə olduğunu öyrətdi. İnsanların bizdən aldıqları məhsulların əslində kağız parçaları deyil, məhz onların sevincli günlərini bizimlə və yaxınları ilə bölüşmək üçün lazım olan hisslərdir. Müştərilərimiz əslində bizdən öz yaxınları ilə aralarında olan sevgi bağlarını əldə edirlər.
  • Dəvətnamə.az bizi hər bir alıcımıza individual yanaşmağı öyrətdi. Bu bir təcrübədir hansı ki, bu təcrübəni başqa cür əldə etmək çox çətindir. Bu o təcrübədir ki, alıcılarımızla Dəvətnamə.az  arasında olan hər bir müştəriyə məhz həmin müştərinin şad gününə yanaşma bilməyi komandamıza öyrətdi.
  • Retail komandamıza satış zamanı yaranan problemləri həll edə bilməyi alışdırdı bizi. Satış varsa o zaman problem də vardır. Satış zamanı və ya satışdan sonra yarana biləcək, istər məhsul, istər zaman, istərsə keyfiyyət və başqa amillərdə yarana biləcək bütün növ çətinlikləri komandamız aradan qaldırmağı vərdiş etdi.
  • Dəvətnamə.az bizə reklam büdcəsinin optimallaşdırılması və düzgün communicate plan qura bilmək üçün bir müstəvi oldu. GoCreative olaraq fərqli müştəriləmiz üçün hər zaman etdiyimizi bu dəfə öz büdcəmizlə özümüz üçün etdik. İnanıram ki, çox az reklam şirkətinin bu kimi təcrübəsi vardır. Əlbəttə ki, başqasının investisiyası ilə manupulyasiya etmək daha “asandır”. Biz bu stereotipi sındıra bilmək üçün və özümüzü müştərilərimizin yerinə qoyaraq  Dəvətnamə.az`la böyük təcrübə qazandıq.
  • GoCreative olaraq hər hansı bir brandın  Digital Marketing`də öz sahəsində sıfır nöqtəsindən ən yüksək nöqtəyə gətirə bilməyi öyrəndik. Onu da nəzərə alsaq ki, DMP davamlı inkişaf edən və yerində dayanmayan, sistematik olaraq çox az dərsliklərdə yazılmış, təcrübəsiz bilik əldə edilməsi çətin olan bir sahədir.
  • Dəvətnamə.az olaraq archetype “geyinməyi” və alıcılarımızı inandırmağı öyrəndik. Dediklərim satış sahəsindən korporativləşmə yolunda atılacaq ən birinci addım sayıla bilər. Bu xassələri Mahatma Gandi passiv üsyançıları yetişdirmək üçün, Kazanova rahibələri yoldan çıxartmaq üçün və ya Dalai Lama tərzini və mesajını yaya bilmək üçün istifadə etmişlər.

 

Bu yazını yazmağımdakı məqsəd, kiçik bir biznesi tərif etmək deyil. Əsla. Məqsədim bir brandın yaranışından indiyə kimi bizə qatdığı dəyərləri oxucularımla paylaşmaqdır. Axı Dəvətnamə.az bizim üçün uğurlu biznes olmaqdan savayı həm də “təcrübə müstəvisidir”.

 

Dəyərli dostlarım hər birinizi bu müstəviyə dəvət edir, akademik və təcrübə karyeranızda mütləq nə vaxtsa satışla məşqul olmağı tövsiyə edirəm.

OXUNUB:13339

2 Comments to “devetname.az”

  1. Rafiq Shah says:

    Men de bir nece defe xidmetlerinizden yararlanmisam, cox da razi qalmisam. Ugurlar!

Cavab yaz

*

*