Digital Marketplace`nin gücü

Yazılıb: Apr 13 2013

Dostlar sizlərə bu mövzu barəsində fikirlərimi yazmaqda məqsədim bizim internet resurslarının əsil gücünü görə bilməkdir. Çox qəribə tendensiyalar yaşayırıq yerli internet bazarında amma bu bizim dünya bazarı ilə müqayisədə fərqli yöndə inkişaf etməkdədir.

 

Bir çox xarici TV kanallarında artıq online resursların televiziya reklam roliklərini görmək bizi təəcübləndirmir. Yandex`in tuürkiyə bazarına giriş kampanyaları, trendyol kimi online alış-veriş resurslarının reklamları və s. kimi bir çox reklam görmüşük. Fərqli olaraq yerli oxşar reklam tool`larında bu kimi kampanyalara rast gəlmək çətindir.

 

Digər bir faktı nəzərinizə çatdırım, daha öncələr də qeyd etdiyim kimi, yerli elektron resursların gücü nisbətən daha zəifdir. Elektron resurslarda keçirilən kampanyalar məsələn outdoorlardan daha zəif nəticə verir (!?). Bu cür inkişaf prosesinin səbələri nələrdir və bizim DMP`mizin gücü nə qədərdir? Bu suallara cavab tapmağa çalışaq.

 

İlk öncə yerli elektron resurslarının effektliyini həmin bazarın istifadəçi sayı ilə xarakterizə etmək lazımdır, hansı ki, öz növbəsində dil amili ilə uzlaşır. Yəni eyni kontentdə Azərbaycan dilindəki resursun makro mənada rəğbət qazanmasının şansı, ingilis dilindəki resursdan nisbətən daha azdır. Deməli burada həmin resursun ana dilində danışanların sayı da rol oynayır. Əlbəttə ki, İngiltərənin qəsəbələrinin birində özü üçün adi online satış saytı yaradan şəxsin resursunun uğur faizi təbii olaraq bizim yaratdıqlarımızdan daha çoxdur.

 

İkinci bir məsələ maarifləndirilmədir. Bu elektron resurslardan istifadənin minimum və maksimum yaş həddlərinin arasındakı diapozonla xarakterizə olunur. Düşünün ki, məslən Azərbaycanda ortalama yaşı ən kiçiklə ən böyük arasındakı fərq 30 (!?) dursa, Avstraliyada bu 45(!?) dir. Əlbəttə ki, bu qaba bir misaldır, lakin digital aləmdə göstərilən xidmətlərin yaş sektorlarına bölünməsinə baxdıqda bu böyük əhəmiyyət daşıyır. Başqa tərəfdən baxsaq məsələyə, bizim bazar çoxluq olaraq paytaxtımız ətrafında cəmləşmişdir.

 

Üçüncü bir məsələ, yerli bazarın hələ də keyfiyyət meyarına görə təbbi seleksiyadan keçməməsidir. Burada resurslarının arasındakı rəqabətin varlığı və vaxt amili özünü amanla göstərəcəkdir.

 

Yerli bazarın Digital market Place`nin gücünü ölçmək üçün adi bir misal gətirək. Bu yaxınlarda rəhbərlik etdiyim dizayn studiyasının müştərilərindən biri məni təkid edərək inandırmağa çalışırdı ki, onun eyni miqdarda xərclədiyi outdoor budcəsində gələn satış artımı, internet reklamlarında xərclədiklərin daha efektlidir. Hələ ki, müştərimin dediklərində həqiqət görürəm. Əgər hər hansı bir kampanyanın öz seqmentndə 100 nəfərə digital aləmdə göstərilməs ilə outdoor və ya productiondakı arasında uçurumlar mövcuddur deməli həmin bazarın DMP`i tam inkişaf etməmişdir. Axı burada başqa amillər də vardır, hansı ki, DMP-də bir çox xərclərdən qurtulmağın yolları vardır və buradakı kampanyalar aha az büdcə ilə hazırlana bilir. Bu amili də nəzərə alarsaq bu nəzərriyyənin doğru olduğunu düşünə bilərik. Başqa bir tərəfdən, prosesin tam tərsinəsini düşünsək, çempionlar liqasında priceless.com kimi saytın stadion kənarındakı reklamını görmək mümkündür, lakin yerli bazarda bu kimi action`lar daha az görünür.

Başqa bir yol, ictimai internet resursların aktivliyini öyrənməkdir. Məslən hər hansı bir rating saytında qeydiyatdan keçən resursların sayı ümumi bazarın ümumi mənzərəsini çıxarmağa kifayət edir.

 

Bir çox elektron uğur hekayəsi tanıyırıq və əslində bu bazarın perspektivlərini çox gözəl başa düşürük. Burada inkişaf etmək üçün mənim gödüyüm bir neçə fundamental yollar vardır hansı ki, mən onları belə təsnifləndirirəm:

  • Planlama
  • Maarifləndirilmə
  • Maraqlandırılma
  • Tənzimlənmə

Bu bəndləri izah etmək bu günün mövzusu deyildir. İstədiyim Azərbaycan yerli bazarınını resurslarını bundan daha çox qatlı şəkildə inkişaf etmiş görməkdir və bu ən çox biz gənclərin əlindədir.

 

OXUNUB:3559

One Comment to “Digital Marketplace`nin gücü”

  1. […] seqmentasiyanı DMP (digital market place) üçün etməyə başalasaq tam fərqli bir mənzərə ilə qarşılaşarıq və DMP demək olar […]

Cavab yaz

*

*