Embawood`dan yazacağam

Yazılıb: Nov 15 2012

Gündəlik iş həyatımda qurduğum kiçik şirkətin müştərisi olan Embawood`dan yazmağa qərar verdim. Bunun üçün bir neçə səbəbim var. Yerli şirkətdir, xüsusi inkişaf tempinə malikdir və atdığı addımlarla hər zaman müzakirə mövzusudur. Əlbəttə, bu mövzuda çox sayda tənqidlər eşitmişəm, lakin mən bu gün tənqid etmək istəmirəm. Belə bir suala cavab axtarmağa çalışdım: Embawood Azərbaycana nə verir?

 

  1. Embawood Azərbaycanda xüsusi satış payı olan şirkətdir və ailələrimizə rahatlıq verir. Bu gün bu şirkət olmasaydı bir çoxumuzun evindəki rahatlığa ödənilmiş dəyər sərhədlərimizdən qıraqdakı istehsalçıların inkişafına yol açacaqdır, hansl ki, sonra onların tutacağı bazar payını mənimsəmək daha da çətinləşəcəkdi.
  2. Embawood işsizliyin azalmasında kiçik də olsa payı olan şirkətdir və həmvətənlərimizin iş yeridir. Bundan əlavə bu şirkətlə əməkdaş olan digər şirkətlərdə işləyənlər üçün də maddi gəlir yeridir. Demək ki, xüsusi istedad tələb edən işçilərdən, adi işçilərə qədər bu sahədə bir başa işləyən və ya əməkdaşlıq edənlər üçün əvəzedilməzdir, gəlir mənbəyidir.
  3. Embawood öz sahəsində rahat ev trendini yaradan və bu  mədəniyyəti aşılayan şirkətdir. Hansi ki, milli dəyərlərimizlə hesablaşır, sağlamlığımızın qeydinə qalır, müştərilərilə ünsiyyətdi olur. Bizə formaldehidsiz mebel almağı öyrədir, cehizliyimizin qeydinə qalır. Deyəcəksiz ki, bunlar hamısı satışın xətrinədir. Bəli, düzdür amma burada əlbəttə ki alıcını da düşünür.
  4. Embawood Azərbaycanlıdır – bizi xaricdə təmsil edir. Başqa ölkələrin mebel sənayesi və satışı bazarından pay alır. Bizi tanıdır, və qeyri neft sektorunda inkişaf edən Azərbaycanlı şirkətin sərhəd kənarlarına çıxa biləcəyini sübut edir.
  5. Markalaşmaq yolunda uğurla davam edir. Bu yöndə alıcılara verdiyi çatdırılma, zəmanət kimi xidmətlərlə bir çoxumuzu bu qayğılardan azad edir, başqa sahələrdə də bu xidmətləri tələb etməyi bizə öyrədir. Deməli bilgili, öz haqlarını bilən, tələb edən istehlakçıların formalaşmasında müəəyən rol oynayır.

 

Bu bəndlərin sayını artırmaq da əlbəttə ki, mümkündür. Əslində məqsədim nə Embawood`u tərifləmək deyil, nə də yerli yersiz tənqid atəşinə tutanlara qarşı alınmış tədbirdir. Sadəcə yerli şirkətlərimizin çatışmayan cəhətlərini öz mənafeyimizə yox, ictimayətin mənafeyinə yönləndirə bilmə mədəniyyətini yarada bilmək mövzusundə bir addım atmaq istədim. Əgər dünya qiqantı olan DELL belə xidmətlərində, insani və ya başqa faktorlar ucbatından boşluqlar buraxırsa o  zaman bizə düşən vəzifə “özümüzünkülərin” haqqlı tərəfini saxlamaqdır.

OXUNUB:3137

One Comment to “Embawood`dan yazacağam”

  1. şəxsən mənim hörmət etdiyim və dəyərləndirdiyi.
    m markadır

Cavab yaz

*

*