Eudaimonia – iş etikası

Yazılıb: Apr 13 2015

Aristotelin Eudaimonia anlayşı bir çoxlarımız üçün iş etikasına çevrilməlidir.

 

Eudaimonia – hər hansı bir işi gördükdə onu bacardığınızın ən yaxşı (üstün, keyfiyyətli) şəkildə yerinə yetirməkdir. Yaponların Kaizen anlayışına çox yaxın məna daşıyır. Eudaimonia bir fəlsəfədir, fəlsəfə deyirik, çünki, bu məvhum həyat tərzidir.

 

Bu məvhumu əlimdə şamil tutaraq bu günki yerli digital layihələrə yaxınlaşmaq istəyirəm. Və günün ən çox gözlənən sualı meydana çıxır. Yeni layihələr, projelər, startuplar və ya “proyektlər”, niyə görə bu qədər çox olduğu halda müfəvvəq olan azdır ? Bilirəm ki, bir çoxlarımız bu sualı özlərinə və həmkarlarına dəfələrlə soruşub və məntiqli cavablar da tapmışlar. Mən də öz doğrularıma görə analiz etməyə çalışacağam.

 

Azdır uğur qazananımız və bunu hələlik təbii hesab edirik. Azdır dedikdə barmaqla da saya da bilərik. Əgər saya bilsək yerli bazarda digital layihələrin var olma müddətlərinə baxarıq və utanarıq. Bu qədər zaman keçməsinə baxmayaraq, yerli və xarici sahibkarların dəstəyinə baxmayaraq, dövlətin maraq və qayğısına baxmayaraq global mühitdə sinəmizə döyüb fəxrlə göstərə biləcəyimiz çox az sayda “ad” var.

 

Digital business və ya startuplar yeni inkişaf edir və çox qınamaq, qınayaraq həvəsdən salmaq kimi bir niyyətim yoxdur. Düşündüklərim sadəcə olaraq bir stimul olsun deyə yazılan tövsiyələrdir. Bu həmin tövsiyələrdir ki, mən startuplarımızın inkişafı üçün yalnız bir yol görürüm: – Əlin, beynin və ürəyin eyni yöndə çalışa bilmə istəyi.

 

Startaplarımızın yaradılma məqsədlərinə baxsaq görərik ki, bir çox hallarda layihələr eyni məqsədlə yaradılır. Bu məqsədləri özlüyümdə belə qruplaşdırıram:

  • Global biznesə çevrilərək daha çox pul qazanmaq
  • Yerli bazarda lider olaraq daha çox pul qazanmaq
  • İnvestor və ya dövlətdən dəstək almaqla çox pul qazanmaq
  • Dünyadakı hansı biznesin modelini burda tətbiq edək ki daha çox pul qazanaq
  • Pul qazanaq

 

Bu qədər layihənin arasında görəsən neçə dənə ictimai sosial layihə var? Bu məqsədlər hamımızın (mən daxil olmaqla) ali məqsədi olan pul qazanmağa söykənir hansı ki, yuxarıda qeyd etdiyim kimi, beynimizin bizə diqtə etdiyi kimi yola çıxarsaq potensialımızın 1/3` istifadə etmiş olarıq – yalnız beynimizi. Amma şüur altında bilirik ki, getdiyimiz yol uğura aparmır. Daha doğrusu iş saatlarında işləməklə həmin uğura nail olmaq çox çətindir. Yalnız iş saatları kifayət eləmir. Burada əlimiz, beynimiz və ən əsası ürəyimiz eyni çalışmalıdır ki, işimizin nəticəsi olsun.

 

Mikelancelo demişkən:” Çoxumuz üçün ən böyük təhlükə hədəfimizi ən yüksək tutaraq ona yetişə bilməmək deyil, hədəfimizi aşağı tutaraq ona çox tez yetişməyimizdir”

 

Hazırda istehlak edərkən hər şeyin yüksək səviyyəli olmasını istəyirik. Görəsən istesahl edəndə də buna riayət edirikmi? İşimizin ən yaxşı şəkildə edə bilmək və Eudaimonia`nı iş  etikamıza çevirə bilmək üçün ona əlavə dəyər qatmalı, fərqli biznes modeli qurmalıyıq (!?) Bunun üçün qarşımızda duran meyarlar nələrdir?

 

  • İş saatlarımız standart normasında olduqca biz hədəfimizdən uzaq oluruq
  • 10.000 saat təcrübə prinsipinə əsaslanaraq böyük təcrübəyə sahib olmalıyıq, işimizi həqiqətən öyrənməliyik
  • Qarşımızda kiçik maddi maraqlardan başqa ali hədəflərimiz olmalıdır
  • İş sahəsinin cavan olmasından gələn səbəblərdən bu sahədə çalışan dostlarımız qərar verə bilmək üçün çox cavandırlar, lakin buna baxmayaraq səy göstərməliyik

 

Bu yazdıqlarımı  bundan öncə startuplar haqqında yazdıqlarımın davamı kimi düşünmənizi istəyirəm. Əlbəttə ki, bir çox toxunmaq istəmədiyim texniki məqamlar da vardır. Lakin onu da nəzərə alın ki, startup`er dediyimizlə entrepreneur məvhumu arasında santimetrlərlə fərq var və uğura çatmağın yolu çox çalışmaqdan keçir.

OXUNUB:3257

Cavab yaz

*

*