Facebook`un gücü bizik

Yazılıb: Jan 13 2013

Bu öncədən hazırlanmış planlar silsiləsinin həyata keçirmək mərhələləridir. FB 3 il öncəki kimi deyil daha.

 

Bu bir neçə il ərzində postların promote olunması üçün əlavə büdcə yerləşdirilməsi funksiyası, mesajların hamıya göndərilə bilməməsi limitləri, səhifələrin aktivliyinin cəmi 20% görünməsi (interest list) kimi bir xeyli funksiyalar yaradılıb. Bunları FB niyə etməsinin səbəbi əlbəttə ki, maksimum profit əldə etməkdir. Bu gün kimi aydındır. Sadəcə olaraq bundan sonrası necə olacağə proqnozu mənim üçün maraqlıdır.

 

Belə bir məntiqi doğru qəbul etsək ki, FB istifadəçilərinə hər hansı bir funksiyanı narkotik kimi alışdırıb sonra ordakı limitləri tətbiq edir, bu zaman hazırda free istifadə etdiyimiz bir çox funksiyonallığın gələcəkdə ödənişli və ya hansısa limitli ola biləcəyindən əminəm. Bununla yanaşı təklif verə biləcəyimiz bir çox funksiyonallıq isə texniki tərəfdən düzgün idarə olunmasa belə buna qarçı bir həll yolu gətirilmir. Məsələn yerləşdirilən reklamlardakı lokal dil problemləri (Azərbaycan əlifbası ilə reklam yeləşdirmək olmur) neçə zamandır ki eyni qalır.  Bu fikrimcə  FB-nin texniki kadrlarının çatışmamazlığından irəli gəlmir. Əksinə gözümüzə texniki çatışmamazlıq kimi görününən məsələnin kökündə xaotik idarəetmədəki düzgün yol seçimidir. Adi bir FB APPLİCATİON yerləşdirilmısindəki HTTPS limiti onu göstərmir ki FB adi hostingləri qəbul edə bilmir. Deməli bu dəyişikliklərin arxasında məntiqli texniki alqoritm dayanır.

 

Əlbəttə ki bir OBJECT çərçivəsində bir neçə yerdən profit əldə edə bilmək bacarığı əla şeydir. Burada söhbət monopoliyadan gedir. Bir haldak ki, Instagram və ya Foursquare kimi digər sosial şəbəkələrə belə FB vasitəsi ilə daxil olmaq olur və burada yeganə accountun işlək olması məsələsi gündəmdədir bu həm istifadəçi rahatlığı yaradır, həm də bizi kimi istifadəçiləri monopoliyanın yaranmasının iştirakçılarına çevirir. Bu mükəmməl bir prosesdir. Başqa sözlə desək biz istifadəçilər hər keçən gün FB monopoliyasına bir az daha güc qatırıq.

 

Onu da nəzərə alsaq ki, burada söhbət təkcə digər sosial şəbəkələrdən yox, dünyada olan digər məhşur resursların giriş accountlarını FB ilə eyniləşməsindən gedir.  Və bu proqres FB ni əjdaha edir.

OXUNUB:2748

3 Comments to “Facebook`un gücü bizik”

  1. bes neyneyek biz? eger senin yazini duzgun basha dushdumse facebook'un ejdaha olmasi biz userlere serf etmir. onda ya biz alternativ social media lardan istifade elemeliyik (game theory ile baxsaq alinmayacaq bu), ya the ki bu ejdahani necese oz xeyrimize istifade etmeliyik. facebook professoru kimi ne meslehet gorursen? esas the nece?

Cavab yaz

*

*