İclas minimumu 7 bənddə

Yazılıb: Jun 07 2014

 

Şirkət daxili və şirkət xarici iclaslar iş müzakirələri, təqdimatlar və planlamalar üçün vacibdir. Bu zamana qədər keçirdiyim iclaslarda kiçik də olsa dərslər çıxardıb özümə qeydlər aparmışam. Əslində mənim toxunduğum məqam iclas – toplantı minimumlarıdır.

Təbii ki, toplantıları üç növə ayırıram mən:

  • Bir tərəfli – bunlar çox zaman şirkət  daxili olur və informativ xarakter daşıyır;
  • İki tərəfli – bu tip iclaslar bir çox hallarda təqdimat mövqesində dayanır;
  • Çox tərəfli iclaslar – Bu növ iclaslar isə çox məqsədli olur və özündə bundan öncəki hər iki növü birləşdirir.

Hər iclas üçün minimumlar müəyyən etmişəm. Mənə görə bunlar vacibdirlər. Onları mən belə səciyyələndirirəm:

  1. İclasın məqsədinin aydın olması. Bu məqsədlər gündəmdəki mövzulardan tutmuş uzun müddətli planlara qədər dəyişə bilərlər. Lakin dəqiq nəticələr əldə edilməsi üçün bu məqsədləri müəyyən etmək lazımdır.
  2. Düzgün və lazımı fərdlərin iclaslardakı iştirakın vacibliyi. Mövzunun aidiyyatı olan fərdlər mütləq iştirak etməlidirlər.
  3. Fərdlərin iclaslara hazır olmaları. Hər fərd iclaslarda öz üzərinə düşən iş və ya tapşırığı dəqiq bilməli və buna hazır olmalıdır.
  4. Vizual alətlərin lazımi şəkildə istifadəsi təmin olunmalıdır.
  5. Məlumat əldə edilməsini məsələnin həllindən ayıra bilmək. İclas zamanını qarşıya qoyulan məsələyə həsr edə bilmək üçün məlumat axınını düzgün idarə etmək və fərdlərin məlumat ala bilmək alətlərinin yerində və zamanında təmin etmək lazımdır.
  6. İclasların başlama və bitmə zamanı dəqiq olmalıdır.
  7.  Lazımi fərdlərin iclaslardan lazımi nəticələr əldə edilməsinin təmin olunması lazımdır ki, iclasdan sonra onların məsələyə aid hissəində öz funksionallıqlarını davam etdirə bilsinlər.

İclas və ya toplantıların  keçirilməsindəki əsas məqam idarəetmə və planlamanın təmin olunması üçündür. Bu səbəbdən iclas sonrasındakı icraatların da yerinə  yetirilməsində diqqətli olmalıyıq.

OXUNUB:18164

One Comment to “İclas minimumu 7 bənddə”

  1. Deyanet says:

    Bir de iclasi is görmekden qaçmaq üçün istifade edenler var. Yeni lazım olandan çox iclasda olmaq veziyyeti. Ne vaxt zeng edib “Falan müellimi olar?” desen, hemen müellim iclasdadır. Yeni ele adamlar var ki, iş görmekden çox iclas aparır.

Cavab yaz

*

*