İmran

Yazılıb: Jul 23 2013

Nəsə bu gün İmrandan yazmaq istədim. Düzdür bloqumun məzmununa uyğun olmasa da bu məqaləmi yazmamaq üçün heç bir maneə görmürəm. Ən azından ona görə ki, İmran hələ də çox şeyi başa düşmür.

Mən müxalif şəxsiyyət deyiləm, və günahkarları bir az da qaralamaq fikrim yoxdur. Mən vətənimi, dövlət və hökümətimi sevən, bütün yalanlarıyla – düzləriylə, pisləri və yaxşılarıyla onu qəbul edən, gələcəyinə ümidlə baxan və ən azından baxmaq istəyən bir Azərbaycanlıyam. O Azərbaycanlı ki, damarlarından axan qanında tarix boyu kişilik, mərdlik və cəsarət olub.

İmranın atası mənim qardaşım deyil, əmim oğulu da deyil. Bu heç bəxbəxt hadisə də deyil. Bu bir məsuliyətsizliyin qurbanı olan körpə fərddir. İmran əslində sənsən, mənəm. O mənim balamdı, sənin balandır və nə qədər ki, günahsızlar bir yana qalsın, günahlılar bu hadisəyə laqeyd qalır, biz millət olaraq sağlam düşünə bilməyəcəyik.

Onun əməliyyatına 50 min vəsait lazım imiş, hansı ki, neft ixrac edən ölkə üçün bu qəpik belə deyil. Nə isə, mövzumuz bu deyil. Bu günki mövzum savadsızlıqdır. Baxın bu hadisənin səbəbi savadsızlıqdan irəli gəlir. Təhlükəsizliyi yoxlamalı olan məmurun aldığı iki qəpiyin verdiyi EGOnun arxasındakı savadsızlıq. İdarəedici insansın əməkdaşlarına düzgün təlimat keçməməsində olan savadsızlıq. Aidiyyatı olan qurumlara bəlkə də düzgün xitab edə bilməmənin verdiyi savadsızlıq.

Bir idarəedicinin işçilərinə vermədiyi təlim, bir satınalma şöbəsinin ucuz olsun deyə aldığı keyfiyyətsiz “nasos”. Bir sahibkarın nəticədə baş vermiş hadisəyə bəlkə də reaksiya verməməsi bizim bədbəxtçiliyimizdir. Bəlkə də yaşı daha çox olsaydı heç yazmazdım bloqumda onun haqqında. Amma o ayaqlarına nə olduğunu anlaya bilmir. Biz isə itirdiklərimizi anlamırıq.  O ayaqlarının itirir, kimsə 3 qəpiklik “obyektinə” görə şəxsiyyətini, başqası aldığı rüşvətin  yaratdığı arsızlıqdan insanlığını. Unutmadan (Heç unutmamışdım) bu gün Ağdamı itirdiyimizin ildönümüdür. İtirə itirə gedirik.  Halbuki, heç olmasa bir hissəsini geri gətirmək o qədər də çətin deyil.

Gəlin bir dəfə də həqiqi Azərbaycanlı olduğumuzu sübut edək.  Gəlin İmranın valideynlərinə əlimizdən gələni əsirgəməyək.

 

Azerbaijan Beynalxalg Banki, ASC Yasamal filiali
Bankin kodu. 805562;
Muxbir hesab AZ03NABZ01350100000000002944,
Voen 9900001881,
Swift : IBAZAZ2X;
Ceferzade Imran Ibrahim
AZN Account: AZ89IBAZ33801019443156594216
USD account: AZ13IBAZ33811018403156594216
EUR account : AZ90IBAZ33811019783156594216

 

OXUNUB:5430

Bölmə: Ümumi

2 Comments to “İmran”

  1. Ruhane Pasazade says:

    Allah komeyi olsun el tutmag eliden qalib, nolar pullu vezifeli wexsler yardim etse xalq onsuz artiq sabaha o pulu yigib verecek amma sohbet odurki huquqi baximnan xaqqimizi teleb edek gelin bawqa xalqlar kimi bizde bir olmagi acaraq!

  2. […] Həm fiziki, həm də mənəvi. Amma o qədər də kədərlənmirəm, onsuz da unudacağam. İmran balamızın ayağını kəsənləri unutduğum […]

Cavab yaz

*

*