İntel nəzəriyyəsinin çöküşü – kəmiyyət və keyfiyyət

Yazılıb: Nov 27 2012

Bir zamanlar “bazarda” yeganə at oynada bilən INTEL şirkəti var idi, hansl ki, piroqun böyük hissəsi ona düşmüşdü. 80% -ə yaxın bazar payı az deyil. Bu uğurun ən böyük səbəblərindən biri keçən yazılarımın birində qeyd etdiyim Murr qanunu idi. Alıcı kütləsi inanırdı ki, istehsal olunan CPU-nun keyfiyyəti onun tezliyinin çox olmasından irəli gəlir. Əlbəttə ki, bu zaman çərçivəsində AMD, CYRIX kimi beyin köçünə məruz qalmış şirkətlər istehsalın bahalığı, maliyətlərin çoxluğu, texnoloji ilə ayaq uydura bilməmək səbəblərindən INTEL-ə yaxın belə gələ bilmirdilər. Murr qanunu saat kimi işləyirdi, dominant şirkət inkişaf edirdi və bu bazardakı bütün boşluqların dolmuş olması mənzərəsi hamı üçün aşkar idi.

 

Lakin  Intel-in qarşısına çıxan gözlənilməz problem və  2005 – ci ildə AMD düzgün şirkətlərlə əməkdaşlıq etməsi bütün oyunu pozdu. Intel hər zamankı kimi hər il öz məhsulunun tezliyini sırf texniki səbəblərdən ikiyə qatlaya bilmədi və AMD ümumiyyətlə bu nəzəriyyənin puç olmasını öz unikal məhsulları ilə sübut etməyə başladı. Düzdü həmin məhsullar keyfiyyət olaraq rəqibinə nisbətən daha az sürətli idi lakin qiymətlərində 2 dəfəyə qədər fərqləri var idi. Bəzi CPU benchmarkinglərə görə AMD qrafik işlərdə daha üstün nəticə veriridi və Intel`in eyni qiymətli məhsuluna qarşı AMD daha uğurlu çıxış edə bilirdi. Başqa sözlə desək, oyuna yeni qaydaların gəlməsi, tezlikdən başqa, yaddaş, keş və başqa amillərin var olmasının üstünün açılması oyuna yeni qaydalar gətirdi. Intel gedişatı dəyişməyə, başqa marketinq vasitələrindən istifadə etməyə başladı.

 

Bunları yazmaqda məqsədim AMD-nin Intel-dən daha yaxşı məhsul olmasını demək deyil. Demək istədiyim sadəcə olaraq hazırki realtime bazarda var olan məhsulların focus etdikləri meyar əslində bizə lazım olan “açar” nöqtəsi olmaya da bilər. Kim bilə bilər ki, Gilette iki, üç və sonra daha neçə ülgüclü üzqırxma alətləri təqdim edəcək? Və ya sualı belə qoyaq, “ülgücün sayının keyfiyyətə təsiri doğurdanmı hesab edilən qədərdir?”

 

Son zamanlar bəzi yerli şirkətlər, milli elektron resurslarında və sosial şəbəkələrdəki istifadəçi sayları üzərindəki “müharibə”nin sona yetdiyini qəbul etməyə başlayıblar. Əlbəttə ki, bu sevindirici haldır.  Burada şirkətlərin məncə bundan sonraki elektron reklam siyasətində kəmiyyətə yox keyfiyyətə üz tutmasının vacibliyini mən belə açıqlayıram.

 

  • Dostum Şaiq Muradovun da qeyd etdiyi kimi, statistikalarımızda təhrif olunmalar var. Düzgün deyillər və düzgün olanların arasında gözlə seziləcək ölçüdə FAKE istifadəçilər çoxdur.
  • Digər tərəfdən istifadəçilərimizin böyük əksəriyyəti daha çox gənc yaşlardakı insanlardır hansı ki, bir çox iş sahəsinin bir başa seqmentinə aid deyil
  • Xaotik kütlələrlə işə xərclənən eforu daha düzgün və seçilmiş, bir başa öz seqmentinə yönəltmək FİƏ-ni artırır
  • Şirkətlərə “müştəriləri” haqqında daha dolğun statistik mənzərə yaratmaq mümkün olur

 

İstifadəçi sayı ilə “fəxr edən” bir çox ixtisaslaşmamış ümumi milli resurs var. Mən öz pessimist proqnozlarıma görə bu resursların bir çoxunun yaxın gələcəkdə iflasına inanıram. Çünki əsas məsələ neçə dənə yox, kimlərə reklam göstərə bilmək qabiliyyətidir. Məsələn interyer dizaynı ilə məşqul olan bir şirkətin gündəlik 10 000 istifadəçisi olan əyləncə portalına reklam yerləşdirməyindənsə,  profilində darlaşmış 3d qrafistlərin yığıldığı gündəlik 1000 istifadəçisi olan resursda yerləşdirməsi daha uyğundur. Səbəbi isə belədir:

 

  • Bir başa maraq dairəsi
  • Dolayı yolla müştəriylə əlaqə
  • “Kadr köçündəki” informasiyanın rolu

 

Bu barədə kapitalizm boyunca ən düzgün və geniş miqyaslı qərarlar qəbul edən,  onların icrasını düzgün aparan “system” fikrimcə Google`dur.  Jeff Jarvis`in yazdığı “What Would Google Do?” kitabında da düzgün qeyd etdiyi kimi, reklamların filterlənməsi siyasəti, hazırki milli bazardan uzaqdır. Lakin ümid edirəm ki, bir müddət sonra təqdirə layiq milli layihələr görmək bizə də qismət olacaq.

OXUNUB:7518

2 Comments to “İntel nəzəriyyəsinin çöküşü – kəmiyyət və keyfiyyət”

  1. Cebrayil says:

    Bill Dally Stanford universitetinden bir neche il evvel Moore-la keskin muzakiresi olmusdu bu barede… Ish odur ki heqiqeten tezlik artsa da guc artmadi… Bu Kevin Kelly ile Nordhausun- yeni iqtisadiyyat haqqinda ireli surdukleri tezise de tesir edecekdir…

Cavab yaz

*

*