İşimizi sevək yoxsa şirkətə bağlı olaq?

Yazılıb: Apr 14 2015

job-or-career-the-long-term-and-short-term-goals1

Söhbət işçilərdən gedir. Hansı ki, sahibkar olaraq tək başına reallaşdıra bilmədiyimiz ideallarımızı onların köməkliyi ilə həyata keçiririk.

 

Kimdir yaxşı işçi? Meyarlar nələrdir ? Necə indexlənir?

 

İşçilərin çatmaq istədiyi məqsədlər olur hansı ki, sahibkarlar onları əsla bilə bilməzlər. Bəziləri gün keçirmək üçün işləyir, bəzilə isə əmək haqqı üçün. Aralarında ideologiya naminə əmək sevdalıları da var. Elə növ əməkdaşlarımız da var ki, çalışdığı şirkətlərə bağlıdılar.

 

Danışmaq istədiyim mövzu sahibkar olaraq gözümüzdə “neqativ” olan işçilər deyil. Yəqin ki, onların da özlərinə görə neqativ olmaq üçün öz doğruları var. Goncharov`un Oblamovları bizim üçün nə qədər əhəmiyyət daşıya bilər ki? Onlar (Mən onları Oblamov adlandırmaq istəyirəm) sadəsə olaraq sahibkar olaraq bizim ayağımızdan dartır, təkərimizə çomaq soxurlar. Onlar hər yerdə var və öz tənbəlliklərini virus kimi yayırlar. Bu keçici xəstəlik kimidir, bir qrupda bir nəfər belə oldumu, həmin xassələr digər əməkdaşlara da keçməyə başlayır. Onlar haqqında danışmaqla bitməz və bəlkə nə vaxtsa onlara da daha ətraflı yer ayıracağam blogumda.

 

Kazancakis deyir ki, insan çox qəribə maşındı. İçinə çörək, şərab, balıq və meyvə atırsız, bayıra gülüşlər, xəyallar və arzular çıxır. Mövzumun fokusu olan bu tip adamlardır. Biz onları inkişaf etdirməliyik. Onlarla biz məqsədlərimizə çatmaq istəyirik və onların da hər zaman yanımızda olmalarını istəyirik. Müxtəlif olsalar belə bizim onlardan istədiyimiz əsasən tək bir şey var – keyfiyyətli iş. Deng Xiaoping`in gözəl bir baxışı var bu mövzuya: “vacib olan pişiyin qara və ya ağ olması deyil, siçan tuta bilmə bacarığıdır”

 

İşini sevənlərlə işlədikləri şirkətlərə bağlı olanlar arasında olan fərq sahibkarın gözündə belədir:

  • Məhz sahibkarın qurduğu şirkətə bağlı olduğu üçün bağlı olanlar sahibkarın gözündə hər zaman bir addım daha öndədilər
  • İşini sevənlər daha çox “gözəl icraçı” sayılırlar
  • İşini sevənlər potensial olaraq inkişafa daha çox meyllidilər, yalnız öz sahələrində daha çox inkişaf edirlər amma əvəzedilməz sayılmırlar
  • Şirkətə bağlı olanların digərinə müqayisədə iş saatları sağa doğru daha elastik olmalıdır
  • Mükafatlandırma sistemində şirkətə bağlı olanlar daha çox qabardılırsa belə məsuliyət mövzusunda işini sevənlər daha çox mükəlləfdilər
  • Böhran anlarında işini sevənlər daha çox “lazımlıdırlar”
  • Göstərilən diqqət nəticəsinə işini sevənlər daha çox fayda verə bilirlər
  • Tapşırıqların yerinə yetirilmə əmsalına görə işini sevənlər daha keyfiyyətlidilər

 

İşçi nöqteyi nəzərindən isə mənzərə daha fərqlidir:

  • Şirkətə bağlı olanlar bir mənalı olaraq özlərini daha çox haqqlı (haqq sahibi) hesab edirlər
  • İşini sevənlər inkişafa daha çox meylli olduqları üçün şirkətlərdə daha çox kadr trafikinə sahibdilər və arayış içindədilər
  • İşini sevənlər şirkətin eninə böyümə ehtimalında özlərini daha çox riskdə hesab edirlər
  • Verilən qərarlara şirkətə bağlı olanlar daha sentemental baxa bilirlər

 

Bu iki xassəli kadrlarımızın hansının daha yararlı olmasını deyə bilmirəm. Bu şirkətin statusundan, şirkət sahibinin xasiyətindən, işçilərin insani və iş keyfiyyətlərindən və s. başqa  meyralardan asılıdır. Əmin olduğum yeganə bir məqam var ki, əslində işini sevənlər hər zaman daha çox inkişaf edə bildiklərindən dolayı həm sahibkar olaraq, həm ölkə olaraq və həm də kadr olaraq bizə daha çox lazımlıdılar.

OXUNUB:5834

One Comment to “İşimizi sevək yoxsa şirkətə bağlı olaq?”

  1. […] zövq ala bilməkdirsə, əgər həqiqətən də işimizə ürəklə bağlıyıqsa, bir sözlə işimizi seviriksə o zaman proses bizim üçün ən azı nəticə qədər əhəmiyyətli […]

Cavab yaz

*

*