İşimizi sevməklə öyrənmək arasındakı fərq

Yazılıb: Feb 13 2013

Mübtəlası olduğumuz bəlalardan biri də sahibkar ruhlu millət olmağımızdır. Hansı ki, bir çox sahənin nəzəriyyə və ya təcrübəsini bilmədən həmin işlərə tez “girişə” bilirik. Halbu ki , bir çox sahədə uğurlu iş üçün  dərinliyi bilmək vacibdir. Belə modellər də vardır ki, işlərini yaxşı bildiklərini zənn etdikləri röyadadırlar. Əlbəttə ki, bu hallar bir neçə müddət sonra xəstəlik kimi özünü biruzə verir. İşlərimizi, iş yerimizi, ixtisasımızı sevməklə onu öyrənmək və dərinliyinə gedə bilmək arasında olan incə fərqi, gələcək biznesimiz üçün böyük hədəflər yaradır.

 

Sevməklə və təşəbbüskar olmaqla bütün işlər qaydasına düşmür əlbəttə ki. Mən inanıram ki (və ya inanmaq istəyirəm ki), hər birimiz işimizi sevirik. Mövzu işimizin dərinliyi nə dərəcədə bilməkdən gedir. Burada özümə aid olan müşahidələrimi qeyd edəcəyəm.

 

  • Gündəlik proseslərdə nə qədər iştirak edirik və öz işimizi hansı səviyyədə yerinə yetiririk? İş yerindəki davamlılğımız artdıqca, işlərimiz qaydaya düşür lakin nələrə gözdən qaçırdırıq? və ya əslində vəzifələrimiz nələrdir? Avtomatik olaraq kimlərin əvəzinə iş görürük və kimlər bizim görməli işlərimizi görür?
  • Öz sahəmizə aid biliklərimiz nə dərəcədədir? Məslən satınalma kimi bir vəzifədə çalışan şəxs işlədiyimiz müəssisə üçün alınacaq olan xidmət və ya malları düzgün ala bilirmi? Əslində bu yaxınlarda şahidi olduğum hadisə məni bu yazını yazmağa vadar etdi. Marketing mütəxəsisi işlədiyi şirkətin reklam işlərini tapşırdığı şirkət bütün gördüyüm işləri keyfiyyətsizcə yerinə yetirib. Lakin burada şirkət sahibinə elə hesabat verilir ki, şirkət sahibi ayırdığı büdcədən və şirkətinin reklamlarından məmnun olur. Bu iş prinsipinin adı məncə “yoxdur”
  • İş yerimizi nə dərəcəd tanıyırıq? İş yoldaşlarımızı, şirkət profilini, məhsul və xidmətlərimizi bilirikmi? Yeniliklərdən xəbərimiz varmı?
  • İşimizi bilmək səviyyəmiz yerindədirsə o zaman yeni təkliflər verə bilirikmi?

 

Bu yazdıqlarım sadəcə olaraq maaş almaq üçün yox, eləcə də işlədiyi şirkətə nəsə mənəvi və maddi müsbət qata bimək üçün vacib məsələlərdir. Əlbəttə ki, bu yazdıqlarım işçi nöqteyi nəzərindəndir. Bir də burada “interprenour”  olanlar üçün  müəyyən bəndlər var, hansı ki, düzgün yerinə yetirilmədikdə faciələrə gətirib çıxarır. İlk növbədə profilləşməni nəzərə almaq lazımdır məncə. Yəni yuxarıda da qeyd etdiyim kimi bəzi sahələrdə sahibkarın işin detallarını bilmək məcburiyyəti “dəmir qanunlarla” çərçivələnmir. Hər hansı bir avtomobil şirkətinin nümayəndəliyini alan şəxs üçün istehsal detallarını bilmək üstünlük sayılırsa belə bunu vacib hesab edə bilmərik. Bu eləcə də tibb sektoruna aiddir. Özəl şirkətin sahibinin tibbi biliyinin olub olmaması müzakirə mövzusu deyildir. Lakin reklam şirkətinin aktiv sahibinin bu yöndəki çatışmamazlıqları keyfiyyətə bir başa təsir edə bilir.

 

Ümumi götürsək öz sahəsini detallara qədər bilmək üstünlüyü müsbət hesab olunur. “Detallar” sözünü izah eleməyə çalışsaq yəqin ki, həmin müsbətlər bizlərə aydın olar.

 

  • İstehsal və xidmət prosesini bilmək – gələcək xərcləri azalda bilmək, keyfiyyəti artıqmaq üçün. Gibrid və yeni alt sahələr yarada bilmək üçün
  • Şirkət daxili prosesləri bilmək – əməkdaşlardakı motivasiyanı və FİƏ-ni qaldırmaq üçün
  • Rəqibləri tanımaq – inkişaf edə bilmək üçün
  • Lokal iş sahəsini bilmək – biznesinin gələcək inkişaf tempindən və  proqnozlar üçün

vacib amillərdir.

 

OXUNUB:3005

Bölmə: İdarəetmə, Ümumi Teqlər:

Cavab yaz

*

*