İşləri insanlar yerinə yetirir, komputerlər isə informasiyanı hərəkət etdirir.

Yazılıb: May 12 2014

Cəmiyyət bir düyməyə bastığınız anda texnik və idarəetmə informasiyasına boğulduğu məqama çatmışdır. Bu müsbət haldır. Lakin diqqətli olmasaq, düşünmə qabiliyyətini itirmə təhlükəsi yaradır. Ən sonunda problemləri həll edənin insanlar olduğunu unutmamalıyıq.
— Yaradıcılıq, meydan oxuma və cəsarət kitabından

Jennifer Sultan adlı xanım günümüzün trend adına sahib startapçıdır. Öz layihəsini 70 milyon ABŞ dollarına reallaşdırdıqdan sonra, bütün sərmayesini “puç” etməyi bacaran bir fərddir. Müxtəlif daşınmaz əmlaka investisiya edən bu xanım, internet üzərindən fərqli qanunsuz dərman preparatları sataraq ən son olaraq hüquq mühafizə orqanlarının əlinə keçmişdir. Hazırda bu xanım “qazamatdadır”.

 

Bu kiçik “uğur hekayəsini” danışmağımdakı məqsədim, pul və texnologiyaların insanları idarə etməsindəki rolun insan faktorundan keçdiyini göstərməkdir. Dolayısıyla Zər qədrini zərgər bilər.

 

Gün ərzində bir çox hekayələr eşidirik və zamanın süzgəcindən keçərək onların adları fərqli olur. Bəlkə 500 il əvvəl müharibədə qəhramanlıq göstərmək daha çox məşhur olmağa imkan verirdisə, indi bu məşhurluğu təmin edən faktorlar əqli investisiyalara çevrilib. Bilmək olmur bəlkə 1000 il sonra 50 yaşına qədər yaşayan insan “uğur hekayəsi” adlanacaq, deyə bilmərəm. Bir tək bildiyim vardır ki bu trend məsələlərinin dəyişməz məchulu məhz insandır.

 

Bir kitab var, – What Color is Your Parachute?. Bu kitabın yazarının fikrinə görə dünyada  iş axtaranların böyük əksəriyətinin qazandığı uğur elektron olmayan axtarış metodlarındandır. Daha doğrusu Face to Face. Bir az dərinə getsək iş axtarmağın ən müqəddəs kitabı olan sözü geden mənbə internetin ən sonuncu (və ya pis) metod olduğunu vurğulayır. Ona görə iş axtaranların 96%-i  öz iş yerlərinin dolayı və fərqli yollarla əldə edirlər. İş verənlərin isə (işə qəbul edənlərin) öz kadrlarını 92%-ni fəqli kanallardan əldə etdiklərini deyirlər. Daha bir kiçik misal çəkim, bu kitaba görə qəzetlərə baxıb öz ixtisasınıza görə iş tapa bilməyin ehtimalı 84%, işləmək istədiyiniz şirkətin qapısını döyüb üzbəüz görüşməkdəki uğurun ehtimalı isə 47%-dir. Bu onu göstərir ki, üzbəüz təmas elektron yazışmaqdan daha önəmlidir.

 

Sony şirkəti istehsal zavodlarında istifadə edilən alətlərin istifadədən sonra yerinə qoyulması üçün həmin alətlərin qoyulacağı yerdə alətin şəklini asır. Toyota istehsal proseslərində xətaları aradan qaldırmaq üçün ganban sistemindən istifadə edir.

 

Yazdıqlarım bir az dağınıq və pafoslu görünür, bilirəm. Lakin dostlarım, inanın mənə, qarşılaşdığımız bir çox uğur hekayəsinin təməlində insan vardır. Çox potensiallı layihə görmüşəm ki, məhz  təqdim oluna bilmədiyinə görə alınmayıb. Və ya eyni güclü və stauslu iş görmüşəm ki, idarə edici qüvvələrin insani gücündən yaranan səbəblərdən rəqabət apara bilib və inkişaf ediblər. Elə təsvir edirsiniz ki, Mark`ın layihəsi Harvard`da başlamasaydı bu qədər məhşur olardı? İnanmıram.

 

Layihələrimizdəki insan faktoru çox vacibdir və əsas dönüş nöqtəsidir. Bu nöqtədə insanların oradakı keyfiyyətlərini aşağıdakı qruplara bölürəm.

  • Öz ixtisasına yiyələnmə bacarığı
  • İnsani keyfiyyətlər
  • Xarici görünüş
  • Şəbəkələşmə qabiliyyətləri
  • Dissiplin
  • Vizual və toxunaraq yoxlanılan test mexanizmləri
  • İnkişaf tempi

 

Bu keyfiyyətlər maksimuma yaxınlaşdıqca işlərimizin uğura yaxınlaşması baş verir. Və istifadə etdiyimiz texnologiyadan asılı yox, özümüzdən və komandamızdan asılı oluruq. Əslində də belədir, əldə etdiyimiz texnologiyalar işlərimizi, dəyərlərimizi və dövrlərimizi dəstəkləməlidir. Bu üç meyarın hər hansı birində boşluq yaradan və bunlara uymayan texnologiya indidən ölümə məhkumdur.

 

OXUNUB:17414

Cavab yaz

*

*