İstanbulda bir həftə

Yazılıb: Aug 17 2015

istanbul_turu_1

İlk iş həftəmi başa vurdum. İllərdir Azərbaycanda olan şirkətimin Türkiyə ilə qarşılıqlı işlərinə baxmayaraq hələ də tam və “yerli” olaraq uyğunlaşa bilməmişəm. Məncə çox təbbidir.

 

Dostlarımın verdiyi “ora yaxşıdır yoxsa Bakı?” sualına tam səmimiliyim ilə əlbəttə ki “Bakı” deyirəm. Bakı doğmadır lakin iş sferası olaraq bir çox fərqlər var hansı ki, sizlərlə bölüşmək istəyirəm. Onu da  nəzərə alın ki, yazdıqlarım geniş mənada reklam və marketing nöqteyi nəzərindən gördüklərimin toplusudur.

 

GoCreative İstanbulda bir həftədə nələr yaşadı və ya bir şirkəti sıfırdan yenidən qurmaq ( qura bilmə istəyi ) yolundakı müşəhidələrimi  bunlardır:

  • Bu bənd şəxsən mənə aiddir. Mənim İstanbula GoCreative`ni gətirmək planım kor təbii deyildi və bu məsələ uzun illər idi ki, planlaşdırılırdı. Bu həm də o deməkdir ki, mənim artıq burada öz resurslarım var. Bu cümləmi məhşur Rexona reklamlarının alt yazılarında olan “göstərilən hərəkətləri dublör icra etmişdir. Ev şəraitində sınamayınız!” cümləsinə bənzətdim.
  • Azərbaycanda əsən perfeksionizm dalğası burada tərs əsir. İstanbulda “sağlam iş” Azərbaycanda olan ölçülərlə hesablanmır. Kiçik bir nümunə deyim, bizlərin ilk meyarı keyfiyyət olduğu halda, Türkiyə bazarında keyfiyyət meyarının bir addım arxasında say, zamanlama, seqmentasiya kimi bəndlər dayanır. Hətta bu bəndlər keyfiyətdən də öndə ola bilir. Perfeksionizmdən daha çox “Mass” olmaq daha çox əlverişlidir.
  • Azərbaycanla əlaqələri olan bir şirkət siması üçün Türkiyə bazarı münbitdir. Belə ki, ölkəmizdə reklam istehsalı çox az olduğu üçün, avtomatik olaraq bir çox şirkətin Türkiyə istehsalı reklam daşıyıcılarına ehtiyac var. Bu qaçınılmazdır. Sizə daha bir misal çəkim. Bu gün çox kiçik istehsal müəssisəsində qonaq oldum. Söz sözü çəkdi və məlum oldu ki, Azərbaycan futbol komandalarının biri sifarişi hər zaman bu şirkətə verir və ehtiyac duyduğu məhsulu burada hazırladır. Rusların “Мир тесен” ata sözü yadıma düşdü.
  • Dijital sahə çooox inkişaf edib. Hayıf ki biz belə domainləri az istifade edirik: “www.bubenimruyam.com“. Seqmentasiya və hədəf kütləsinə istiqamətlənmiş reklamlar möhtəşəmdir. Səbəbini yəqin ki, insanların online xidmətlərdən çox istifadə etməsində görürəm. Əslində bu mövzu barəsində əvvəllər də qeyd etmişdim. “Niyə görə yerli startuplar çox zaman uğursuz olur?” sualının cavabı yəqin elə bundandır ki, startup layihəsini ilk öncə istifadə edəcək istifadəçilər tapmaq lazımdır, sonra uğur qazanmaq.
  • “Almanın içindəki qurd üçün dünya almadan ibarətdir” misalı bu bəndi tam olaraq ifadə edir. Bizə görə (Starbucks`ın gəlişini nəzərdə tutmuram :)  ) babat markanın gəlişi və ya demək olar ki 10 Azərbaycanlıdan 9`unun Türkiyəyə gəlib İKEA`da şəkil çəkdirməsi ilə anlaşılan bir bazar deyil bura. Bizim kənardan müşahidə edib və topladığımız təcrübələr, haqqında düşündüyümüz strategiyalar burada işləməyə bilər və bu normaldır. Hər şey biz düşündüyümüz kimi deyil.
  • Bizdən fərqli olaraq Marketing sözünün türkcə tərcüməsi olan “Pazarlama” burada öz məqsədi ilə istifadə olunur. Şirkətlər real olaraq satış  və müştəri yönümlü marketinglə aktiv məşğul olurlar.
  • Kiçik sayda çox sayda şirkət var hansı ki, dar profillərdə formalaşıblar. Onları inkişaf etməyə itələyən də məhz dar profilləşmədir. Məsələn content management şirkətləri kimi.

Bu kimi müşahidələrimi hər zaman sizlərlə paylaşmağa çalışacağam. Bir məqamda da sizlərə aydınlıq gətirmək istəyirəm ki, mənim yazdıqlarım əsla və əsla vətəndaşı olduğum ölkəni başqa bir ölkə ilə müqayisə etmək deyil. Bloqumun başlığından da göründüyü kimi mən sizlərlə öz təcrübələrimi bölüşürəm və ümid edirəm ki, sizlər üçün faydalı olacaqdır.

OXUNUB:4239

Cavab yaz

*

*