Kimə lazımdır axı Sosial reklam?

Yazılıb: Mar 09 2013

Niyə görə çəkilir axı? Bir işin ki əvvəlində və ya axırında pul yoxdur o zaman kimə lazımdı bu?

 

Sosial reklam qəti olaraq siyasi və dövlət reklamlarından fərqlənir (fəqrlənməlidirlər). Burada çox vaxt sifarişçilər dövlət, QHT-lər və başqa ictimai qurumlar ola bilirlər. Sosial reklamın kefiyyət və kəmiyyəti fikrimcə həmin cəmiyyətin reklam sahəsinin inkişafının tempi ilə düz mütənasibdir.

 

Çoxlarımız son illərdə müxtəlif kommunikasiya vasitələrinin üzərində FHN-nin və ya Vergilər bazirliyinin sosial posterlərini görmüşük və bunlar təqdirə layiq hesab edirik. Lakin bu kimi addımlar kifayətdirmi? daha çox inkişaf etmək üçün nə lazımdır. Gəlin bir az təsnifatlandıraq:

 

1. Keyfiyyəti qaldırmaq lazımdır.  Burada bir neçə amil rol oynayır. İlk olaraq onu qey edim ki, sosial reklamlara ayrılan büdcə ilə, onun həcminə uyğun hər hansı bir kommersiya reklamının büdcəsi eyni olur hardasa. Lakin burada qeyd etmək istədiyim amillər ucbatından keyfiyyətdə uyğunsuzluqlar yaranır:

  • İcraçıların bəzən sosial reklamlara laqeyd yanaşması. Sosial reklam verən sifarişçilərlə işləməyin daha çətin olmasından irəli gəlir hər halda və bürokratiyanın təsiri görünür.
  • Tələbin uyğun olmaması – sifarişi verən təşkilatın strukturunda bu işlə məşqul ola biləcək UYĞUN kadrların var olmamasındandır. Lakin burada da çıxış yolu olaraq işə nəzarəti hər halda üçüncü şirkətə həvalə edilməsi məqsədə uyğundur. Burada söhbət consept ideyaların hazırlanmasından tam təhvil verilməsinə qədər gedən prosesdən gedir.

 

2. Sosial reklam sahəsində kordinasiyanın düzgün aparmaq lazımdır. Burada sifarişçi qismində yalnız dövlət və dövlətdən qidalanan qurumları görmək düzgün deyil. Ümumiyyətlə belə götürsək bu kordinasiya məsələsində 3 standart modeldən birini istifadə edib maraqları oyatmaq lazımdır.

 

A) Dövlət nəzarəti

B) İctimai və sosial qurumların nəzarəti

C) Koordinatlaşdırılmamış nəzarət

 

Axırıncı göstərdiyim bəndə uyğun olan kordinasiya daha çox qərb ölkələrində mövcuddur, hansı ki, artıq onlarda bu tendensiya alışqanlıq halına gəlmişdir və hansı ki, özlüyündə birinci ya d aikinci yoldan keçmişlər.

 

3. Gənclərə və ümumiyyətlə bu işlərdə İCRAÇI ola biləcək şirkət və qruplar üçün xüsusi maraqlanır yaradılması, güzşətlərin təşkil edilməsidir.

Ümumiyyətlə sosial reklamın mənəvi dəyəri bəzən çox böyük ola bilir. 1915 ci ildə Lusitaniada torpodo ilə batırılmış və mindən çox can almış gəmidəki hüznə aid çıkilmiş poster, sonradan hərbi xidmətə cağırış üçün də istəfadə olunurdu. Tək sözlə mükəmməllik ünsürü hesab edilir. Loqosuz, sloqansız bir mükəmməllik.

 

 

 

 

 

OXUNUB:4297

Cavab yaz

*

*