Kitabların saxlanılma müddəti var

Yazılıb: May 18 2013

Qəribə də olsa bu belədir. Dünən yeni oxuyacağəm kitabların listini qaydaya salanda bəzilərinin yararsız olduğunu gördüm. Bu məni yeni araşdırma aparmağa sövq etdi.

 

Bildiyiniz kimi digital və konseptual həllər verən bir şirkət yönəticisiyəm. Bir neçə müddət öncə internet səhifələrini proqramlaşdırdığımız bir müştərimizin SEO işləri ilə maraqlanan (bu işin ustası deməyə dilim gəlmir) bir gənclə apardığım müzakirə zaman məlum oldu ki, onun oxuduqlarının böyük əksəriyyəti boş vaxt itkisi imiş.

 

Bəzən oxuduğumuz kitabların kontent hissəsindəki matreallar zamanla tarix olur. Məsələn “Мир общения: ICQ – Леонтьев Виталий Петрович” kitabı hazırda demək olar ki yararsızdır və boş söz yığınıdır. Bu kimi nümunə çox göstərə bilərəm. Bir zamanlar marketoloq bir tanışımın stolunun üstündə müəllifini xatırlamasam da “facebook” sosial şəbəkəsinə aid bir kitab görmüşdüm. Bu çox təəccüblü gəlmişdi mənə o zaman. Əlbəttə ki, nəzəriyyəni bilmək yaxşı və lazımlıdır, fəqət bir nüans var ki, yetkin bir insan “facebook” a aid kitabı oxuyana qədər, həmin sosial şəbəkə məntiqi funkionallığını dəyişə bilər. Bu nə deməkdir? oxumayaq o zaman ? Yox, əsla mən onu demirəm. Sadəcə olaraq oxuduğumuz kitabların mahiyyıt etibarı ilə “qoroskop” yükünü daşımasından ehtyatlanıram.

 

Yaxın dostlarımdan olan Emin Vəliyevlə olan son müzakirələrimizdən birində dünyanın dəyişdiyini, sürətin artdığını və kiçik – mobil şirkətlərin daha uğurlu hərəkət etdiyini demişdi. Sözlərində həqiqət var Eminin. Bu kitablarımıza da şamil edilir. Mənim fikrimcə texniki olan bütün kitabları tarixinə görə və gecikmədən oxumaq lazımdır. Bundan əlavə həmin məlumatların doğruluğunu yoxlamaq, kor təbii inanmamaq və ən əsası təcrübədə sınaqdan keçirmək seçilən sahədə uğura gedən yoldur.

 

OXUNUB:6135

Bölmə: Qələm əhli, Ümumi

One Comment to “Kitabların saxlanılma müddəti var”

  1. […] Bəlkə də elə bir vaxt gələcək ki, bu danışqlarımız tamamilə puç hesab olunacaq. “Kitabların saxlanılma müddəti var” adlı köhnə bir yazımda bu mövzuya da toxunmuşam. Budur ki, yuxarıda mən sizlərə […]

Cavab yaz

*

*