Korporativ üslubun yaradılmasında istinad nöqtələri

Yazılıb: Mar 03 2013

Dostum Zaur Məmmədovla apardığımız bir həftədən çox bur vaxt çərçivəsindəki gəldiyimiz nəticələri yazmağa çalışacağam. Şirkətin loqotipi hazırdı və əsl işlər bundan sonra başlayır deməkdir. Gəlirik korporativ stili doğru. necə etməli və hardan başlamalı.

Ən başqa qeyd etmək istədiyim nöqtə bu işin ART tərəfidir və təbiidir ki, şirkətin korporativ  üslubunu yaradacaq fərd və ya qrup buna xüsusi istedad, çox illik təcrübəyə əsaslanaraq, rəssam gözüylə, yaradıcı tərzdə yanaşmalıdır. Lakin burada da bir neçə istinad nğqtəsi vardır, hansı ki bu gün yazımızın mövzusudur. Luke Sullivan`ın “Satan Reklam Yaratmaq” kitabında da qeyd etdiyi kimi bu proses, insanların qəribə və qəliz çertyoj, rəsm əsərləri və xaotik qrafikalarla bəzədilmir. Əksinə bu prosesdə iştirak edən tək deyilsə, vaxtının çoxu “dostunun ayaqqabısının altına baxmaqla” keşirir vaxtı. Hərəsinin əlində bir qəzet və ya laptop, nəsə aiddiyyatı olmayan bir mövzuyla məşquldurlar. Əlbəttə bu doğrudur və sizləri məyus edərək deyirəm ki, bu işin ən doğru forması budur.

Bir dəfə müştərimiz korporativ  üslubu təhvil vermək vaxtına az qalmış qonağımız oldu və heç bir iş görmədiyimizdən bir az şikayət, bir az gileylənərək bizə qarşı şübhələrini göstərdi. :) Lakin acı həqiqətlər göz qabağındadır – həqiqətən “iş” yaratmaq istəyirsənsə o zaman gərək düşünəsən, gəzəsən, görəsən.

Amma lap danışdığım kimi də deyil, korporativ stil yaratmağın  texniki tərrəfləri də vardır hansı ki, çox vaxt riyaət olunmalıdırlar. Mən onları belə qruplaşdırıram:

  • Loqotipin rənglərindən faydalanma
  • Logotipin “shape” və stilindən faydalanma
  • Brandın profilindən faydalanma
  • “Type” olan hissənin mənasından faydalanma
  • Xitab olunan kütlənin gözlədiklərindən faydalanma

Bu istindan nöqtələri məncə tək-tək və ya bir neçəsi bir yerdə iştirak edə bilər. Əlbəttə ki, tək bir istinad nöqtəsinə dayanmayan forma ən əz qəbul olunandır. Bir də belə bir “qrup” var ki, onlar sadəcə qəşəng dizayn edirlər və heç bir istinad nöqtəsində dayanmıq vizuallar. Bu da bir həll yoludur, lakin bu yolda bir çox  vaxt bəzi “təkrarlana bilmə” və ya “Brand strategiyasına əks” ola bilmə ki risklər vardır. Burada mənim tövsiyəm başladığınız işdə daha səbrli olun və tələsməyin, bir az düşünün. Həmin sahəni araşdırın. İşə necə davam etməyin lazim olduğunu tapacaqsınız.

OXUNUB:3318

Cavab yaz

*

*