Luxsevərlər

Yazılıb: Nov 17 2014

 

Yaxın bir neçə gün öncə belə bir mövzu ilə qarşılaşdım: “Kapitalizmin sosializmə baxdıqda zəif tərəfi seçimin bol olması ilə əlaqədar seçim prosesindəki vaxt itkisinin çox olmasıdır. Dolayısıyla, marketdə istehlakçılar istədikləri məhsulun alınmasında daha çox vaxt itirir və seçim çətinliyi ilə qarşılaşırlar”. Əslində “istədikləri” məvhum özü də bir növ mücərrəd mənadadır yəqin ki. Çünki biz kapitalizmdə istehlakçının hazırda nə istədiyini bildiyimizdən əmin deyilik.

 

Vəhşi bir istehlak burulğanındayıq. Bir çoxumuz hər cür “ehtiyacını” təmin etmək istəyir. Və ən qorxulusu da odur ki, bu ehtiyacın təmin olunmasını dərhal istəyirik. İstədiklərimizə dərhal yiyələnə bilmədikdə isə başlayırıq kapitalizmə daş atmağa. Nə isə, mövzudan çox kənarlaşmadan fikirlərimi bölüşmək istəyirəm sizinlə.

 

Aramızda olan neçə nəfərə görə kapitalizm çox brandlilikdən əziyyət çəkir? Çəkənlər əlini qaldırsın ). Ya da qaldırmayın, sadəcə oxumağa davam edin.

 

Elə bir cəmiyyət halına gəlmişik ki, qarşımıza qoyulan məhsulların arasında özümüzə uyğun olanını seçməkdə minimum vaxt itirmək istəyirik. Halbu ki, istədiklərimiz, sevdiklərimiz, büdcəmiz və keyfiyyətli olanlarla səciyyələnir. Yəqin ki elə o məhşur 3 alıcı tipindən biri olan “yerində araşdırıb alan” bir cəmiyyətə çevrilirik. Sonra da şikayətlənirik ki niyəə görə yerli bazarda brand davamsızlığı mövcuddur.

 

Qarşılaşdığım mövzunun kontent hissəsinin təsviri hardasa belə idi: “Marketə girdikdə o qədər çox süd məhsulu ilə qarşılaşdım ki, seçim etməyə çoox vaxtım getdi”. Görəsən bir alıcı hansı halda seçimini mağazada edir və ya hansı hallarda etməlidir? Mənim məntiqim belə pıçıldayır ki, əgər bir fərd qarşılaşacağı markaları və təbii ki, onun keyfiyyəti, qiyməti və  brand indexini bilmirsə əlbəttə ki dayanıb bir düşünər. Hətta aramızda mən əminəm ki məhsulların üzərindəki yazıları oxuyub nəticə əldə etmək də istəyən də olar. Amma məncə bu bizim işimiz deyil. Əgər brand`lər öz qəliblərinə oturuşa bilsə o zaman bizim alıcımız ən rahatıdır. Biz mağazaya gedib “pükginən” və ya “ver gəlsin” deyən insanlarıq. İnanmırsız?

 

Yazdıqlarımı oxuyanlar arasında neçə nəfər var ki, Iphone və ya Android ƏS`də işləyən super bahalı və ya lux (Dəyərli marketoloq dostlarım, sizdən bir xahişim var, LUX yazdığım sözə o qədər də fikir verməyib, seqmentasiya etmədən davam etməyə çalışın)  telefonlardan istifadə etməsin?

 

Seçim məsələsindəki itirdiyimiz vaxt, sosializmin kapitalizm üzərindəki qalibiyyət kimi yox, yerli bazarda bir çox məhsulların brandlarının az tanınması, cavan olması, bazarda özünü düzgün pozisiyalandıra bilməməsi və davamsızlıqla səciyyələnir. Yoxsa hansımız yaxşı marka şokoladı qoyub daha az keyfiyyətlisini alarıq?

 

İnanırsız əlində patek philippe olan avtobus sərnişini görmüşəm. Biz ən yaxşısı nədirsə ona can atırıq. Hətta gücümüz çatmasa belə plagiat, kopya, imitasiya yollarına belə düşməyə qorxmuruq. Çünki cəmiyyət olaraq bizim üçün ən yüksək səviyyə ən bahalısıdır. Təbii ki bu hamıya yox bir çoxlarımıza şamil olunur. Meyarlar arasında brand indexinin yüksək, qiymətin lux klasa mənsub olması, keyfiyyət meyarından daha öndə durur. Bu səbəbdən cəmiyyətimizdə fərdlərimizin istifadə etdiyi brandlərlərlə onun həyat tərzini qiymətləndirmək çox çətindir. Ən yüksəyimizdə isə ən bahalısı dayanır.

 

Bir çoxumuz paytaxt şəhərimizdə yaşayırıq və avtomobil sektorundakı marketoloqların işlərini az-çox görürük. Dəridən qabıqdan çıxan markalar var hansl ki, külli miqdarda reklam büdcəsi xərcləyirlər. Amma yenə də ümumi mənada götürsək insanlarımız köhnə də olsa Mercedes sürür.

 

 

Bu şəkilləri PrtScr edib sizin üçün ən çox baxılan avtomobil satışı saytlarının birindən götürmüşəm. Burada yerli işlənmiş avtomobil bazarında Mercedes və Hyundai sayları göstərilib. Məni qınamayın ki, fərqli seqmentlərin avtomobillərini müqayisə edirəm. Əksinə Hyundai yerli bazarda ən çox və uğurlu reklam strategiyasına malik brendlərdən biridir. Mercedes`in isə reklam bir yana rəsmi servis (!?) mərkəzi belə yoxdur. Amma Mercedesdir. Min doqquz yüz sonuncu ildə istehsal olunub, lakin Mercedesdir. Bu bir növ ictimai xəstəlikdir. Pis tərəfi isə yuxarıda qeyd etdiyim kimi, brand istifadəsinə görə təsnifləndirmə aparmağın daha çətin olmasındadır.

 

Mövuzum sonunu soruşsaz ki, nəticə nədir ? Çox sadə. Bəxtəvər satıcıların başına. Bu bazar forması araşdırmaqdan daha çox “şəhər əfsanələri”nin indexinə görə alış-veriş edən alıcı qüvvəsi ilə formalaşır. Deməli bu tip alıcı kütləsi nə istədiyini bilən bir cəmiyyətdir. Ən bahalı brendi gətirib asanlıqla satış etmək mümkündür.

 

Əlbəttə ki, bu nəticə sarkazmla doludur.

OXUNUB:11363

Cavab yaz

*

*