Marathon yarışları

Yazılıb: Mar 28 2014

Marafon yarışları Afinanın 42 km uzaqlığında (42.195 metr) başlayan müharibə ilə meydana gəlib. Farslar ilə Yunanlar arasında Marathon meydanında başlayan müharibəni Athens şəhərinə xəbər verə bilmək üçün yola düşən bir nəfər lazımi xəbəri şəhərə vaxtında çatdıra bilir lakin ölür. Bundan sonra bu məsafə Marathon yarışları üçün istifadə olunur. Düz 42.195 metr.

 

Marathon stratejik yarışdır. Bu yarışın ən çətin yeri 20-25-ci km arasındadır. Bu aralıqda iştirakçıların əzələlərində şiddətli ağrılar başlayır və bu hardasa 25-ci km məsafəyə qədər daha da şiddətlənir. Bu ağrıya dözüb yarışa davam edənlər 26-cı km`dən sonra yarışa yeni başlamış kimi gümrah davam edə bilirlər. Bu ikinci bir başlanğıcdır.

 

Fərqli insanların fərqli iş sahələrinə inteqrasiya etmək mümkün olmayan bir strategiyadan danışdım lakin məntiq etibarı ilə uğur qazanmağımız üçün bu strategiya labüddür. İş həyatımızın  hansısa bir ərəfəsində deyil ümumi istiqamətdən gedir söhbət. Burada istər time management olsun, istər production optimization və ya tam fərqli bir iş həyatı sahəsində daimi olaraq növbəti addımları gözləmliyik. Bu bir mexanizm olaraq daimi işləməli və müəyyən etdiyimiz məqsədlərə görə resurslarımızı uyğunlaşdırması bizim üçün vərdiş halını almalıdır.

 

Bu gün toxunduğum məqam yolun yarısında tam gücdən düşməyək deyə, istifadə edəcəyimiz resursların optimallaşdırıla bilməsidir. Bu optimallaşdırılmanın bir çox metodu və sahəsi var. Onlardan biri və ən vacibi TƏCRÜBƏDİR. Daha doğrusu təcrübə zamanı etdiyimiz səhvlərdir. Fikrimcə hər hansə şirkəti inkişaf etdirməyə məcbur edəcək (ya da iflas etməyə) ən başlıca səbəb onun təcrübə əsasında yiyələndiyi səhvlərdir.

 

Ən böyük dəyərləri fiziki proseslərə və onları icra etməyə veririk. Bu zaman təbiidir ki uğursuzluqlarla qarşılaşa bilirik. Uğursuzluqlarımız fəaliyət göstərdiyimiz sahədə biliklərimizin ölçüm meyarı olur. Əslində bu uğursuzluqları asanlıqla həll edə bilərik deyə düşünürük. Bu zaman tamam fərqli bir problemlə qarşılaşırıq və ya xoşumuza gəlməyən bir element olur. Üçüncü, dördüncü və sonuncunu həll edərkən işimizi mükəmməlləşdirdiyimizi görürük. Başqa sözlə, davamlı olaraq inkişaf etmə bizləri daha təcrübəli və bilikli edir.
Fujio Cho – Toyota Motor

 

Toyota Motor şirkətində 6 il CEO olaraq vəzifələnən Fujio Cho iş sahələrində inkişaf tempini davamlı olaraq mükəmməlləşdirməkdə görür. Daima mükəmməlləşdirmə dedikədə hər birimiz öz sahəmizə görə fərqli meyarlar başa düşə bilərik,  bu təbiidir, lakin fakt odur ki, mükəmməlləşdirmə  prosesi olmadıqda o deməkdir ki, siz yerinizdə dayanırsız. Bu zaman rəqibləriniz inkişaf edir. İflas qaçınılmaz olur. Burada fəaliyətsiz dayanmaq ən səhv fəaliyətdən daha çox ziyandır.

Öncəki yazılarımda da yazdığım kimi Lewis Carrol`un müəllifi olduğu “Alice’s Adventures in Wonderland” nağılından gözəl bir ifadə var:

– Alice: Hansı yoldan gedək?

– Dovşan: Hara gedəcəyini bilmirsənsə, hansı yoldan gedəcəyinin heç bir əhəmiyyəti yoxdur!

Kiçik olmayan daha bir məqam var, mükəmməlləşdirmə prosesində şirkətinizin məqsəd və hədəflərini bilmirsənsə hansı strategiyanı seçməyinizin də bir əhəmiyyəti yoxdur. Deməli ilk olaraq daimi inkişaf aksiom olaraq qəbul edilməli, sonra bu aksiomu sübut edən metodlar – mükəmməlləşdirmə metod strategiyası – müəyyən olunmalıdır.  Toyota bu sistemi öz məntiqi ilə  TPS (Toyota Production System) kimi görürsə, DMP`də fəaliyyətdə olan başqa bir şirkət SEO olaraq görə bilər.

 

Buradakı əsas dəyər, idarəedici və icraedici komandaların düzgün maarifləndirilməsi və yetişdirilməsidir. Çünki, unutmamalıyıq ki, bizim “işçilərimiz” əslində problemlərimizi həll edən mexanizmlərdir. Bu mexanizmlar inkişaf prosesində bizim müəyyən edəcəyimiz strageyinanı icra etmək üçün vacibdir. Mükəmməlləşdirmə metod strategiyası haqqında fikirlərimi isə sizinlə növbəti yazımda paylaşacağam.

 

 

OXUNUB:9463

One Comment to “Marathon yarışları”

  1. […] təqdim edirəm. Əlbəttə ki yaxşı olardı ki, mövzumun başlanğıcını da buradan oxuyardınız. Hazırda isə mövzumuz mükəmməlləşdirmə metod strategiyasının iki məqamı olacaqdır: […]