Marka davamsızlığı

Yazılıb: Nov 30 2012

Dünən Marketing AİR-də danışdığım mövzu zamanı, dinləyicilərin sualları nəticəsində söhbətimiz marka davamsızlığından düşdü.

 

Bu gün bu mənfi mövzu haqqında bir az yazmaq istədim. Marka davamsızlığı nədir? niyə yaranır? bundan qaçmağın yolları nədir?

 

Hazırda Azərbaycanda  olan iqtisadi inkişaf tempinə ən çox mane olan amillərdən biri də budur. Keçən illərdə hər hansı mağazaya girib, hər hansı bir məhsulu ala bilirdiksə, bu il həmin məhsullar real bazarda olmaya bilir. Buna misal olaraq ən çox FMCG sahəsində olan məhsulları nümunə göstərmək istəyirəm.  Yəni, ən bariz nümunələrdən elə hər gün mağazalarda qarşımıza çıxan süd, yağ məhsularından göstərə bilərik. Hər hansı bir milli markanın adını çəkib incitmək istəmirəm. Keçən illərdə aldığımız X pendiri bü gün real mağazalarda tapmamaq olur. Məsələ ATRA kimi markanın adını dəyişməsindən getmir. (Mən bildiyimə görə ATRA artıq başqa adla istehsal olunur)

 

Mənə görə marka davamsızlığının ir neçə səbəbi var.

  • Biznes strategiyasının düzgün qurulmaması – hər hansı bir idarəetmə və yaxud başqa daxili məsələlərdən əmələ gələn amillər, şəxslərin üzərinə qurulma iş prinsipindəki kadr problemləri;
  • İstehsal xəttindəki problemlər – real və gələcəkdəki təlabata görə istehsal kapasitəsinin, amortizasiyaların düzgün hesablanmaması;
  • Sözü gedən şirkətdən asılı olmayan xarici amillər – həmin sahəyə görə vergi və ya gömrük  tariflərinin dəyişməsi, xammal ehtiyatının bitməsi və ya həmin sahədə azalması, buradakı daşımaçlılq xərclərinin artımı v. s.
  • Rəqabətə dözümsüzlük, inkişafın düzgün getməməsi.

Əlbəttə ki, sadaladıqlarımızdan qaçmağın təcrübədə yolları vardır. Lakin ölkəmizdə belə halların nisbətən daha çox olmasının səbəbini mən həm də alıcılıq qabiliyyətinin zəif və alıcı sayının az olması ilə səciyyələndirirəm. Belə ki, biznesin bir çox sahələrində alıcı sayı aparıcı qüvvədir.

 

Məsələn hazıda bir çox qabaqcıl süd məhsulları istehsal edən şirkətlər xammal istesalı ilə direkt məşqul olmaq əvəzinə, xammalın rayon və kəndlərdən pərakəndə yığımı ilə məşquldular. Belə bir network marketing`in qurulması da az əziyyət tələb etmir.Lakin heç biri risk edib, istehsal kapasitəsinə uyğun olaraq, inək alıb, yetişdirib, onlardan xammal əldə etmir. Deməli bu kimi şirkətlər öz inkişaf tempinə tam inanmır, risklərdən qaçmağın yollarını müəyyən edə bilmir və qisa dövr ərzində markanın bağlana bilmə ehtimalını göz önünə gətirə bilirlər. Bu da öz növbəsində:

 

  • Məhsul keyfiyyətinin standartlarında fərqliliklər yaradır
  • İstehlakçıya çatan son məhsulun qiymətlərində normalından daha çox profit əldə etmək üçün faizlər qoyulur
  • Marketing uzun dövr üçün planlar hesablamır
  • İşçi miqrasiyası yaradır

Belə hallarda əlbəttə ki, bazardan yox olan markaların yerini yeniləri tutur. Uğurlular davam edir, uğursuzlar isə yenidən əvəzlənir. Bu periodu inkişaf prosesində olan bir çox ölkə keçib. Burada bir məsələ daha var hansı ki, bu period uzandıqca istehlakçılar “çarəni” xarici markalarda axtarmağa başlayır və yerli məhsullara inan dəyərinin aşağı düşməsi qeydə alınır.

 

Hər bir standart Azərbaycanlı kimi, mən də istəyirəm ki, hər bir tələbimizi ödəyə bilən öz markalarımız olsun və 100 il sonra millilərimiz yubiley qeyd etsinlər. Bu yolda inkişaf edən kiçikdən böyüyə bir çox şirkət tanıyıram və ümid edirəm ki bu yazım hər hansı bir əlaqədar şəxs üçün bu kimi problemlərinin qarşısını almaq yolunda  həvəs oyadacaqdır.

OXUNUB:5113

5 Comments to “Marka davamsızlığı”

  1. Rafiq Hunaltay says:

    Mükəmməl

  2. Başqa faktorlar the olmalıdır hər halda.. PALın məsullarını demək olar ki, hər yerdə tapmaq olmur.. Baxmayaraq ki, məhsulun keyfiyyət-qiymət nisbəti munasibdir..

  3. […] ümidsizlik və marka davamsızlığımız, risk amili baxımından daha çox təhlükədədir. Nə ediriksə ən qısa zamanda, ən tez elə bu […]

Cavab yaz Rafiq Hunaltay

*

*