Marketoloq startupçı olarsa…)

Yazılıb: Apr 16 2014

Çox dəyərli oxucularım, sizlərlə yeni fikirlərimi bir az daha səmimi bölüşmək üçün 5-6 alüminium qayda tərtib etmişəm. Bu qaydaların adının qızıl və ya almazdan olmasını özüm istəmədim. Çox rutin səslənərdi ). Zarafatsız desək, səbəbini ən sonda izah edəcəyəm.

 

  • Marketoloq startapçı olmaya da bilər. (Təəcüblənməyin, bunun əksini iddia edənlər var aramızda);
  • Startapçıların marketinq biliklərinin olması yaxşı haldır lakin şərt deyil;
  • Startapçıların “business mind”a sahib olmaları şərtdir, lakin marketoloqların deyil;
  • Startup yalnız elektron layihələr şəklində olmur (Buna da təcüblənməyin, və bir az sonra izah etməyə çalışacağam);
  • Marketoloqların “digital marketing place”dəki biliklərə  yiyələnmələri hazırda şərt deyil, lakin çox yaxın zamanda olacaqdır;
  • “Business mind”a sahib hər bir kəs marketoloq və ya startapçı olmadan “success story”ə çevrilə bilər;
  • Hər yeni yaradılmış şablon internet səhifəsinə startap adı qoyub gülünc olmayın.

 

Yazımın başlığına, yəni “marketoloq startapçı olarsa” cümləsinə baxmamışdan öncə sizi bəlkə də çoxlarımızın yaxşı tanıdığı (mən inanıram ki, hər birimiz çox mütaliə edirik)  bir şəxsiyyətlə tanış etmək istəyirəm – Üzeyir Garih

 

1951-ci ildə İTU`dən makina mühəndisi olaraq məzun olub. 1954-cü ilə qədər Carrier Corp.da mühəndislik fəaliyyətində olub. 1954-cü ildən Alarko holdingdə İshak Alatonla bərabər rəhbər vəzifəsini icra etmişdir. Üzeyir Alarko holdingdən başqa TÜSİAD, DEİK, MESS, Loyd fondu, Sisav, Rotary, Lions, Propeller, İstanbul Sanayi Odası Meclisi, AIESEC kimi bir çox yerli və xarici fondların qurulmasında və idarə heyyətində aktiv rol oynamışdır. İdarəetmə, təşkilatlanma və iqtisadiyyat mövzularında yerli və xarici mətbuatlarda müxtəlif məqalələri yayımlanmışdır. İTU-nun fəxri doktorudur.
Üzeyir Garih – yönetim ilkeleri

 

Bu insan haqqında informasiya verməyim təsadüf deyil. Üzeyir Garihin texniki təhsilə sahib olmasına baxmayaraq iş həyatındakı başdöndürən uğur qazanmasının səbəbi, yuxarıda qeyd etdiyim 6-cı qanunun nəticəsi ilə eynidir. Bəli, mən inanıram ki, müxtəlif mistik fikirlər səsləndirə bilərsiniz bu insan haqqında. Bəlkə də bəxti gətirib də deyə bilərsiniz. Dostlarım, bütün bu ixtisas, bilik, bacarıq və sairə keyfiyyətləri bir kənara qoyub hamımız eyni bir amala inanmalıyıq: uğur qazanmağın tək bir yolu vardır – çox çalışmaq.

 

Üzeyir Garihin bəlkə də marketing savadı yox idi (Çox sadəlöhvcə yanaşma oldu. O qədər fondu və Türkiyə tarixində öz yeri olan holdingi idarə edən insanın marketing haqqında ötəri də olsa biliklərinin olmamasına inanmıram ). Startup da qurmurdu. Bunlardan əlavə öz dövrlərində xəbrləri olmasa belə komunikasiya, inteqrasiya kimi problemlər hələ də mövcud idi. Lakin bu saydıqlarım sadəcə olaraq kiçik detallardır. Tarix göstəriri ki, texniki savadlı insan “business mind”a sahib olub uğur qazana bilər.

 

İndi isə marketoloqların startapçı ola biləcəyi fərziyəm üzərində danışmaq istəyirəm. Təbii ki olar. Daha çox uğur əldə edər. Hətta bazarı bildiyinə görə daha çox şansı olar. Vay o günə ki startapçının marketing bilikləri və ya marketing mütəxəsis olmasın. Bu artıq bəla sayılır.

 

Ümumiyətlə mən bu məsələyə iki eyni yüklü naqili toqquşması kimi baxıram. Bu bir çaxnaşma nöqtəsidir. Dillemadır. Mənə görə mənzərə hardasa aşağıdakı kimi formalaşır.

 

  • Sözün əsl mənasında marketing mütəxəsisi olmaq üçün müəyyən “ballı” bir təhsilə sahib olmaq lazımdır. Təhsil artımı insanları daha çox məsələni analiz və sintez edə bilmə xüsusiyyətinə yiyələndirir. Burada marketoloqlar ixtisaslaşdıqca biznes modellərinə spektik yanaşmağa başlayırlar (mən bir çoxunu belə tanıyıram). Və burada risk  edə bilmə funskionallığı özünü itirir. Yəni qısacası öz ideyalarını reallaşdıra bilmələri üçün oxuduqları və bilikləri çərçivəsində mənəvi baryerlər yaradırlar. Startupçılar isə yenə də müxtəlif sahələrdəki akademik biliklərə sahib olduqları üçün daha çox “atılqan” olurlar. Bu atılqanlıq onları müəyyən işlərdə müxtəlif risklər etməyə imkan yaradır hansı ki, fərz edək ki, on startapçının etdiyi riskin biri alınanda bu UĞÜR HEKAYƏSİnə çevrilir.
  • Fərqli bir yanaşma budur ki, hər hansı bir biznes sahəsində biznes planın altında olan marketing  strategiyası marketoloqun bildiyi, alışdığı, doğru hesab etdiyi, etimad etdiyi və öyrəndiyi yolla aparılırsa o zaman marketoloqun sahib olduğu startup layihəsi onun keçmiş təcrübə və biliklərinin qurbanı ola bilər. Bunu özləri hər zaman təkzib edirlər və mən də entrepreneur olaraq buna alışmışam.
  • Fərz edin marketoloq startapçı olarsa və bu zaman yuxarıda qeyd etdiyim kompekslərinə qalib gələ bilərsə o zaman paralel digər startapçılardan bir neçı addım irəlidə olacağı məlumdur. Bu çox böyük və əhəmiyyətli üstünlükdür.
  • Mən də çox gözəl başa düşürəm ki, gələcək biznez və iş həyatı elektron aləmin üzərində formalaşacaq (?!). Lakin bir marketoloqun startapçı ola bilmə ehtimalı, bir startap layihənin elektron olmamasına bərabərdir. Düşünün bir, görün nə gözəldir. Yeni startap hansı ki, Rabitə nazirliyi, Yüksək texnologiyalar parkı və ya başqa alternativ qurumlar deyil, məhz yeni və kiçik sahibkarlara dəstək verən qurumlar tərəfindən dəstəklənir. Bu ölkəmizdə və dünyada yeni kənd təsərrüfatı innovasiyası deməkdir. Bu ağır və ya yüngül sənaye və ya tam fərqli sektorların inkişafı deməkdir. Bu daha düzgün və ədalətli biznes prinsipi deməkdir. Lakin bu dediklərim bir xəyaldır, çünki marketoloqlar çox zaman yuxarıda qeyd etdiyim  səbəblərdən öz baryerlərini aşa bilmirlər.
  • Startapçıların böyük əksəriyyəti kiçik invesitisiya ilə prosesə başlamaq istədikləri üçün onlara yeganə münbüt yer “internet” olaraq görünür. Və onlar haqlıdırlar. Alüminium qaydaların arasında 4-cü qeyd edib söz verdiyimi mən belə izah edirəm. Bir çoxumuz istəyərik ki, adına startap dediyimiz layihələr internetdə yerləşməkdən kənara da çıxsınlar. Dünya təcrübəsində bunun çox nümunəsi vardır. Lakin investisiyanın limitli olması, kadrların gənc və daha çox DMP`yə can atması, hələ ki düzgün keyfiyyət və işləmə mexanizminin nə dövlət, nə sahibkar nə də istifadəçi tərəfindən tənzim oluna bilməməsi kimi səbəblər startaplarımızı internet adlı “türməyə” təhkim edir. Bir də bu bəndə aid kiçik bir qeydim var. Çox xahiş edirəm, heç kim mənim internet düşmanı olduğumu düşünməsin. Mənim şirkətim və mən illərdir elektron biznesdəyik. Mənim dediyim interneti alət olaraq istifadə etməkdir, otaq olaraq yox.

 

Çox dəyərli oxucum, bu yazdıqlarım müasir nəbzu tutan bir mövzudur. Bu mövzuya toxunan birinci də deyiləm sonuncu da. Hələ bu barədə yenə də yazmaq fikrindəyəm. Əlbəttə ki, sizin şərhləriniz, tənqid və fikirləriniz mənim üçün çox qiymətlidir. Səhvlərim ola bilər, mən bu blogda nəzəriyyə yox, yaşadıqlarımı və təcrübələrimi sizlərlə paylaşıram. Bəlkə də elə bir vaxt gələcək ki, bu danışqlarımız tamamilə puç hesab olunacaq. “Kitabların saxlanılma müddəti var” adlı köhnə bir yazımda bu mövzuya da toxunmuşam. Budur ki, yuxarıda mən sizlərə qızıl, gümüş və ya almaz qaydaları yox məhz alüminium qaydaları təqdim etdim. Yəqin ki, buna görə qınamazsınız.

OXUNUB:18100

Cavab yaz

*

*