Milli Lorem

Yazılıb: Jul 02 2013

Bu gün Gocreativin yeni sosial məhsulu olan Milli Lorem lorem.az`a start verdik. Bu layihənin ərsəyə gəlməyi üçün bir aya yaxın zaman sərf elədik. Çox sayda beyin fırtınaları, müzakirələr və s. Kiçik görünməyinə baxmayaraq üzərində sərf elədiyimiz zaman və performans ağıılı başlı yordu bizi. Belə də olmalıdır. Axı havadan sudan yazmaqla olmur işlər.

Lorem nədir ? – Çox soruşurlar bizdən.  Əlbəttə ki, bunun ən düz cavabını qrafistdən dizaynerə, art direktordan reklamçıya qədər olan kadrlarımız daha düzgün bilər. “Lorem mənasız sözlər toplusudur.” – ilk başda belə görünür. Çünki istifadə olunan yerləri onu mənasız olmağa vadar edir. Hər hansı bir qrafist-dizayner eskiz çəkdiyi zaman müştəriyə hazırlanan daşıyıcıdakı mətnin harda olacağını gğstərmək üçün lazımdır lorem. Bu zamana qədər bu text yerinə çox zaman ingilis və latınca versiyalar istifadə olunmuşdur. Fəqət bundan sonrakı Milli Lorem`in köməyi ilə artıq eskizlərimizdə xarici sözləri yox, sırf Azərbaycan dilində sözlərimizi görə biləcəyik.

Bu layihənin iştirakçılarının çoxsu reklam şirkəti işçiləri olduqları üçün təbii ki, işə bir az “duz” da qatdıq. Burada da söhbət dizaynerlərin işini yüngülləşdirmək üçün FOTO lorem bölməsindən gedir. 48 fərqli ölçü standartında hüquqları GoCreative`ə məxsus fotoları hazır kəsilmiş şəkildə istifadəçilərinə təqdim edirik. Qısacası “sosial aktivlik” olsun deyə İKT sahəsinə biz də öz əlimizi uzatmağa çalışdıq. Ümid edirəm ki, istifadəçilərimiz işinə yarayacaq və ən əsası ehtiyacımız olan Azərbaycan dilinin daha çox, uyğun və düzgün istifadə etmək üçün bir zəmin olacaqdır.

Layihədə şəxsən iştirak etmiş ədəbiyyatçı Sürəyya Eyyubovaya, qrafist Vüsala Zeynallıya, proqramist Teymur Oqtayoğluna, adlarını çəkmədiyim content manager və digər dəstək olan yaxınlarımıza təşəkkürümü bildirirəm.

OXUNUB:5074

One Comment to “Milli Lorem”

  1. Tebrikler ) inshallah xeyirli ugurlu olsun! ))

Cavab yaz

*

*