Milyonerlərdən alacağımız dərs

Yazılıb: Jul 15 2013

Yoxdur! Çoxmu sərt dedim? Əslində çox araşdırsaq bəlkə də nəsə tapa bilərik lakin burda bəzi məqamlar var. Artıq uğur hekayəsi olmuş bir markanın getdiyi yolu (buna business case deyək) getmək məncə yanlış addımdır. Çünki bu xaosda həmin marka özü bunu unudub çoxdan. Bizim məqsədimiz pul qazanmaq deyilsə, pul qazanmağın yolunu araşdırırıqsa mən dediyimiz nəzəriyyədə həqiqət payı vardır.

 

Bir markaya heyran olub, ondan bəzi xüsusiyyətləri mənimsəmək yaxşıdır lakin əsla həmin marka olmağa çalışmamalıyıq.  Çünki həmin markanın uğurunu aydınlandıran hekayələr, onların bu məqamə gələnə qədər yaşadıqlarının heç bir faizi olmur. Səmimi söyləsək mən belə şirkətlərdən düzgün dərslər almağa çətinlik çəkirəm. Bu gün isə uğur qazanmaq üçün lazım olan marketing alətləri tam fərqlidir. Yəni “onlar” olmağa çalışsaq tamamən yolumuzu itirmiş ola bilərik. Bu bir iş adamı üçün riskdir. Sizcə də doğru deyilmi ? 2000 ci illərdəki metod və alətlərlə indikilərin arasındakı fərq, yerlə göy qədərdir.

 

Məşhur yazar Scott Stratten`in sözünə inansaq əgər bir gün o seminarların birində hazırda məşhur bir brendin marketing direktorunun sözləri başdan ayağa səhvdir -“Sosial şəbəkələrdə ki iş boşuna vaxt itkisidir və bunun əvəzinə daha lazımlı işlə məşqul olmaq lazımdır”. Bu cümlənin müəllifinin dediyi sözlər əlbəttə ki hər birimizi “mandraja” salmaq gücünə malikdir.

 

Bir milyoner şirkət olmaq istəyi bir iş deyildir. Pul qazanmaq karyera da deyildir. Bu sadəcə sizi növbəti milyoner ola bilmək tələsinə sala biləcək böyük qüvvədir. İş qurmaq yolunda sizin atdığınız hər addımı dəstəkləyənlərin yanında əlbəttə ki, həmin addımların səhv olduqlarını deyənlər də olacaqdır. Bu təbiidir və bu iki tip adamlardan uzaq dayanmaq ən doğrusudur. Mən demirəm ki, indi hazırladığımız bir online layihənin necə olub olmadığını yaşlı bir müdrükə soruşaq. Bu çox gülməli olardı. Məqsədim yaşlı müdrükləri lağa qoymaq deyil, əsla. Demək istədiyim bu sürətlə inkişaf edən “business” anlayışındakı dəyişiklilərin izləyə bilmə bacarığı və imkanlarıdır.

 

Bir milyoner şirkətdən ala biləcəyimiz dərsin az olmasının digər səbəsi isə Sisyphus sindromudur. Bir çox şirkət böyüdükcə idarəetmədəki qarışıq, xaotik və çoxpilləli struktur onların ən əsas vəzifəsini düzgün yerinə yetirməsinə kifayıt edir. Bu vəzifədən kənarda qalan amillər bir qiqanta o qədər də təsir etmir. Şirkətlər qiqantlaşdıqca atdıqları düzgün və yanlış addımların onlara verdiyi dəyərlər azalmağa başlayır. Həmin şirkətlərdəki bu gedişat ümumi mənzərəyə daha az təsir etdikcə bu addımların səhv və düzgünlüyünü analiz etmək də çətinləşir. Məsələn amazon.com un Türkiyə əsilli trendyol.com u almaq istəyinin, trendyol.com`a verdiyi dəyərin həqiqətə uyğun olub olmadığı bir çoxlarımız üçün sual altındadır. Bu çəkdiyim misal qiqant şirkətlərdən almaq istədiyimiz dərslərdə çox ölçüb bişmək məcburiyyətimizi bizə sübut edir.

 

OXUNUB:7220

One Comment to “Milyonerlərdən alacağımız dərs”

  1. […] bu işlə məşqul olanların bilik və təcrübələri kifayət qədərirmi? Yoxsa onlarda da milyonerlik xəstəliyi var? Təsadüfü adamlarla işləməyin və ən başlıcası idarəedici şəxs(lər)in […]

Cavab yaz

*

*