Outsourcing – ağdır ya qara?

Yazılıb: Nov 10 2012

Outsourcing ölçüsündən asılı olmayaraq bir çox şirkətin aktiv istifadə etdiyi business tool`dur. Hazırda idarə etdiyim şirkət daxil olmaqla bu yöndə – tərəflərin hər ikisi qismində çıxış edən bir çox hal görmüşəm. Bir az bu barədə danışmaq istəyirəm.

 

Şirkətlər niyə outsource edir?   Outsource nədir?  Outsource bizi hara aparacaq? kimi suallara cavab axtarmağa çalıçaq.

Bir çox qurum xidmət sahəsi genişləndikcə, innovativ inkişaf genişləndikcə davamlı və davamsız kadr çatışmamazlığı ilə üzbəüz qalır. Qarşıya qoyulan məsələlərin həlli yollarını tapmaq üçün, istər istehsal və istərsə də xidmət sahəsi üçün yaranan boşluqlarda outsource xidmətindən istifadə edir. Hətta bu bir çox hallarda qeyri-təbii baş verir. Bu alətin istifadəsini bele qruplaşdırmaq olar:

 

1. Alışılmamış iş sferasında hərəkət zamanı – bu, çox zaman kiçik və orta bizneslərdə görülür.

2. Müvəqqəti xidmət və ya istehsal zamanı

3. İşlərin daimi olaraq daha mütəxəsisləşmiş kadr və ya qruplara yönləndirmək istəyi olan zaman

 

Bu zaman yaranan reaksiya iki tərəfli olur hansl ki, outsource edən və outsource xidməti göstərən.

 

Outsource edən tərəfin vəziyyətini standart olaraq qəbul etmək çətindir. Məsələn alışılmamış sahədə hərəkət zamanı outsource olunan CASE, həmin xidmət növünün özünün icra etməsi versiyasında daha uyğun sərfiyyatla başa gəlməsi müşaiət olunur. Burada keyfiyyət meyarından söz açsaq, o zaman alternativ üsul olaraq şirkətin özünün həmin xidməti göstərməsi zamanı yaranan keyfiyyət ölçüsünün dəyəri outsource nəticəsində yaranan məhsulun keyfiyyəti ilə uyğun olmaya bilər. Haradan baxsaq bu zaman, idarəetmə və nəzarət prinsiplərinin zəifləməsi belə nəzərə alınmalıdır.

 

Digər tərəfdən outsource xidməti göstərən şirkətlər isə kiçik bizneslərdən (əgər hələ istədikləri boya çatmayıblarsa) daha böyük xanalara çıxmağa nail olma şansı qazanırlar. Və əlavə olaraq verdikləri xidmət növündə proses zamanı qazandıqları təcrübəni “bonus” saymaq olar. Və qazanılan vəsait və ya bonusar düzgün idarəçilik əsasında böyüyüyb normal biznes şəraitinə çevrilə bilir.

 

Alışılmış hallarda isə bu iş bu az fərqli olur. Yəni hər hansı bir qurum və ya şirkət bu və ya digər növ xidmət göstərməyə malikdirsə, təcrübəsində varsa və ya bu xidmət növünü çox asanlıqla yarada bilirsə, lakin istəyərəkdən bu işlə məşqul olmursa deməli burada bir neçə nünas var:

1. Şirkət bu işi bilir, lakin bu işin detalları, xırdalıqları ilə dəyərli zamanının itirb, kadrlarını məşğul etmək istəmir;

2. Şirkət bu işi könüllü olaraq, keyfiyyəti qaldırma məqsədi ilə fərqli bir şirkət və ya şəxsə həvalə edir;

3. Daxilində olan həmin işi görən qrupla, outsource xidməti göstərən şirkət arasına rəqabət yaratmaq yolu ilə yene də keyfiyyəti qaldırmaq və öz qrupunun daha da ixtisaslaşdırılması niyyətindədir.

 

Alışılmış hallarda outsource  olunan xidmət fikrimcə daha bilgili, məntiqli və hesablanmış olur ki, bu da həmin şirkətin bir çox hallarda xeyrinə olur. Lakin ilk qeyd etdiyimiz halda isə şirkətlər çox zaman öz boşluqlarını doldurmaq məqsədi ilə bu xidmət növündən istifadə edirlər ki, bu da o deməkdir ki, həmin CASE biznesin inkişafı ya hələ yol gedir – yetişməyib ( bu o demək deyil ki, şirkət inkişaf etmir və ya səhv inkişaf edir).

 

Hər halda sözü gedən xidmət növü təcrübəmə əsaslanaraq deyirəm ki, şirkətləin bünövrəsi ola bilmə funksiyasına sahibdir.

 

Fikrimcə bu xidməti göstərən hər zaman AĞdır.

OXUNUB:5707

4 Comments to “Outsourcing – ağdır ya qara?”

  1. Maraqli ve faydalidir!

  2. […] mütəxəsisi kimi əlavə vakant yeri aça bilmirik o zaman bu işlərə nəzarəti “outsource” etmək ən düzgün […]

  3. […] fikrimcə əgər bir şirkətin bu mövzuda səriştəsi olan kadrı yoxdursa, bu mövzunu outsource  edib analiz etdirmək, məhz onlara nəyin daha sərfəli olacağını müəyyən etmək daha […]

Cavab yaz Islam Rizayev

*

*