Parçala məhv et, topla yarat!

Yazılıb: Nov 15 2012

Son illərdə ən çox nail olmağa çalışılan trend marka ola bilməkdir. Bunun üçün bir çox qurumlar vaxt sərmaye və s. xərclədikləri ilə paralel əslində bu prosesin hansı mərhələlərdən keçməsi lazım olduğunu bildiklərindən şübhəliyəm. Bu yolda birdən parlayan və sönən, ALMALI, FONEX və s. fərqli sahələrdə fəaliyyət göstərən şirkətlər görmüşük. Səbəb olaraq bir çox bənd sadalaya bilərik amma məncə ən önəmli səbəbələrdən biri idarəetmə və ya fundamental bazadakı səhvlərdir.

 

Rene Mauborge və  Chan Kim`in Mavi okean kitabında çox xoşuma gələn prinsiplərdən biridir. İnkişaf üçün düzgün istifadə olunduqda gözəl nəticələr verə biləcəyinə inanıram. Dünya üzrə bir çox şirkətlər bu cür iş pronsipi ilə uğurlara nail olmuşlar. İlk öncə ibtidai mərhələlərə bir az aydınlq gətirək. Hər hansı bir standart biznes modelini parçalayıb məhv edirik, sonra digər biznes sahələrindən müsbət cəhətləri öz modelimizə adaptə edib, yenidən yaradırıq.

 

Bəs bunu hansı yerli şirkət tətbiq edib və ya etmək istəyir? Son 10 ildə avtomobil satış sahəsində fəaliyyətddə olan şirkətlərin “pərakəndəçiliyi” davam edir. Marry Brown kimi tez parlayıb, tez sönən markalarımız barmaq hesabıdır və bir çox sahələrimiz interpretasiyadan başqa bir şey deyil. Sözümün canı yerli brendi necə yaratmaq lazım olduğunu demək deyil. Elə bir fikrim olsa onları əlbəttə ki commercial istifadə edərəm. Lakin hazırki alıcı məhsulun adının daha qəşəng olmasına deyil, onun keyfiyyət meyarlarına əsaslanaraq alış veriş edir. Deməli alıcının istədiyini ona verə bilmək ən yaxısıdır.

 

AZZA`ni bir çoxumuz tanıyırıq. Normal şirniyat mağazası modelinin parçalanıb məhv olunmuş versiyasıdır hansı ki, üzərində xərc və başqa mənfi (daha tez köhnələn, və ya əziyyəti çox olan “qutab, peraşki və s.” lot`ları nəzərə almağa çalışıram) amilləri birləşdirən dəyərlər yox edilmişdir. Əvəzində tort və bənzər məhsullarla, daha gözəl qablaşdırmada müştərilərinə xitab edə bilir və uğurlu da alınır.

 

Sözümün canı, sahələrdəki boşluqlar bitməmişdir və bitməyəcəkdir. Təxəyyül gücünüzə bağlıdır və hələ də yeni marka yaratmaq üçün çox geniş imkanlar vardır. “Bacarıqdan” asılıdır.

OXUNUB:5234

One Comment to “Parçala məhv et, topla yarat!”

  1. […] verdiyi səhvlərdən yayınma və ən əsası keçən yazılarımdan birində qeyd etdiyim “blue ocean” strategiyasını uyğunlaşdırılmasıdır. Məsələn hər hansı mətbəə işçisi, […]

Cavab yaz

*

*