Plaudite, amici, comedia finita est!

Yazılıb: Jun 13 2013

Ludwig van Beethoven`in göstərisindən sonra deyilmiş sözlər eyni belədir: “Plaudite, amici, comedia finita est! – Əl çalın (sevinin) dostlar, komediya bitmişdir”

Öncədən də bir çox markaların və ya həyatımıza daxil olmuş meta`ların necə bitdiyini sizlərə anlatmışdım. İstehlakçı olaraq alışmışıq metaları bitirməyə. Hazırda elə bir dünyada yaçayırıq ki, “qıtlıq ekonomisindən” çıxdıqdan sonra bolluqlar arasında olan zəiflər avtomatik olaraq yoxa çıxır. Buna nümunə olaraq sizlərə İCQ, Live messenger kimi markaları demişdik. Bu gün sizinlə paylaşmaq istədiyim yazı bloqlar barəsindədir.

Neçə gündür Lewis Carrol`un müəllifi olduğu “Alice’s Adventures in Wonderland” nağılından kiçik bir dialoq haqqında düşünürəm:

– Alice: Hansı yoldan gedək?

– Dovşan: Hara gedəcəyini bilmirsənsə, hansı yoldan gedəcəyinin heç bir əhəmiyyəti yoxdur!

Bloqerlərimizin sayı artmaqdadır. Bu bir mənalı olaraq çox müsbət haldır. Bloq yaratmağın xeyirləri, müsbət tərəfləri, cəmiyyət və ictimai həyatdakı böyük rolu haqqında hamımız (belə ümid edirəm) bilirk artıq. Mənim isə toxunmaq istədəyim mövzu mövzunun əks tərəfləridir. Bloqlar özləri özlərini yox edirlər ? Bütün nikbinliyimlə bu mövzuya aydınlıq gətirməyə çalışacağam.

Bu yaxınlarda bloqerlərin biri ilə etdiyim söhbət əsnasında mənə dedi ki, bloqunu bağlayıb, səbəbi isə mükəmməllik axtardığından olduğunu qeyd etdi. Cavabım bunun mümkün olmadığı oldu.

Dünyada 67 milyondan çox yalnız WP üzərində qurulmuş bloq var. Gün ərzində bu bloqlarda 2-3 milyon arası yazılar yazılır. Bunların bir neçə qatı qədər də bu yazılar oxunur.  Lakin bu bloq arasında rating üzrə qeyri bərabərlik hökm sürür. Bu bloq texnologiyasının open source olmasından, yazardan, mövzu və başqa amillərdən asılıdır. William Bernback dediyinə istinad edərsək, mötəbər bir mənbədən alınan təhrif olunmuş informasiya, daha az populyar mənbədən alınan düzgün informasiyadan daha çox etibarlı sayılır. Bizim istifadə etdiyim bloqların texniki xüsusiyyətləri onların informasiya yaymasından və SEO proseslərində çox güclü iştirak etməsinə yardımcı olur. Bu səbəbdən daha öncələr qeyd etdiyim “Dell xəstəliyi” kimi bir virus proses yaratmağın düzgün yolu bloqlardan keçir.

Hazırda bloqların “tarix” olmasına yaxınlaşmasına inanmağım üçün ehtiyac duyduğum nəzəriyyələr bunlardır :

  • Bloqlar arasında ratingə görə böyük uçurumların getdikcə artması. Bəzi yazarlar belə hesab edirlər ki, onların yazmaq intervalı digərlərindən az olduğu üçün bloqları zəifdir. Mən də inanıram ki, əslində bu belə deyil. Lakin bu səbəb kütləvi bloq qırğınlarına gətirib çıxarır.
  • Bloqların etibarlı mənbə rolunun azalması. Sözü gedən amil bloqların yenə də open source olmasından irəli gəlir. Buradakı kütləvi yazılar və yazarlar arasında olan düzgün mənbənin aşkara çıxarılmasının daha çətin olması istifadəçiləri daha dəqiq mənbələrə yönəltməklə özünü vəzifədar edir.
  • Sosial şəbəkələrin inkişafı. “What would goole do?” kitabında da qeyd olunduğu kimi, Digg kimi qiqiantların inkişafı, FB kimi sosial şəbəkələrin bazar payının artması, bloqları daha oxunaqsız hala salır. Bu səbəbdəndir ki Digg məntiqində işləyən, informasiya mənbələrini toplayıb eyni kanaldan istifadəçilərə paylama sistemlərin artması son 2-3 ildə bloq yazılarının daha az oxunmasına, zəif və güclü bloqlar arasındakı uçurumların artmasına yol verir.
  • İstifadəçi məcburiyyəti. Çoxlarımızın da bildiyi kimi artıq bir çox üzvlük tələb edən internet resurslar istifadəçi girişlərini facebook vasitəsi ilə təmin edirlər. Bunu neromarketingin bir aləti də hesab etmək olar. Resurs sahibləri istifadəçilərin artıq minimum sayda giriş hesabı sahibi olmaq istədiklərini bilirlər. Bloq məntiqi isə istifadəçilərin bir çox halda bloqlara üzv olmasını təmin etməyə çalışdığından həmin istifadəçi axının başqa mənbələrə üz tutmasına səbəb olur.

 

Sual verə bilərsiniz ki, bəs bloqlar tarix olmağa yaxınlaşırsa o zaman niyə bu yazını öz bloqunda yayımlayırsan? Səbəbi çox sadədir:

  1. Bu hələ sonun başlanğıcıdır və bu proses daha çox çəkəcəkdir
  2. Mən yazdıqlarım öz təcrübəməsə əsaslanan nəzəriyyələridir
  3. Alternativ daha uyğun sistem yoxdur
  4. Bu nəzəriyyələr onu demir ki, bloq sahibləri öz bloqlarını bağlamalıdırlar.

 

Bloqların var oluşu bir çox korporativ və şəxsi simaların yaradılmasından çox böyük rol oynamışdır və hələ də buna davam edilir. Dediyim kimi bloqların sadə bir SEO optimizasiya texnologiyasını hazırda əvəz eləməyə alternativ yoxdur. Bu bloqların ömrünün uzadılmasına daha çox kömək edəcəkdir.

OXUNUB:2313

2 Comments to “Plaudite, amici, comedia finita est!”

  1. Bloq yazmaq her birimiz ucun gozel platforma – tribuna funksiyasini oynayir. Dediklerin (yazdiglarin) ne geder duzgun ve urekden olacagsa senin sesin bir o geder cox esidilecek. Senin tribuna yundure galxacag! Yazmaga davam, ela yazi edi!

    • Tamamile haqqlisiz, elbette ki her zaman ele bir "tribuna" olacaq ki, yaza bilenler ordan seslerini duyuracaqlar. Amma o tribunun adinin gelecekde bloq ve ya "x" olacagi muemmadir. Nece deyerler inkishafa dogru !

Cavab yaz

*

*