Reklamlar bizi öyrədir

Yazılıb: May 04 2015

character-cover

Reklamların həyatımızdakı ictimai maarifləndirici rolunu az-çox qələmə almaq istəyirəm. Bu rol bildiyimiz B2B və B2C dən daha fərqlidir.

 

Doğrudur ki, reklamlar istehlak edənlərə sərhədsiz alış istəyi aşılayır. Lazımlı lazımsız alırıq. Küçədə gördüyümüz ofroad maşınların neçəsi öz məqsədinə görə istifadə olunur ki? Və ya ülgücün sayının artması ilə keyfiyyətin artımı nə qədər düz mütənasibdir? Əlbəttə ki biz trendlə ayaqlaşaraq istehlak edirik. Markaların vəzifələri, bizə daha çox satmaq, bizim vəzifəmiz isə bu prosesdəki iştirakımızın “labüdlüyü”dür. Amma mən bundan danışmayacağam bu gün.

 

Bu gün bu prosesdəki maarifləndirici tərəflərə baxmağa çalışacağam. Sizcə “orbit”, “dirol” reklamlarından öncə, bəlkə də 30 il əvvəl karies sözünü kim dolğun mənasıyla anlaya  bilirdi? Daha doğrusu ixtisası həkimlik olanlardan başqa neçə faiz istehlakçı bu sözün mənasını bilirdi?

 

Reklam sahəsinin son 20 illik sıçrayışlı inkişafından günümüzə qədər olan zaman məsafəsində biz bir çox məlumata sahiblənmişik. Gəlin onlara baxaq:

  • Formaldehid – mebel istehsalında bəzən mənfi hallarda istifadə olunan zərərli maddədir. Mebel istehsalçıları bəzən məhsullarında bu maddənin olmadığını vurğulayaraq communicate edirlər;
  • HP (horse power) – Avtomobil sənayesinin məhsullarının reklam sahəsindəki  inkişafına görə bu termin daha çox hallanır. İnanmıram ki, 40 il əvvəl sovet istehsalı avtomobil alanlar bu texniki göstərici ilə maraqlanırdılar;
  • GM foods (Genetically modified food) – bu mövzu umumiyyətlə son 5-10 ilin trendidir və aktuallığına görə öyrəndiklərimizdən biridir;
  • Xolestrin (xolesterol) – ürək damar xəstəlikləri yaradan mənfi obrazlı termindir. Bir çox yağ istehsal edən markalar bu mövzuya fokuslanırlar;
  • Nicotine – Tütün məhsullarında qarşımıza çıxan və bir çoxlarımızın tanıdığı termindir;

 

Bunlardan əlavə reklam olunan məhsulların hesabına megapixellər, organikər, onlaynlar, gsmlər, kalsiumlar, uzunömürlülər, qənaətcillər, sosiallar və başqa terminlər beynimizin rəflərinə səliqəylə yerləşdirirlir. Bu “rəflərin” istiqamətiylə istehlak etməyə başlayırıq. Bu istehlakın adını “şüurlu istehlak” da qoya bilərik. Çünki bizlər tələb olunanları almazdan öncə sadə dildə desəm maarifləndirilmişik.

 

Bir də mövzunun başqa tərərfi var hansı ki, maarifləndirmə prosesini öz öhədisənə “commercial” reklamlar yox, ictimai trendlər götürür. Yəqin ki, “kral”, “107 illik kredit”, “həci” kimi trendlər hamımızın yadındadır. Amma bunlar da heç qeyri “commercial” maarifləndirmənin hamısı deyillər.

 

İctimai maarifləndirmə missiyasını reklamlarımız bilməyərək də yerinə yetirə bilir. Bəzi milli sözlərimiz vardır ki, onlar termin sayılmasalar da dilimizdə istifadə sayına görə miqyas olaraq bəlkə də 1-in 10-a nisbətində idi. Lakin faktiki reklam bazarı inkişaf etdikcə bu sözlər milli dilimizdə passiv istifadədən aktiv istifadəyə doğru istiqamət almağa başlayıblar. Bu sözlərdən biri olaraq “soyuducu” sözünü göstərə bilərəm. Düşünmürəm ki, bəlkə də 10-20 il öncəsinə qədər Azərbaycanda  bu söz əvəzinə məhz “Xa(o)ladelnik” istifadə olunurdu. İlk öncə isə bu sözləri bizə qazandırmış şirkətlərə böyük minnətdarlığımız bildirmək lazımdır. Magnit və Baku Electronics`ə soyuducumuzu, tozsoranımızı, Pal`a dondurmamızı, xamamımızı, kəsmiyimizi, Moderngroup`a meyvə şirəmizi və bir çox şirkətlərə bizə qazandırdıqları sözlər üçün dərin təşəkkürümü bildiririəm.

 

Mən dilçi deyiləm və ədəbiyyatçılarımızdan potensial olaraq buraxa biləcəyim səhvlər üçün öncədən nəzərə alıb, imkan daxilində mənə bu barədə məlumat vermələrini istəyərdim.  Bu yazımın arxasında dilçilik və ya dil fondu problemləri dayanmır.  Bu səbəbdən yazımı reklamçı nəzərləri ilə baxılmasını xahiş edirəm.

OXUNUB:3817

Cavab yaz

*

*