Reklamlarımızdakı SLOQAN problemləri

Yazılıb: Nov 09 2012

Reklam sahəsində fəaliyyət göstərən bir çox dostlarımız bu və ya digər yolla belə problemlərlə qarşılaşıblar artıq. Bəziləri reklamlarımızda istifadə olunan sloqanların mentiq olaraq düzgün olmadığını hesab edir və ya adaptasiyaların düzgün olmadığını düşünürlər.

“Slogan” sözünün kökü Şotland dilindən keçmədir və müharibə zamanı səslənən bağırtı və ya səs mənasına gəlir.

Nədənsə bu ilk olaraq bu mövzuda yazmaq qərarına gəldim və ilk olaraq Bakıdakı küçə reklamlarında chrysler markasının “Yumşaqlığına söz ola bilməz” sloqanı gəldi ağlıma. Bu sloqan düzdür ya səhv, bundan yazmaq istəmirəm. Çox güman ki, həmin şirkət xaricə istifadə olunan sloqanı adaptə etməyə çalışıb. Lakin burada qeyd etməyə çalışdığım bəzi məqamlar var:

1. Təkzib etmək üsulu – hər hansı sloqan və ya kütləyə xitab edən fikri təkzib edək və əksinəsini düşünək. “Yumşaqlığından başqa heç bir müsbət cəhəti yoxdur?”, “Bəs nəyinə söz ola bilər?” və s. Bu kimi tənqidi yanaşmaların qismən də qarşısını almaq üçün tətbiq olunur.

2. Məntiqi ardıcıllığı qorumaq – xarici əsilli olan bir çox fikri izah edərkən düzgün sözü seçmək əvəzinə məntiqi ardıcıllığı qorumaq daha faydalı olardı. Bir çox dünya dillərində olduğu kimi bizim də ana dilimizdə söz sayı azlığı, aktiv istifadə edilən söz sayısı amilləri bizim reklam bazarımızda bu kimi  problemər yarada bilir. Gündəlik həyatımızda da gördüyümüz kimi bir çox “tərcümə” olunmuş reklam kontenti “gülməli” alınır və əksinə sıfırdan yerli mal kimi “istehsal” olunan sloqanar daha effektli olurlar.

3. “Çörəyi ver çörəkçiyə” atalarımız səhv deməyib.  Adaptasiyaların düzgün aparılması üçün sloqanın istifadə olunacaq bazarı bilən, tanıyan şirkət və ya şəxslər bu prosesdə iştirak etməli və SƏLAHİYYƏTƏ malik olmalıdırlar. Türkiyə bazarında YANDEX`in çıxışı buna tam bariz nümunədir. Belə ki, “pelmeni” ənənəsi olmayan bir xalqa Rus köklü elektron resursu təqdim etməyin yollarını düzgün seçildiyini düşünürəm.

 

OXUNUB:16591

Bölmə: Qələm əhli, Ümumi

10 Comments to “Reklamlarımızdakı SLOQAN problemləri”

  1. Bezi sloganlar the sadece gafiyelidir deye istifade olunur. Yeni orda verilen yada verilmek istenilen fikirden daha çox gafiye ön plana çıxır. Meselen Wolksvagen Amarok, Fazla söze gerek yok!

  2. Or Cuvarli says:

    OK, ilk yazında mənim işimi tənqid hədəfi seçdiyin üçün ne mutlu türküm deyene. Yazıda 2 və 3-cü bəndlərə toxunmuram, çünki bunlar işin içində olmadan yazılan fikirlərdir və buna görə qınamıram, amma Filan şeyinə söz ola bilməz! tipli cümlənin yad dillə nə əlaqəsi ola bilər, anlamadım? Adaptasiya olmadığını dərhal sezməli idin axı. Chrysler200-ün əsas üstünlüyü rəqiblərindən yumşaqlığının daha yüksək olduğu bilindirilmişdi və mesaj the bunun üzərindən qurulmalı idi. Test etdik və həqiqətən də bunun belə olduğu ortaya çıxdı. Hədəf kütləyə çox yaxın olan bir üslubda bu mesajı çatdırmaq istədik və nəticədə Yumşaqlığına söz ola bilməz! sloqanı ərsəyə gəldi. Sloqanla foto üst-üstə düşmür, bununla razılaşmaq lazımdır.

    • Var orda bir anormalliq, Tebii ki isin icinde olmadigim ucun yanlis numune gostere bilerem Chrysler ornegini amma bele menfi sloganin yaradilmasinin adaptasiya olmasi bir ayib , olmamasi ikinci ayib

    • Or Cuvarli says:

      Yumşaqlığına söz ola bilməz!-sloqanı
      1. Tam düzgündür.
      2. Tam istəyə cavab verib.
      3. Tam orijinaldır.

      Mən əgər "İslamın özünüifadə bacarığına söz ola bilməz!" deyirəmsə bu o demək deyil ki, İslamın boyu balacadır, İslamın rəngi qaradır, İslamın otağı kiçikdir və s.

    • 1. Tam düzgündür.
      2. Tam istəyə cavab verib.
      3. Tam orijinaldır.
      4. "Yalançı maşın alverçilərinin" dilindın çıxmış kimi səslənir
      5. Mənfi emosiya yaradır

    • Or Cuvarli says:

      4 və 5 subyektiv fikirlərdir. 1-2-3 isə faktlardı)

  3. Yandex-i adaptasiya etməyiblər ki.. Türkiyə bazarı üçün yeni strategiya ve reklamlar hazırlanıb. Bunlar fərqli şeylərdir. Eləcə də Chrysler adaptasiya sayılmır.

    • Mence Yandex movzusunda marka deyisikliyi olmayib deye, in general – adaptation hesab olunur, Chrysler ise muzakire movzusu ola biler

    • Markanın adaptasiyası başqadır, reklam adaptasiyası başqa şeydir. Siz yuxarıda reklamdan, slogandan danışırdız, o da Yandexdə adaptasiya deyil, yeni bir işdir. Chryslerdə də həmçinin, hətta sonuncu da image hazır olub deyə, onu bəlkə də biraz aid etmək olar adaptasiyaya.

    • Aygun xanim tamamile haqqlisiz, eslinde menim gosterdiyim sirketler sadece example`lardir ve muzakire movzusu olduqlari ucun ola bilsin ki duz secilmeyibler. Yandex`de local adaptation`u nezerde tutmusham.

Cavab yaz

*

*