Haqqımda

Azərbaycan Dövlət İqtisad Universitetinin məzunuyam. Bir neçə illərdir ki, reklam sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğulam. Bu sahənin və ümumi iş həyatının problemlərini nəzərə alsaq əlbəttə ki, bu illərdə çox sayda səhvimiz də olub, düzümüz də. Bu bloqda sizlər eyni situasiyalarda tək qalmayasız deyə daha çox təcrübəmlə qarşıma çıxan problemlərin həlli və onlardan yayınmaq yollarını göstərməyə çalışacağam. Mənim haqqımda isə dostlarım desin!

İlkin Manafov – Embawood – Head of Marketing Department
Son dərəcə pozitiv, son dərəcə alicənab, son dərəcə bilikli… bilirsiz bu “son dərəcələri” uzatmaq olar… AMMA bir sözlə bunu bitirmək istəyirəm – “İslama dost demək olar!”He bu arada bloq – superdir!
Vüsal Hüseynov – Səmimi, etibarlı, ünsiyyətcil, paylaşmağı bacaran, peşəkar. Sahəsi üzrə bütün məsələlərə, problemlərə həll tapmaq bacarığındadır. İslam solutions.
Amid Quliyev –RİSK – proqramist
Enli kürək, pəhlivan, daim pozitiv düşünən manyak abim!
Orxan Yusifov– Creative SHAMANS Bureau – kreativ direktor
Mehriban, səmimi, yeniliklərə açıq insan!
Deyanet Rizabeyli – Eximet – təsisçi
Ürəyi bədənindən də böyük səmimi insan!
Emin Əmrullayev– United Nations Information Centre
Zəngilan demək gəlir içimdən 😉 amma “yaradıcı” deyim.
Səməd Nəsibov– Gabala FC – marketinq menecer
Dürüst və peşəkar.
Orxan Əkpərov – Azerbaijani Community of Nagorno-Karabakh Region – sədr
Hər zaman müsbət enerjili, dostluq etməyi sevən və bunu gözəl bacaran səmimi bir insan.
Nadir Adilov– Azərbaycan Hüquqşünasları Konfederasiyası – Baş katib
İslam Rzayev çox ciddi bir şirkəti sıfırdan quran və kifayət qədər ciddi tərəfdaşlarla əməkdaşlıq edən gənc sahibkardır. İslam müəllim ictimai sektorda da ciddi layihələrə dəstək verən şəxslərdən biridir. İslam müəllim, xüsusən kiçik maliyyə resursları çərçivəsində ciddi və böyük nəticələr əldə etmək istəyən Vətəndaş Cəmiyyəti sektoru nümayəndələrinin layihələrində korporativ sosial məsuliyyət prinsiplərini tətbiq edən çox az saylı gənc sahibkarlardan biridir. İslam etibarlı dost və səmimi tərfdaşdır.
Zaur Məmmədov –VMS – owner
Öz işinə hər zaman həvəsli, müştəriyə fokuslanmış və ən əsası az resursla çox böyük nəticələr verməyi bacarır.
Rəşad Əliyev– AtaHolding OJSC – Vice CEO
Yüksək əyarlı “QIZIL” kimi insan, sadiq dost, əziz qardaş.
Rüfət Əzizov – Caspian Engineers Society – Co-founder
İşinin professionalı, vaxtında işini görən, mərd və igid oğlan!
Babək Qoca– sahibkar
Səni tanıdım və sevindim. Adı ilə şəxsi uyğun olan insanlardansan. Üzündəki təbəssüm, içinin yansımasıdır. Gəzişindəki əzim, ruhunun yansımasıdır. işinizdəki müvəffəqiyyət də professionallığınızın təsdiqidir.
Anar Haciyev – Gabala FCMətbuat katibi
Səmimi, dürüst, işgüzar, creative cə ən əsası məsuliyyətli ailə başçısı.

OXUNUB:6120

One Comment to “Haqqımda”

  1. Çox ürəyi təmiz, xeyirxah, qohumcanlı – türklər demişkən, dörd dördlük bir şəxsdir.

Cavab yaz Shafagat Mahmudova

*

*