Təsisçi idarəçi olarsa

Yazılıb: Nov 09 2012

Geniş mənada təsisçi idarəçi rolunda çıxış etməyində heç bir mənfi cəhət yoxdur kimi görünür, lakin bir az daha dərinliyə getməyə çalışaq.

 

Şirkətlər doğulur, böyüyür və ölür. Onların yaşı idarəedici orqanın sağlamlığından asılıdır. Kimiləri eninə, kimiləri isə uzununa inkişaf metodunu seçir. Şirkətlərin yaranmasında təsisçi(lər) baş rolda oynayırlarsa əgər və onların burada fəaliyyəti qaçınılmazdırsa o zaman idarəetmədəki təsisçi asılılığı davam edir. Burada təsisçinin idarəetmə qabiliyyəti, ambisiyaları, məqsəd və başqa keyfiyyətləri şirkətin genotipinə təsir edir. Əksinə olan hallarda isə, yəni hər hansı vacibiyyət, bisnes strategiyası və ya başqa amillərdən irəli gələn səbəblərlə yaranırsa o zaman idarəedici orqan daha sərbəst qərarlar qəul edə bilir.

 

Təsisçi idarəedici olduğu halda inkişaf planı fikrimcə belə olur: İlk öncə şəxsin xüsusi keyfiyyətlərinə görə şirkət müəyyən bir xakater alır, inkişaf etməyə başlayır. Bir qədər yol getdikdən sonra isə, şirkətin inkişaf tempi zəifləyir və stabilləşməyə başlayır, hansı ki, bu günlərdə Azərbaycan gördüyümüz bir çox kiçik və orta şirkətlərdə mənzərə eynidir. Bunun səbəbləri isə müxtəlif ola bilər. Məsələn təsisçinin idaetmə bacarığı, ixtisas və təhsili, öz kapitalından riskini nəzərə alaraq daha ehtiyatlı addımlar atması və s.

 

Bu zaman fikrimcə atılacaq addımlar ən əsası odur ki, düzgün zamanlama ilə şirkət idarə etməsini düzgün kadrlara yönləndirməkir. Əlbəttə ki, bu proses öncədən planlanmalı və düzgün kadrlar yetişdirilməlidir.

 

İndi işə digər aspektdən yanaşsaq şirkətin idarə olunmasında yetişdiriləcək kadrlar, öncədən seçilməli, diqqətlə öyrənilməlidirlər. Burada sosial, ictimai radikallığı olmayan, şəxslərə daha çox üstünlük verilməlidir.

 

Böyük şirkətlərdə bu kimi proseslər daha fərqli qururlur, hansı ki, şirkət paylarının müəyyən hissəsi təsisçi əlində saxlamaqla geri qalanı ümumi idarəedici fona və ya tama başqa CASE`lər istifadə etməklə, məsuliyyətdən yayınaraq şirkətin istiqbalını görməyə davam edə bilir. Məsələn starbucks “DELL xəstəliyi” problərindən sonra tam olmasa da öz müştərilərinin səsini idarə heyyətində 1 səs olaraq qəbul elətdirdi və bu səsı son məhsula bir başa təsir etmək səlahiyyəti verildi.

 

Dediyim kimi təcrübəsə bir çox belə model vardır. Lakin fikrimcə düzgün olan yol təsisçi ilə idarəedici orqan tərəzisində olan bərabərliyi düzgün saxlaya bilməkdir.

OXUNUB:3533

Cavab yaz

*

*