The Expendables

Yazılıb: Mar 25 2013

Əlbəttə ki, mövzumuz filmlər deyil :) . Dostlar sizə uzun zamandır müşahidə etdiyim  bir mövzu haqqında danışmaq istəyirəm – “Birləşdirilmiş brendlər”.

 

Öncədən deyim ki, bu mövzu mənim gördüyüm və oxuduqlarımın nəticəsidir və mənimlə razılaşmaya da bilərsiniz. Mənim göstərəcəyim hər hansı bir  “uğur hekayəsinin” tutmasının səbəbini siz başqa cür görəsiniz və bu çox təbiidir. Bu səbəbdən sizlərə bir nəçə ayrı sahələrdən danışacağam ki, müqayisə etməyimiz rahat olsun.

 

1. The Expendables – Bir az yaradıcı yanaşsaq məsələyə, bu filmin izlənməsinin tək səbəbi insan faktorudur, yəni aktyorlar. Həm də bu aktyorların hamısı deyil – bəziləri öz gücünə digərlərini də necə deyərlər “palaza bürün, elnən sürün” devizi altından uğura doğru “sürüyür”. Model olaraq bu formanın “The Avengers” filmindəkindən heç bir fərqi yoxdur.  Daha xırda uğuru və fərqli keçmiş hekayələri olan elementlər bir blokda birləşir. Nəticə isə göz qabağındadır – həmin seqmentin hər təbəqəsinə xitab.

 

2. Tchibo – Every week a new world.  Tchibo adi bir kofe mağazası deyil. Çoxlarımızın da bildiyi kimi, hər həftə kofe məhsullarından tutmuş, geyim və xırda ev alətlərinə qədər müxtəlif maraqlı məhsul satan bir şəbəkədir. Alman mənşəli bu şəbəkənin isə ən üstün cəhəti məhsullarını bütün dünyada demək olar ki eyni vaxtda yeniliyə bilməsidir. Mürəkkəb görünün bu proses əslində çox sadədir – “Birləşdirilmiş brendlər”in köməyi ilə əsas brandın inkişafının təmin edilməsi.

 

3. Hesab.az – Aznetin uğurlularından biri. İnsanlar öncədən Bak elektrik şəbəkəsindən və ya Azercell`in saytından eyni xidmətlər ola ola bu qədər istifadə etmirdilər. Fəqət hesab.az ın yaratdığı və bir şəmsiyə altında birləşdirdiyi xidmətlər topluluğu istifadə rahatlığını həyata keçirtdi.

 

Mənim demək istədiyim ebay və ya oxşar layihələri müqayisə etmək deyil. Belə bir platforma düşünək hansı ki bu zamana qədər həmin sferada oxşar xidmətləri həyata keçirmək olmur. Biletx, yemeksepeti və . kimi minlərlə nümunə göstərmək olar. Burada əsas məsələ yararlı lakin hazırda passiv olan xidmətlərdən gedir. Mən birləşdirilmiş brendlər sahəsində uğur qazanmağın yolların belə görürəm.

 

  • Funksional lakin hazırda passiv xidmət və ya satış növlərini bir araya gətirmək.
  • Texniki olaraq təkrarlanması daha çətin olan platforma seçmək
  • Həmin sahədəki brendləri birləşdirmək üçün lazım olan resurslara sahib olmaq
  • İnkişaf edə bilmək üçün DÜZGÜN idarəetmə və icra planı hazırlamaq
  • Fəaliyyət zamanı hec bir breddən asılı olmamaq və ya birlşdirilmiş bredin brandbuldingini düzgün aparmaq

 

Əlbəttə bu mövzu sadaladəqlarımla kifayətlənmir və hər bir sahəyə xüsusi yanaşma tələb edir. Bunun üçün xüsusi yanaşma və araşdırma etmək əlbəttə ki ən faydalısıdır. Son olaraq diqqətinizi bir məqəmə da çəkmək istəyirəm. Facebook birləşdirilmiş brandlər siyahısına aiddirmi?

 

Düzgün yanaşıldıqda tanıdığım flickr, linkedin, foursquare və s. kimi bir çox başqa sosial şəbəkə brendinin funksionallığını özündə birləşdirib və fikrimcə bu mövzuya aid ən uğurlu layihədir.

OXUNUB:2136

One Comment to “The Expendables”

  1. Shino says:

    Salam. Bu mf6vzu barədə yazmanız, tam yerinə dfcşdfc. Azərbaycanda gənclər təşkilatları hee7 bir iş gf6rmfcrlər. Onların işindən tam olaarq, narazıyam. Mən f6zfcm də bir gəncəm. İstənilən bir gənclər təşkilatının nfcmayəndəsi, gəlsin, mənə desin ki, nəsə maraqlı bir iş gf6rfcblər. 11-ci sinifdə, oxuyarkən, bir nee7ə dəfə Gənclər və İdman Nazirliyinin Sumqayıt şəhər idarəsində olmuşam. Demişəm: mən bir gənc olaarq, istəyirəm, gənclər təşkilatına( məsələn: İrəli )fczv olum. Məndən nf6mrə aldılar. Dedilər: sənə zəng edib, e7ağıracayıq. Amma, hee7 bir zəng olmadı. Nee7ə dəfə getdim. Hətta, Universitetdə, oxuyarkən getmişəm. Dedim: nə oldu? Hər dəfə nf6mrə almaqdan başqa hee7 bir şey olmadı. Gf6rdfcm belədi, ondan sonra hee7 getmədim. Onsuz da, boş şeydi. Ən məşhur sayılan İrəli guya nəsə edir. Yığıblar, onun-bunun uşağını ora-bura gedirlər. Deyirlər ki, nəsə edirik. Boş-boş danışmaqdan başqa hee7 bir şey yoxdur. Həmişə, TV-dən baxıram, hardasa nəsə olur, eyni adamlar danışır. Deyirlər ki, Azərbaycan gəncləri e7ox fəal, e7ox mfcasir, e7ox savadlı gənclərdi. Mən isə, deyirəm: Azərbaycan gəncləri ən geridə qalmış, ən savadsız, ən mədəniyyətsiz gənclərdi. Mənasız işlərlə məşğul olmaqdan başqa hee7 bir iş gf6rmfcrlər.Əgər Azərbaycanın gələcəyi, belə gənclərin əlindədisə, onda gələcəkdən danışmayaq.

Cavab yaz

*

*