Uğurlu saytın sirri

Yazılıb: Nov 22 2012

Son zamanlar, müxtəlif sahələrdə müxtəlif elektron ideyalar, layihələr, interpretasiyalarnan üzbəüz gəlirəm. İstər dost və yaxınlarım, istərsə də korporativ müştərilərimlə çox saatlı müzakirələr aparmışıq bu mövzuda. Uğurlu sayt necə olur?

 

Hər keçən dəqiqə ümumi şəbəkədə olan internet resurslarının sayı dayanmadan artır, demək olar ki, ağla gələ bilən bütün sahələr üzrə internet resursları vardır və çoxalırlar. Bu bazarda yenilik edib rəqabət aparmaq da müqayisəli şəkildə çətinləşir. Burada  1965 ci ildə – Qordan Murr`un məhşur tranzistor qanunu yadıma düşdü və müqayisə elemək istədim. Bu qanuna görə (tezisi irəli sürəndə 24 ay və sonra 18 ay kimi nəzərdə tutulmuşdu, lakin sonradan 12 aya endirildi) elektron tranzistorların prosessorlarda artım tempi hər il 2 dəfə artır. Və hətta o zaman belə bir düşüncə var idi ki, əgər aviaşirkətlər 25 il bu templə inkişaf edə bilsəydilər Boeing 767 cəmi 500 dollara olardı, və dünyanı cəmi 20 dəqiqəyə tam dövr uça bilərdi. Əlbəttə ki, bu artım tempi hər sahə üçün uyğunlaşdırıla bilməz və mümkün deyil lakin internet resursların artım tempi də “işıq sürətinə” malikdir.

 

Əvvəllər daha statik nüanslarla bu bazarda rahat hərəkət etmək mümkün idisə, indi  baxışlar çox dəyişib. Mən öz təcrübəmə görə bu baxışları analiz etməyə çalışdım.

 

1. Saytın xitab etdiyi kütlənin müəyyən olunması – uğurlu resursun ən başlıca məqamlarındandır. Vizuallığa qədərki dövrdə ən çox diqqət olunası amildir. Düşünün al-əlvan rənglərdə premium brend saytını. Əlbəttə ki, istisnalar ümumi fikirləri dəyişdirmir və onlar vardır. Aramızdan bir çoxumuz mənə bahalı saat və ya bank saytı göstərə bilər hansı ki, al-əlvan  rənglərdədir və çox uğurludur. Bu mənim doğrularımı dəyişməyə kömək edə bilməz. Seqmentasiya olunduqdan sonra saytın funksionallığı, istifadə tərzi kimi nüanslar belə bəlli olur.

 

2. Visual concept – ən yaralı yerlərdən biridir və hansı ki, müzakirə mövzusudur. Birinə xoş gələn dizayn forması digərinə “çirkin” görünə bilər. Amma burada da unutmaq lazım deyil ki, hər il dəyişən dünya trendlərini izləmək lazımdır. Mümkün qədər Tim O’Reilly nin WEB 2.0 “yanaşma tərzinə” uyğunlaşdırmaq lazımdır. “User Friendly” termininə uyğun sayt hər zaman daha çox reytinqə malik olur. Ümumiyyətlə mənim fikrimcə, iki eyni funksionallıqda və eyni resurslar istifadə edən saytlardan gözə xoş  – daha rahat – olanı həmişə rəğbət qazanır. Burada elə bir zəif nöqtə var ki, böyük bir layihənin taleyi bundan asılı ola bilər. Gözəl dizayn elə çətin anlaşıqlı ola bilər ki, istifadəçi həmin resursa daxil olmaz. Məslən sosial şəbəkələr yolunda addımlayan FACEBOOK`un rəqiblərindən daha çox inkişafının səbəbələrindən biri bu ola bilər.

 

3. SEO – bu mövzuda kilometrlərcə danışılıb və danışılacaq. Qeyd etmək istədiyim məqam hazırlanacaq resursun minimum SEO ehtiyaclarını qarşılamaq, düzgün açar sözlər daxil etmək, teqlər yazmaq kimi işlərin aparılmasında “tənbəllik” etməmək lazımdır. Təcrübəmlə qarşıma bir çox milli resurs çıxıb ki, hər bir funksiyanın “saat” kimi işləməsinə baxmayaraq SEO haqqında heç düşünülmədiyi görünür.

 

4. Content management – istifadəçisinin başa düşəcəyi tərzdə, düzgün hazırlanmalıdır. Ən gözəli isə bu işi ixtisaslaşmış şirkətlərə həvalə etməkdir. SEO-su düzgün olsa belə sayta gəlib düşən təsadüfi istifadəçilər, istədiklərini ala bilməsələr bir daha həmin resursun açılması sual altında qalar.

 

5. Proqramlaşdırılma və hazırlanma texnologiyaları – bu bənddə mənim davam FLASH, HTML5, PHP, ASP və s. dil və texnologiyalar müzakirə elemək deyil və bu mənim işim də deyil. Sadəcə olaraq bu bənd sadaladığım və nəzərimdən qaçırıb sadalaya bilmədiyim bütün bəndlərə şamil olunmalıdır. Bu hissənin uğursuzluğu, boşluqların olması saatı qurulmuş bomba kimidir və kiminsə əlində partlayacaqdır.

 

Milli təlabatı nəzərə alsam, sosial şəbəkələr, elektron ticarət və s. kimi sahələrdə sayt yaradıb uğur qazanmayanlarını çox görmüşəm. Burada müxtəlif səbəbələr var:

 

  • nəzarət sisteminin pis və ya olmaması
  • milli mentalitetin nəzərə alınmaması
  • həmin seqmentin var olmaması
  • kadr problemləri və s.

 

Ümumiyyətlə Azərbaycanda ebay.com kimi bir E-commerce və ya oxşar bir layihənin yetərincə uğurlu olmamasının  səbəblərini “dünyada var bizdə daha ola bilməz”  deyə izah etmirəm. ebay.com ola-ola gözümüzün qabağında trendyol.com kimi qiqant böyüyür. Məncə hələ milli bazar bəzi layihələrə hazır deyil və bəzilərinə hazırdır. Azərbaycanda da tutan bir çox resurs var, day.az navigator.az və ya turbo.az kimi. Sadəcə olaraq elektron sosiallıq, ticarət, yazarlıq və s. kimi sahələrin bir çoxunda maarifləndirmə işləri aparılmalıdır. Ümid edirik ki, bir vaxt gələcək və Azərbaycan da dünya miqyaslı elektron layihələrə imza atacaq. Bunu inkişaf tempimiz, yetişən kadrlar və xalqımızın bilik səviyəsi sübut edəcəkdir.

 

 

OXUNUB:3103

2 Comments to “Uğurlu saytın sirri”

  1. Cebrayil says:

    Çox maraqlı məqalədir. Təqribən 7-8 il əvvəl Moore qanunu haqqında men de meqale yazmishdm. Onda həqiqətən gündəmdəydi… Bu analiz də chox yerindədir.

Cavab yaz Cebrayil

*

*