Arifə 5-6 işarə

Yazılıb: Apr 26 2013

Dünya mobil və adaptasiya ola bilən qurumların caynağındadı, qiqantlar effektivliklərini itirirlər (!?). Eyni xidməti göstərən minlərlə şirkətlər tanımaq məcburiətində qalırıq. Bəzən daha üstün xidmət göstərənini tanımadığımız üçün onlarla iş görə bilmirik. Burada elektron resurslar güc yığmağa başlayır. Şirkəti və xidmətləri  tanımayan potensial müştərilərlə işləyə bilmə ehtimalı elektron resurslarının gücündən asılı olmağa başlayır. Və əsas məsələ ARİF`in bu elektron resurslardan daha mötəbər olanını seçmə qabiliyətindən asılı olur.

 

Tutalım ki, sizə busnes məsləhəti xidməti lazımdır. Bunun üçün lokal bazarda araşdırma aparırsınız. Bir meçə mənbəyə rast gəlmisiz. Qiyməti və xidmət keyfiyyətinin uzlaşdığı bir qurumu bunların arasından necə seçərsiniz? Bir halda ki, heç biri ilə heç tanışlığınız yoxdursa o zaman ilk addımdakı məcburiyyət resursların analiz olunmasındadır. Sözü gedən məsələlərə mənim özümə məxsus yanaşma prinspim var və bu prinsip məni yanıltmır. Ən birinci qanun axtardığınız və ehtiyac duyduğunuz xidmətin detallarından az da olsa anlayışınız olmalıdır. Düşünün ki, siz hec həyatınızda avtomobil görməmisinizsə, kiminsə sizə avtomobil adı ilə velosiped sata bilməsi çox təbiidir. Bu səbəbdən ilk qanunu aksiyoma sayıb keçirəm digərlərinə.

 

  • Sözü geden xidmət sahəsinin elektron resursunun müəllifi kimdir? Ajans və ya freelancer olması mühüm məsələdir. Bu tarazlıq xidmət növünün hansı seqmentə aid olmasından da asılıdır. Başqa bir məsələ, həmin mənbəə öz portfoliosunda müştərisi olaraq bu şirkəti göstəririmi?
  • İkinci bir faktor mənbənin özünü vizual və kontent baxımından anlata bilmə tərzindədir. Axtardığınız şirkət yönəticisi siz olsaydız, hazırki online vəziyyət sizi qane edərdimi?
  • Funksionallıq – əsas nəzərə alınacaq nöqtədir. Bu resursu öz başına buraxıblarmı? bir dəfə əziyyət çəkib sonra özünü pzünə təhkim ediblərmi? yoxsa hələ də virtual bazar onlar üçün maraqlıdırmı? Ən sadə baxış prizması online verilən suallara cavab verilirmi? Bunlar funksionallığın onurğasıdır.
  • Müqayisə metod – hostinq satan bir şirkətlə digərinin arasındakı fərq verdiyi xidmətləri hesaba qatmasaq onların fərqindədir. Həmin fərqi isə alıcılar müəyyən edirlər. Bir host şirkəti ilə digərinin arasındakı ilkin fərqi anlamaq, xidmətlərini təqdim edə bilmə qabiliyətindədir.
  • “FAKE” resursları anlaya bilmə alışqanlığı – əlbəttə ki, bu təcrübəyə əsaslanan bir prosesdir. Burada olan  fundamental nöqtələr, bir resursun təqdim etdiyi xidmət növlərinin sayından, işlətdiyi texnologiyadan, layihələrinin davamlılığından asılıdır. Əgər bir resurs kifayət qədər reytinqə sahib deyilsə və  platformada un məmulatları ilə bərabər saat satırsa (çəkdiyim qaba misaldan şərtlənməyin) deməli burada oturmamış bir məntiq xətası vardır.

 

Bütün bunları yazmaqda məqsədim kiçik də olsa ehtimal ola biləcək səhv addımların qarşısının ala bilməkdir. Bunu kim inkar edə bilər ki, eyni texnologiya ilə istehsal olunan, demək olar ki, eyni maşınlada çap olunan məhsulu bir şirkət 100% faizlik qiymətə, digər is həmin işi 50% ə qədər  daha aşağı qiymətə təklif edə bilirsə deməli burada hər hansı bir uyğunsuzluq var. Çəkdiyim misal əlbəttə ki, “misaldır” və bunu inkar edə biləcək bir çox səbəbələr də ola bilər, lakin belə hallarda çox vvaxt keyfiyyət amili özünü göstərir. Mənim anlatmaq istədiyim isə mənim misalımla, onu inkar edə biləcək faktlar arasındakı “qızıl aralığı” anlamaq üçün lazım olan “Arifə 5-6” işarədir.

OXUNUB:3080

Cavab yaz

*

*