Marathon yarışları VOL 2

Yazılıb: Mar 28 2014

Marathon yarışlarınin yarısında nəfəsimiz kəsilməsin deyə bu gün sizlərə  yazımın ikinci hissəsini təqdim edirəm. Əlbəttə ki yaxşı olardı ki, mövzumun başlanğıcını da buradan oxuyardınız. Hazırda isə mövzumuz mükəmməlləşdirmə metod strategiyasının iki məqamı olacaqdır: Dəyər qatmayan proseslər və 5 niyə sualı.

 

İlk öncə gəlin dəyər qatmayan prosesləri izləyək. Hər birimizin iş sahəsində qısa müddətli və uzun müddətli iş prosesləri vardır. Bu proseslərin icrasında müxtəlif addımları atırıq. Bu addımların idarəedilməsi planlaşdırılmadıqca istədiyimiz FİƏ-nı yüksəltmək mümkün deyil.  Burada hədəf nöqtəmiz iş proseslərimizdəki hansı addımlara fokus olmağımızdır.  Gəlin hər hansı bir sadə DMP layihənin draft iş planını canlandıraq. Şəkil 1 də qeyd etdiyim kimi kiçik dairələrlə göstərilən bəndlər bir elektron layihənin həyata keçirilməsində bir başa və ya dolayı yollarla lazım olan addımlardır. Daha iri mavi rəngdə qeyd olunmuş bəndlər isə bu proseslərdə layihənin həyata keçirilmə planına mane ola biləcək bəndlərdir. Bu bəndlərin demək olar ki hamısında insan faktoru vardır. İnsan faktoru anlayışının altında isə ictimai, iqtisadi və məişət problemlərinin hər biri öz yerini tutur.

 

Mavi rəngdə göstədiyim bəndlər fəaliyətimizə dəyər qatmayan, lakin bu fəaliyyət zamanı mütləq şəkildə qarşımıza çıxa biləcək amillərdir. Burada ilkin və tək metod olaraq digər lazımi alətlərimizin problemsiz işlədiyini aksiom hesab etsək (digər bütün alətlərin birində belə çatışmamazlıq varsa ilk növbədə onu aradan qaldırmaq lazımdır) digər bəndlərin hər birinin fəaliyyət planımızdan passiv vəziyyətə gətirmək lazımdır. Dolayısıyla dəyər qatmayan, lakin bizdən “enerji” alan bütün bəndlər sıfırlanmalıdır. Bu zaman faydalı iş əmsalımızın maksimumuna yetişə bilərik.

 

Məsələn ilkin addımda, söhbət layihələndirməkdən gedirsə, burada bizim üçün layihənin hardcopy versiyasının üzərində işləmək lazımdırsa və çap maşınımız bizə lazım olan matrealları çap edə bilmirsə bu problemi kökündən həll etmək lazımdır. Digər bir çox alternativ varyantlarda bu problemi həll etməyin də yolu var. Lakin kökündən həll olunmayan problemlə bir daha qarşılaşmaq riski ilə üzbəüz qala bilmək şansımız var olacaqdır və köklü həll olunmayan problem fəaliyyət planımızda vaxt itkisinə yol verəcəkdir.

 

Başqa bir misal çəkim, əgər kodlaşdırma və proqramlaşdırma prosesi paralel və eyni müstəvidə aparılmırsa bu zaman itkisinə və uyğunsuzluqlara gətirəcəkdir. Deməli elə bir iş modeli düşünməliyik ki, lazımi komanda üzvləri bir biri ilə ünsiyyətdə olmasına heç bir maneə yaranmasın.

 

Bu fəaliyyət planı istehsal və digər sahələr üçün də keçərlidir. Belə ki, xammalın istehsal xəttinə yaxın yerləşdirməklə, daşınma zamanını kiçildərək müəyyən miqdar kəmiyyət artımı əldə edə biləriksə niyə bunu etməyək?

 

İkinci fərqli bir məqam dəyər qatmayan proseslərin müəyyən olunmasıdır. Burada səbəb-nəticə münasibətlərində sual vermək yolu ilə fəaliyyətimizə maneə olan məqamları tapa bilirik. Daha çox keyfiyyətin artırılması və ya nasazlıqların aradan qaldırılması məqsədi ilə yuxarıdan aşağıya doğru veirlmiş 5 sual, dəyər qatmayan və ya bu əsnadakı problemləri üzə çıxarar.

 

Kiçik bir misal çəkmək doğru olardı:

1.Layihəni niyə zamanında təhvil verə bilmirik? – çünki proqramlaşdırılma işləri tamamlanmayıb

2. Proqramlaşdırlma işləri niyə tamamlanmayıb? – çünki dizayn eskizi tam təsdiqlənməyib

3. Dizayn eskizi niyə təsdiqlənməyib? – çünki dizayner yetişdirə bilməyib

4. Dizayner niyə yetişdirə bilməyib? – çünki işlədiyi kompüterin sürəti zəifdir

5. Kompüterin sürəti niyə zəifdir? – çünki satınalma departamenti düzgün və uyğun məhsul ala bilməyib.

 

Nəticə olaraq layihəni zamanında təhvil verə bilməməyimiz satınalmanın düzgün seçim etməməsindər.

 

Əlbəttə ki 5 sual metodundakı rəqəm simvolik xarakter daşıyır. Məqsəd problemin kökünü tapmaq üçündür.

 

Digər tərəfdən səhv və ya problem sayılmayan addımlar da vardır ki, bu addımlar bizim fəaliyyətimizə bir başa dəyər qatmır. Məsələn elektron mağazada satış zamanı alıcılara məhsulların çatdırılması satışa bir başa dəyər qatan addımdır. Digər tərəfdən, elektron resursa yeni şərh (comment) funskiyasının əlavə edilməsi və ya stockun fiziki olaraq kateqoriyalaşdırılması və sıralanması dəyər qatmayan addımdır. Bu tip dəyər qatmayan addımlarla yuxarıda qeyd etdiklərimi qarışdırmaq sadəlövlük olar. Bunları şəkil 1 də də fərqli olaraq göstərməyə çalşmışam.

 

Bütün bu yazdıqlarım qısa və uzun dövrlərdə iş həyatımızdakı planlarımıza düzgün yanaşa bilmək, buradakı mükəmməlləşdirmə metod strategiyasının üstünlüklərindən istifadə edərək işlərimizi daha optimal qaydada həll edə bilmək üçündür. İnanıram ki bu metodlar hər birimizin iş sahəsinə uyğunlaşdırıla bilən və istifadəsi rahat olanlardır.

 

Mənimlə razılaşın, iş həyatımızın müəyyən bir ömrü var. Bu ömrə planlarımızın hamısını sığdırmaq istəyirik, bu çox təbbidir. Lakin bu planları iş ömrümüzə sığdıra bilmək üçün mütləq olaraq fəlaiyətimizi optimallaşdırmağa ehtiyacımız vardır. Məncə bu ehtiyac hər zaman və hər birimiz üçün realdır.

OXUNUB:13386

Bölmə: İdarəetmə, Qələm əhli, Ümumi Teqlər: ,

2 Comments to “Marathon yarışları VOL 2”

  1. […] olaraq fərqli işlərlə məşğul olur, onları həyata keçirməyə çalışırıq. Keçen yazımda da qeyd etdiyim kimi bu prosesləri təkrarladıqca həmin işimizin “ustası” olmağa […]

  2. […] bilməsi. Daha az pillə, daha az bürokratiya, daha çox effektlilik deməkdir. Daha az pillə  5 niyə konseptindəki sualların sayının daha az olması və nəticəyə daha tez yaxınlaşa […]

Cavab yaz

*

*