Kopyaçalıq, plaqiat, interperetasiya

Yazılıb: Dec 03 2012

Mövzunu yazmaq səbəbim kiminsə hardansa nəsə götürüb elediklərini müzakirə eləyib ağ və qara tapmaq deyil. İstədiyim məsələlərə aydınlıq gətirməkdir. Bir birinə çox yaxın olan başlıq terminlərimizi ayıran məsafələri araşdırmağa çalışdım və ortaya belə bir mənzərə çıxdı.

 

Kopyaçılıq – hər hansı bir “business case” götürüb eyni ilə istifadəyə çalışmağa deyilir. Burada bir məsələ var ki, bu zaman qədər Coca Cola`nın demək olar ki, hər ölkədə bir oxşar nümunəsi olsa belə heç birisi orijinalı qədər uğur qazana bilməyib. Deməli “kopyaçı”nın “birə-bir” istifadə etdiyi model əslində “yarıma-bir” belə deyil. Yəni kopyaçı istəsə belə  işlək modelin eyni kopyasını çıxara bilmir. Buna bir neçə səbəb var:

 

  • orijinalın bisnes strategiyasından xəbəri yoxdur
  • marketing strategiyası həmçinin
  • həmin işə başlayanda orijinaldakı kimi, əzm, hirs, ambisiyala və missiyalar nəzərdə tutulmayıb

Bu kimi səbəblərdən bu hallardakı uğuru sıfıra yaxınlaşdırıram. Məsələn göstərdiyim www.ev-obyekt.az  layihəsi ilə www.bina.az arasındakı fərqi yəgin ki özünüz də yaxşı başa düşürsünüz.

 

Plaqiat məsələsi də kopyaçılıqdan heç də az əhəmiyyətli deyil və günümüzdə çox tez-tez qarşıma çıxan hallardandır. Burada söhbət “tutmuş” bir brendin vizuallar identifikasiyasından istifadə etməkdən gedir. Yəqin ki, bir çoxumuz NIKE, ADIDAS və s. kimi brendlərin bir çox plaqiatını görmüşük.

 

İnterperetasiya sadaladıqlarımızın arasında ən sağlamıdır. Təxmini məna olaraq, hadisəyə öz prizmandan baxış və ya mənbənin öz fikirlərimizə uyğun olaraq dəyişdirilməsi kimi də başa düşmək olar. İnterperetasiya modellərin dünyada bir çox nümunəsi var, hansı ki, öz sahələrində sağlam biznes olaraq “tutmuş” saymaq olar. Məsələn e-commerce layihələrinin bir çoxunun mənbəyinin “qərb əsilli” olduğunu bilirik, lakin bu o demək deyil ki, trendyol.com kimi bir layihənin uğurunda kopyaçılıq və ya plaqiat vardır. İdeya olaraq model qərbdən gəlsə belə çox düzgün inkişaf etdirilmiş və özünün bazarını yaratmağa müvəffəq olmuşdur. Onu da qeyd edim ki, trend`lər bu bəndlərin heç birinə aid deyillər.

 

Bunları yazmaqda məqsədim yeni inkişaf edən layihələrdə bu kimi detallara düzgün fikir verməyin lazımlığını göstərməkdir. Yerli bazarda bu hallara tez tez rast gəlinməsinin səbəbələrini mən biznes modelinin düzgün qurulmamasında görürəm. CINICI kimi bir markanın müəllif hüququ sahibi olduğu şəkillərin hər hansı bir turizm şirkətinin istifadə etməsi, reklam bazarının araşdırılmamasının nəticəsidir.

 

OXUNUB:2463

Cavab yaz

*

*