Şirkətlər təsisçilərin övladlarıdır

Yazılıb: Jan 04 2013

Digər sosial və ictimai qurumlardan fəqli olaraq şirkətlər iqtisadi gəlir əldə etmək məqsədi ilə qurulur. Ən azından bir başa və ya dolayısı yolla bunu şərt qəbul etmək doğru olar məncə. Burada strategiyadan asılı olmayaraq təsisçi və ya rəhbər olan hər kəsin marağı, əziyyəti, düşüncələri və başqa amillər o qədər güclü olur ki, şirkətin ömrü uzandıqca həmin şəxslər qurduqları mexanizmə daha yaxından bağlanırlar. Mən buna “şirkətlər təsisçilərin övladlarıdırlar” kimi baxıram.

 

Hər hansə bir şirkətin qurulmasından startupdan başlamış, standartlaşma və daha sonra qocalma və təhvil vermə perioduna qədər rəhbər şəxs məntiqli və haqqlı olaraq o qədər efor xərcləyir ki, sözü gedən qurum əzizləşməyə başlayır. Məsələn bir çox şirkət tanıyıram ki, bunlar az gəlirlə və ya gəlirsiz fəaliyyət göstərir. Burada təsisçilər çox nadir hallarda profillərini dəyişib tamamən fərqli işlə məşqul olmağa can ata bilirlər. Bunun əsas səbəbi ilk olaraq biznesin qurulma və inkişaf etmə peridounun 1-2 ay yox, minimum bir il və ya daha çox vaxt tələb edir ki, burada da rəhbərin əlavə risklər ala bilməsi daha çətinləşir. Bunlardan əlavə, biznesin böyümə tempi insanların inkişaf dövrü müqayisə oluna bilən prosesdir.

 

Və bu saydıqlarıma əlavə olaraq, rəhbərlər bizneslərində daha çox vaxt fəaliyyət göstərdikcə, işin incəliklərini daha yaxından öyrənə bilir hansı ki, bir müddət sonra özlərini fərqli sahələrdə hiss etmirlər. Əlbəət ki, uğursuz xidmət sahəsində fəaliyyət göstərən şirkətin profilini dəyişib satışa keçdiyini və əksinəsini görmüşük. Lakin iş adamının bir müddət sonra dövlət məmuru və ya həkim ola bilmə ehtimalı sıfıra bərabərdir.

Şirkətlərin müxtəlif dövrlərdə girdikləri böhran və ya müvəqqəti böhran vəziyyətləri və bunlardan çıxışların sayları artdıqca şirkətlə rəhbər arasında olan görünməz bağlar bərkiyir. Bu baxımdan müəyyən vaxtdan sonra sağlam qərarlar ala bilmək üçün təsisçilərin qərarlarını idarəedicilərdən daha zəif olmasının zəruriyyətini vurğulamaq istəyirəm.

OXUNUB:2943

Bölmə: İdarəetmə, Ümumi

Cavab yaz

*

*