YAHOO`ya nə olub?

Yazılıb: Dec 07 2012

Hər hansı vacib trendi nəzərdən qaçırıb bəlkə?

 

“Günahsız” zamanlarda yahoo, google, altavista və s. kimi resursların adları bərabər sadalanırdı. İndi isə bazar demək olar ki, müəyyənləşib və templər müəyyən olub. Bu müharibədə əlbəttə ki, google qalib gəlib. Bəs necə oldu yahoo`nun axırı. Axı bir zamanlar yahoo`nun da özünə uyğun çəkisi var idi. İndi isə business analytics və bir sıra statistik xidmətlərdən başqa dominantlıq etdiyi sahə yoxdur.

 

Bu mövzunu çox danışıblar və bir çox nəzəriyyə var. Mən bir az daha fərqli prizmadan baxmağa çalışıram. İlk öncə yahoo`nun əlçatmazlığı məhv olub. Fikir versək, yahoo kimi ana səhifəsində və iç səhifələrdə vizuallar yerləşdirə bilən resursların sayı artıb. Həmin texnologiyanın “mif”liyi qalmayıb. Tam eyni funksionallıq verməsə belə oxşarlarını tapmaq çox sadədir.

 

Gecikmək köhnə xasiyətidir – bir mail update o qədər texniki kadrlar olan yerdə nə olan şeydir ki, illərnən BETA versiya mail gözlədik və sonradan da onun funksionallığı bizi təəcübləndirdi. Bu tendensiya  xidmət göstərdiyi bir çox sahələrdə eyni olaraq davam etdi. Üstəlik burada başqa bir nüansda var, o da psixoloji amildir. istifadəçilər yönləndirilməyi yox, yönətməyi sevən birimlər olduqlarına görə bu silah onlara yahoo tərəfindən verilmədi. Nəinki yahoo eləcə də bu müharibədə uduzmuş bir çox NET qiqantı google`un bu silahına qarşı qorumasız qaldı.

 

Bir halda ki, istifadəçilər məcburi olaraq göstərilən reklamllara baxmağa, fəaliyyətə başlamış beta versiyanı istifadə etməyə məcburdurlar (beta versiyaya daxil olduqdan sonra geriyə qayıtmaq olmur), portal məntiqində verilmiş informasiyanı yahoo`nun istədiyi kimi istifadəyə təhkim olunublar o zaman google yeganə seçim olaraq daha əlverişlidir.

 

Əlbəttə ki, dediklərim aysberqin sadəcə görünən tərəfidir və bu saatdan sonra google ilə hər hansı bir başqa qiqantın müharibəsi, eyni imajın müdrük zamanı ilə cavanlığının müharibəsinə bənzəyir. Belə ki, bir çox halda yahoo`nun atdığı addımlar mənim gözümdə google`nin etdiklərinin və ya etmək istədiklərinin təkrarına bənzəyir. Buna inanmaq üçün Gmail və Ymail məntiqinə baxmaq kifayətdir. O ki, qaldı Mayer adlı dahi mühəndisin google`dan yahoo`ya keçməsinə, bunu marketing tool və ya yahoo`nun şıltaqlığı adlandırmaq olar. Bundan öncəki uğursuz 2011 ilində (artım tempindəki 15% geriləmə) də onu göstərir ki, yahoo`nun daha dolğin qərarlar almasının vaxtıdır.

 

OXUNUB:2938

Cavab yaz

*

*