Yeni trendlər – online mağazaçılıq

Yazılıb: Jan 08 2013

Online alış veriş Azərbaycan üçün yeni trend sayılır. Ən maraqlısı da odur ki, son illər yerli bazarda izlədiklərim məni o qənaətə gəlməyə vadar edir ki, bir çox “təşəbbüskar” bu biznese can atmağa çalışır. Nədənsə bu yazını yaza-yaza ağlıma hazırkı yerli bank bazarındakı “taksit” kartları gəldi ağlıma. Bəlkə də bu, trendlərin inkişaf tempi, birdən sıçrayışı bir birinə bənzədiyindəndir.

 

Xülasə “E” alış-veriş moddadır indi. Bir çox sayt və sosial şəbəkələr üzərindən bu prosesləri izləyirik. Aralarında uğurlu və bu yolu yeni başlamışlar var. Mənim bu prosesə baxışım müsbətdir. Təbii ki, bu ölkə iqtisadiyyatına öz töhvəsini verir. Model olaraq elektron alış-verişin bir çox üstün cəhəti onun inkişafı üçün münbit zəmin yaradır. Bu üstünlükləri belə sıralayıram:

1. Fiziki xərclərin azaldılması: Arenda xərcləri, buraya aid olan digər məişət-kommunal xərclərinin demək olar ki sıfıra yaxınlaşdırılması.

2. Stock-depo problemlərinin və mühasibatın avtomatlaşdırılması və nəzarətin gücləndirilməsi

3. Mobillik və müştərilərə xüsusi yanaşmanın inkişafı üçün lazım olan şərait

4. Müştərilərlə əlaqənin və daim aktiv saxlanılmanın rahatlığı

5. Kadrların FİƏ-nin çoxaldılması və daha az kadr ilə müvafiq işləri yerinə yetirə bilmə xüsusiyyəti

 

Təbii ki, hər bir təşəbbüskara bu yolda uğur arzulayıram, lakin onu da qeyd etmək istəyirəm ki, elektron biznesin qurulması bir çox mənbənin elediyindən daha fərqli bir şeydir və burada nəzərə alınmalı amillər vardır. İlk öncə bu biznesdə davamlı olmağı gözə almaq lazımdır. Çünki, Azərbaycan internet istifadəçilərinin say amili və yaş həddi onu göstərir ki, bu biznesin inkişafı üçün ən azı 5 il lazımdır. Bu nəzəri olaraq dediyim müddət (inşallah daha az olar) ərzində biznesin inkişaf tempini tutmaq və rəqabətə davamlı olmaq ən vacib şərtdir. Hazırda Azərbaycanda ən populyar internet mağazalarının etdikləri satış həcmləri qərblə müqayisədə gülüncdür. Əlbəttə ki belə rəqəmlərlə bazarda ayaq üstə dayana bilmə hər bir quruma nəsib olmur. Lakin bu “filter” mərhələsi yuxarıda göstərdiyim zaman müddəti bitdikdən sonra artıq oturuşmuz, etibarlı mağaza şəklinə gələn, indikindən çox az sayda e-mağazamız olacaqdır. Sosial şəbəkələrdə e-biznesin inkişafı mövzusu bir az daha qəribədir və trenddir. Hazırda bir çox şirkət burada aktivlik etmək niyyətindədir. Facebook şəbəkəsində axtarsanız ki, nə qədər aktiv səhifə var bu mövzuda, özünüz mənə haqq verəcəksiniz. Məncə onların bir çox tənəzzülə məhkümdur. Burada mövzu qeyri peşəkarlıqdan gedir, hansı ki, bu biznesin digər qolları ilə müşayət olunmur. Sosial şəbəkələrdəki e-biznesdə ediləcək işlərin siyahısını mən belə görürəm:

 

  • İnternet səhifə dəstəyyi olmalıdır. Bu həm etibarlılığın artması, həm biznesə uyğun funkisonallığın təmin olunması üçündür. Əlbəttə ki, həmin funksionallığı bizə sosial şəbəkələr vermir
  • Qrafik vizual balansın düzgün qorunması
  • Sosial şəbəkədəki səhifə və ya qrupun düzgün idarə edilməsi, başqa sözlə desəm adminstrativ işlər
  • SEO dəstəyi

 

Ümumiyyətlə mənim fikrim belədir ki sosial şəbəkədə e-biznes məvhumu ola bilməz və sosial şəbəkədəki aktivlik var olan e-biznesin bir qolu olmalıdır. Yəni ilk öncə elektron resurs, internet saytının düzgün qurulması, sonra isə bu resursa sosial şəbəkələrdə dəstək olmaq lazımdır. Sahibi olduğum üçün demirəm, oxuduqlarımı tətbiq etmək istəyərək yaratdığım www.devetname.az bu sadaladığım amillərlə müşaiyət olunur. Bu o deməkdir ki, adını çəkdiyim sayt həm sosial şəbəkələrdə, həm SEO işləri olaraq, həm action və support olaraq rəqiblərinə nisbətən daha çox yol getmişdir. GoCreative team`ə buna görə təşəkkürlərimi deyirəm.

OXUNUB:3028

Cavab yaz

*

*