20 yanvar

Yazılıb: Jan 19 2013

Sabah 20 Yanvardır. Bu tarix dilimizə əzbər olub artıq və yavaş yavaş alışıb, öyrəşdiyimiz gündür. Müsiqinin səsi çıxmasın deyə maşınlarımızda asta səslə radioya qulaq asılan gündür. “kim bizə nə deyər deyə?” iş gününün ləğv olunduğu gündür. Get gedə xiyabanımıza daha az adamın getdiyi gündür amma halbuki ora qəbirstanlıq deyil, milli qürurumuzun yarandığı, birləşdiyi, özümüzü həqiqətən vətən oğlu saydığımız, tanımadığımız qonşularımızla əl-ələ tutub tanklara yeridyimiz günün şərəf abidəsidir. Ora sındırıla bilməyən bir xalqın yaddaş yeridir.

 

20 yanvar metro stansiyası deyil, “talkuçka” da deyil. 20 yanvar yaxşı oğlanların öz evini, qeyrətini qorumaq üçün, vətən üçün əjdahanın qarşısına çıxdığı bir gündür. Bəlkə də sonuncu dəfə həmrəy olduğumuz tarixdir, hansı ki, ondan sonra heç vaxt bu qədər yaxın, səmimi , ürəkdən bir birimizi eyni xalqın nümayəndəsi kimi sevməmişik. Bu tarix və o xiyaban bayram atəşfəşanlığımızdan, milli bayramlarımızdan, konsertlərdən, soulardan və daha çox saymadığım yığıncaqlarımızdan bizə daha əzizdir.

 

20 yanvar borc qaytarmaq günümüzdür. Hər il 20 yanvar tarixi qeyd olunduqca borclarımızı yada salaq. Düşünməyək ki, unudulub, yaddan çıxıb. Və hər il bu borcumuz daha da artır. Pərt olmuş bir xalqın hələ neçə-neçə Xocalı, Zəngilan, Qubadlı borcu yığılıb. Uca Tanrım bu borcları öz namusuyla qaytarmağı xalqımıza nəsib etsin inşallah.

OXUNUB:7318

Bölmə: Azərbaycan

5 Comments to “20 yanvar”

  1. Mükemmel bir yazı. Xahis edirem 2 degigenizi ayirib oxuyun!

    • Emin Ibadov says:

      Eline sagliq. 31 Dekabr yerine, 20 Yanvar Hemreylik gunu olsaydi daha menali olardi.

  2. Əlinə sağlıq, Dəyanət. Yaxşı məqalədir.

  3. Ela yazidi, amma bu defe men yazmamisam. İslamin eseridi.

  4. Əlinə sağlıq İslam, yaxşı məqalədir. Dahada yaxşı məqalələr.
    gözləyirik.

Cavab yaz

*

*