19/05/2015

Yazılıb: May 19 2015

Çox dəyərli oxucum, bu yazım qəti olaraq özümü  PR etmək deyil. Bu marketing və ya biznes postu deyil. Sadəcə sarkazm var.

 

Postumun adını bu günki tarixlə eyni qoymuşam ki bəlkə unutmayım. Yəqin ki bilirsiz mən çox unutqan adamam. Yaşım çox deyil amma hadisələr, insanlar, gördüklərim, bir sözlə hər şey çox tez yadımdan çıxır. Məni qınamayın, çox xahiş edirəm. Bu yaxında yadımdan çıxmışdı Şuşamın işğal günü. Elə oturub televizorda konsertə baxırdım ki, bir də gördüm ki, Laçınımın işğal günü də gəlib.

 

Mən sizə bir sirr deyim, bu unutqanlıq məndə artıq çoxdandır ki var. Necə ki ADNA hadisələrini unutdum, necə ki Xocalımı unutdum, eləcə də xoş günləri də unuduram. Cingiz Aytmatovun Manqurtları kimiyəm. Başımı salıb aşağı günümü keçirirəm. Zəfər və uğurlu günlərimi tez unuduram ki, qələbəyə yaxın olmayım, kədərli günlərimi isə hirslənməyim deyə.

 

Bu gün yanıb töküldük. Bu gün yana-yana qaldıq. Amma bu dəfə sözün əsl mənasında yandıq. Həm fiziki, həm də mənəvi. Amma o qədər də kədərlənmirəm, onsuz da unudacağam. İmran balamızın ayağını kəsənləri unutduğum kimi.

 

Yaxşıdır ki, mən unuduram. Amma məsuliyətsizliyi və bir çox “insani” keyfiyyətinə görə mənə zərər vuranlar necə unudurlar etdiklərini, anlamıram.

 

Mən Azərbaycanam və çoxdan alışdırılmışam unutmağa.

 

OXUNUB:2257

Bölmə: Azərbaycan, Ümumi

Cavab yaz

*

*