Təhsildə rüşvətə yox deyək!

Yazılıb: Feb 22 2014

Bu gün çox böyük bir məsafədən sonra xırda bir yazı yazmaq istədim. Bu qədər gec yazmağımın səbəbi, tez-tez yazmağı rutinləşdirənlərə üsyan idi əslində. Bu yazımın da adı üsyanla bağlıdır.

Bu günlərdə sosial və online mediada “Təhsildə rüşvətə yox deyək!” kimi bir sloqan gəzir. Mən də gözəl anlayıram ki məlum BDU hadisələrindən qaynaqlanır bu məsələ. Mən bu məsələnin özəyindəki siyasi-iqtisadi iradə ilə işim yoxdur. Mənim işim bu sloqanı düşünənlədir. Bu necə bir düşüncədir ? Niyə görə yox deməliyik və nəyə yox deməliyik?

Nəyə və ya kiməsə yox deyək kimi sloqanlar hər hansı iki tərəfin sözü gedən mövzu ətrafında müzakirə ediləsi bir tərəfi olanda istifadə olunur. Məsələn “xolestrola yox deyək!”. Burada nəticənin  filan yağlı yeməkləri yeməyi tövsiyə etmədikləri qənaətinə gəlmək olur. Lakin təbiidir ki, burada hər iki tərəfin  özünə görə müdafiə ediləsi yanı da var bu halda. Yağlı yeməsəniz yağsızlıq xəstəliyi yarana bilər. Və ya, “Təbii kürk geyinməyək və  heyvan soyqırımına yox deyək” (məsələn). Burada bu sloqanın tərs tərəfini müdafiə edənlər də vardır əlbəttə ki. Soyuqdan qorunmağın ən təbii yolundan tutmuş, kürklərin bir lyuks həyat göstəricisi olduğunu müdafiə edənlərə qədər.  Sözü gedən mövzuda bir qrup digər qrupun onlara görə səhv etdiklərini hesab etdikləri əməlləri protesto edirlər. Amma bizim məsləmizdə isə təhsildə olmaması gərəkən bir şeyə yox deyirik.  Nəyinə yox deyirik? Onsuz da olmalı deyil. Bu protestodursa əgər o zaman müsbət nəticələnərsə uğur qazanmayacağıq.

Başqa bir aspekt isə rüşvətə yox demək iki tərəfin öz aralarında həll edə biləcəyi bir məsələ deyil. Ey sloqan sahibi, Azərbaycanda hər halda məktəb uşağı da dolayısıyla olsa belə bilir ki, rüşvət alandan, verəndən, iqtisadi, siyasi, ictimai, sosyoloji, makro, mikro, zəfəran və neftin qiymətindən, daxili və xarici müharibədən, taksi şoferlərinin insafından, təhsilimizdən, yaşayış səviyyəmizdəm, xalq olaraq pul qazanmaq metodumuzdan və başınızı ağrıtmaq istəmədiyim bir sürü amildən asıldır.

OXUNUB:7142

Cavab yaz

*

*