GoToIstanbul

Yazılıb: Jul 29 2015

digital

Sizinlə iş həyatımda olan bəlkə də ən vacib məqamlardan birini paylaşmaq istəyirəm. Azərbaycanda bir çox şirkətlərlə 7 ildən artıqdır ki, GoCreative olaraq iş gördük. Çox maraqlı anlarımız oldu, sevinc və kədəri yaşadıq. Azərbaycan reallığında bütün müştərilərimizlə səmimi olmağa çalışdıq. Səmimilik adı altında əlbəttə ki, keyfiyyətimizi, iş etikasına olan diqqətmizi də əsirgəmədik. Yeddi il uzun zaman dilimidir, əlbəttə ki, bizimlə işləyən əməkdaşların da bu yolda böyük rolu oldu.

 

Bacardığımız qədər müştərilərimizin istəklərini ön plana çəkdik. Hər işə də baş qoşmadıq. Şirkəti açdıqdan bəri özümüzə aid bir missiyamız və inkişaf yolumuz var idi. Bu yolu artıq genişlətməyin zamanının çatdığını sizlərlə bölüşmək istəyirəm.

 

Azərbaycan ilə yanaşı biz artıq İstanbuldayıq. GoCreative digital design agency olaraq yolu İstanbuldan keçən və keçməyən hər birinizlə əməkdaşlıq etməyə və hər birinizi çay süfrəmizə dəvət etməyə hazırıq. Qısacası GoCreative komandasına uğurlar arzu edin. ) Və ən sonda yenilənmiş saytımıza da fikir bildirməyi unutmayın ) www.gocreative.az

OXUNUB:42284

Bölmə: Azərbaycan, Ümumi

3 Comments to “GoToIstanbul”

  1. Vuqar Kuliev says:

    Ugurlu olsun GoCreative. Nece demisiz Go and Create 😉

Cavab yaz Rauf Jahangirov

*

*