Şirkətlərin milli və dini mənsubiyyəti

Yazılıb: Nov 09 2012

Bəzi mağazalara girdikdə divarlarda “dini” mənsubiyyətimizi bildirən tablo və ya başqa elementlər qarşıma çıxır. Bu barədə yazmaq istədim.

Azərbaycan cəmiyyəti İslam dininə mənsubdur, bunu hamımız bilirik və uşaqlıqda aldığımız tərbiyə az və ya çox olmasından asılı olmayaraq İslam`i qayda qanunlara uyğun olur. Bu təkzib edilməz  bir haldır. Lakin təcrübəmə əsaslanıb onu deyə bilərəm ki, bir çox hallarda dini və ya milli mənsubiyyət məsələləri şirkət idarəetməsinə də yansıyır. Mənsubiyyət məsələsini əks elətdirmək düzdür ya səhv ? Bir az bunu araşdırmağa çalışdım.

Bank sferasında fəaliyyət göstərən qurumların xidmətləri demək olar ki, eyni və oxşardır. Fərqlilikləri keyiffət, davamlılıq, etibar və başqa meyarlarla ölçülür. Bu banklardan bəziləri özlərini milli kökünə sadiq bir strategiya ilə biruzə verir. Məsələn Nikoil Bank. Reklamlarında, filiallarında və bir çox başqa vasitələrdə bunu hiss etmək mümkündür. Adicə əməkdaşlarının rus əsilli və rus dillilərinin sayı digər banklardan daha çoxdur. Bu Nikoil`a nə verir?

1. Motivasiya – Bu mənsubiyyətə daha çox hörmət edən və bağlı olan əməkdaşlarda şirkətə bağlılıq və motivasiyanın yüksəlməsi

2. Fərqlilik – Fərqli, standart olmayan mənbələrlə işləməyə üstünlük verən müştərilərin mənimsənilməsi. Bax…

3. Etibarlılıq (?!) – Həmin mənsubiyyətin tarixi, mənəvi dəyəri və ya daha mötəbər şirkətlər toplusuna aid olması halında müştərilərə qazandırdığı etibarlılıq.

Əlbəttə ki, mənsubiyyətin ifadə olunması hər zaman müsbət nəticə vermir. Jack Daniel`s kimi brendin dini İslam olan bir topluluqda nümayişi, enerjili içkilərin də oxşar fəaliyyətinin sonu uğurlu ola bilməz.

Kiçik və ya orta bizneslərdə mənsubiyyət ifadə məsələsi isə bir az daha az təsirlidir. Belə ki, mənsubiyyətin istifadəsi təsirsiz və hətta zərərəli də ola bilir. Burada improvizə edə bilmək bacarığı əsas rol oynayır.

OXUNUB:3688

Cavab yaz

*

*